Archive for the ‘Türk Dünyası’ Category
XALİQ BAHADIR Mirzələrimizin Mirzəsi (oxumuşlarımızın oxumuşu)
Avqust 18th, 2022
admin Mirzə Cəlil yazırdı: “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”. Mirzə Fətəli (1812-1878) 19-cu yüzildə, Mirzə Cəlil (1869-1932) 19-cu yüzillə 20-ci yüzilin arasında yaşadı. Onların ikisindən də öyrənəcəyimiz çox nəsnələr var- bizi aydınladacaq-işıqladacaq, gələcəyə aparacaq nəsnələr. Öyrənmək […]
Xaliq Bahadır Londonda baş verənlər
Avqust 15th, 2022
admin Belə bir deyim var: itik bir yerə gedər, güman min yerə. London Azərbaycan elçiliyinə bir qrup azğın dinçinin saldırısı çox keçmədən çoxlu versiyalar doğurdu. Bir qrup qarageyimli-islamçı əliyalın olaraq çox asanlıqla Azərbaycan elçiliyində, belə desək, hakimiyəti ələ keçirdi. Sonra da azacıq, ötəri olsa belə dirənişlə qarşılaşmadan üçboyalı Azərbaycan bayrağını çıxarıb, yerinə qara islam bayrağını asdılar. […]
Xaliq Bahadır Yolsuzluq yaradanlar
Avqust 13th, 2022
admin Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar- başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr.Başqalıqlara yolçuluq yolsuzluğa gətirər… Nələrdən keçib gəldik! 1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda partiyanın (ADP), […]
Xaliq Bahadır. Azərbaycandakı panfarsizm
Avqust 11th, 2022
admin Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır. Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük. […]
ASİF ATA SİYASİ XİLASIMIZ – GÜNEY AZƏRBAYCAN
Avqust 6th, 2022
admin Mövcud vəziyyətdə, Atanın dediyi kimi, Güney Azərbaycanın üç böyük düşməni var – İslamçılıq, Farsçılıq və Qərbçilik. Ata bu fikirləri necə açıqlayardı? ATA: Ürəyinizdə Günəş olsun! Güney Azərbaycan ümumi Azərbaycan məsələsinin ən mühüm, ən zəruri tərəfidir, cəhətidir. Əgər Güney Azərbaycan Quzey Azərbaycanla birləşməsə və Vahid Azərbaycan yaranmasa, Azərbaycanın gələcəyi dumanlıdır (yumşaq şəkildə desək). Güney Azərbaycan Quzey […]
ASİF ATA Güney Azərbaycan – İnqilablar məskəni
Avqust 1st, 2022
admin İnqilab və İntibah – Ata görümündə? ATA: Ürəyinizdə Günəş olsun! Cənubi Azərbaycan, çox möhtəşəm, biri-birini əvəz eləyən, biri-birinin davamı olan inqilablar məskənidir. Heç kəs də həmin inqilabları inkar eləyə bilməz. O inqilablar üçdür: Səttarxan inqilabı, Xiyabani inqilabı və Pişəvərinin rəhbərlik elədiyi inqilabi hərəkat. Ondan əvvəl də dünyada inqilablar olub.
Asif Ata Azərbaycançılıqda Cənubi Azərbaycan Amili
İyul 18th, 2022
admin Ürəyinizdə Günəş olsun! 1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir. Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar. İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır… Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər…




Posted in
Tags:
