İnsan dünyanı əvvəl Ağılla dərk etdi. Ağıl dünyanı insana tanıtdı, canlıların, cansızların, Yerin, Göyün, tarixin, bugünün xüsusiyyətlərini insana anlatdı. Ağıl insana dedi ki, bunlar hamısı səndən kənardadırlar, sən onları öyrənməli və mənimsəməlisən. Ağıl insana dedi ki, sən dünyaya uyğunlaşmalısan; dünya səndən böyükdür, genişdir, qüdrətlidir, sənin taleyin dünyanın əlindədir. Sən özünün tələblərinlə dünyanın xassələri arasında uyğunluq […]
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır Azərbaycandakı panfarsizm
Oktyabr 14th, 2022
admin Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır.Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük.
Asif Ata Mənəviyyat
Oktyabr 12th, 2022
admin İnsan anladı ki, özüylə, daxilindəki şər ehtiraslarla döyüşmək lazımdır. Bu döyüş İmtina zəruriliyini yaratdı. İnsan Şərin vəd etdiyi səadətlərdən əl çəkdi, onları heç saydı. Onda hərcayi hisslərlə vidalaşmaq əzmi yarandı və o, daxili aləmini eybəcərliklərdən təmizlədi. İmtina insana dedi ki, sənin daxilində hər şey sayılan, lakin heç nə olan duyğular da yaşayır.
Xaliq Bahadır İki qardaşın bir absurd teatrı
Oktyabr 12th, 2022
admin İki qardaş: Zərdüşt Əlizadə, Araz Əlizadə. Atabir, anabir qardaşlar. M.Ə.Sabirin “Beynəlmiləl” şerindən bir parçanı azacıq dəyişikliklə yazaq: “İki qardaş, iki yoldaş bir vətəndə həmdiyiar,/Əsrlərlə ömr edib, sülh içrə bulmuşkən qərar./ Nagəhan fitneyi-iblisi-məlun oldu aşıkar”. Buradakı sonuncu misrada Rusiyanın iblis oyunları gözə çarpdırılır. Çevirməsi belədir: Birdən lənətə gəlmiş iblisin qurğusu üzə çıxdı.
Soylu Atalı Zəkanın demədikləri
Oktyabr 5th, 2022
admin (Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, […]
Soylu Atalı Əlacsızlıq diplomatiyası
Sentyabr 28th, 2022
admin İllər öncə “Balanslaşdırılan faciələrimiz” adlı yazı yazmışdım. Uluslararası güclər Azərbaycanda uluslararası problem yaradıb, hər yöndən Azərbaycana basqı yaradılanda bizim mətbuatımızda yanlış təbliğatlar aparılırdı. Güya Azərbaycan hakimiyyəti balanslaşdırma siyasəti apararaq, uluslararası güclərin basqısına dirəniş göstərirdi. Ancaq o çağlar da aydın görünürdü, indi də. Ortada heç bir balanslaşdırılan durum yox idi. O çağlar Güney Qafqaz çıxarıların, […]
Asif Atanın (ədəbiyyatla bağlı problemlərə yönəlik) Mirzə İbrahimova məktubu
Sentyabr 19th, 2022
admin Hörmətli Mirzə müəllim! Ehtiramımı qəbul edin. Mənim son illərdə tənqid sahəsində fəaliyyətsizliyimin səbəbləri haqqında Sizə müraciət etməyə ehtiyac duyuram. Mən öz tənqidi yaradıcılığımda həmişə aşağıdakı prinsipə əsaslanmışam: əsil ədəbiyyat təqlidçiliyə, qondarmaya, süni yenilikçiyə yaddır, o, xalq mənəviyyatının ifadəçisi olduğundan təbii, özünəməxsus şəkildə inkişaf etməlidir, Qərbi yamsılamaq – hünər deyil, erudisiya həyatiliyi əvəz edə bilməz, […]
SOYLU ATALI HƏYAT DİN İLƏ ALINMIR
Sentyabr 5th, 2022
admin İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək.
Ruhsal səfər sevincləri
Avqust 29th, 2022
admin Ocaq səfərlərinin hər biri uğur yaradan addımlar olub. Hər bir səfərdə gərəkən soraqlar verilir. Bizim səfərlərimiz həm Asif Atanın işindən, yolundan soraqlardır, həm də bütövlükdə milli özümlüyümüzdən, dəyərlərimizdən. Bu soraqlarla kök atmaq istəyirik xalqın içində. Çətinliyə düşəndə özümlüyünə baxsın. Gələcəyini düşünəndə dəyərlərini xatırlasın. Özünə inansın. Ümidsizləşəndə Asif Atadan güc alsın. Gələcəyinə inansın, sabahını qursun. Bu […]
Xaliq Bahadır Bizim Muğam dilimiz (birinci yazı)
Avqust 23rd, 2022
admin Ürəyimdə sevinc, qəm, Muğamı dinləyirəm,-Əli Kərim. Bu, muğamın iki görsənişi, iki özüdür: sevinc, qəm.Bir az obrazlı desək, bu, Çahargahla Segahdır. Muğam Böyük, Bütöv Azərbaycan deməkdir. Muğam bizim musiqiyə çevrilmiş duyğu, düşüncə varlığımızdır. Böyük, yetkin bir ulus olaraq biz nələrə görəsə özümüzü bəyənməyə bilərik.Belədə muğamı dinləməyimiz gərəkir- onu biz yaratmışıq.




Posted in
Tags:
