Hələ Birinci Dünya Savaşı sonrası, yəni Osmanlının çökməsi ilə Türkiyənin qurulması çağlarında Azərbaycanı Bolşevik Rusiyası işğal etdi. Başqa sözlə, Azərbaycanın işğalından 3 il sonra Türkiyə Cümhuriyyəti quruldu. Bu gün bəzi antitürk ünsürlər iddia edirlər ki, Atatürk Azərbaycanı o çağlar Leninə satdı. Kökündən yalandır, Atatürkə də, türklüyə də böhtandır.
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı Faciələrimizdən dərs götürək
İyul 13th, 2022
admin Azərbaycanın taleyində uzun illər qorunan, toplumun böyük kəsiminə bəlli olmayan bir faciəvi gizlin artıq üzə çıxıbdır. Bu gizlin Azərbaycanın ikiyə bölünməsi, zaman-zaman Azərbaycanı dünya xəritəsindən silmək istəyən güclərin azğın planının olmasıdır. Təbriz, Göyçə, Borçalı, Dərbənd, Qarabağ kimi parçalara bölünmüş bir vətənin yağısı çox, yiyəsi yox kimi.
Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz
İyul 1st, 2022
admin I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Xaliq Bahadır. Yolsuzluq yaradanlar
İyun 10th, 2022
admin Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar – başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr. Başqalıqlara yolçuluq yolsuzluğa gətirər… Nələrdən keçib gəldik! 1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda […]
Soylu Atalı. İnsanlığın Yaşam Sevdası
İyun 10th, 2022
admin (Viktor Hüqonun “Səfillər” əsəri üstə düşündüklərim) “İnsan ən pis mühitdə belə, yaxşı olaraq qala bilər” (Asif Ata). 1. Gəlişmə – antigəlişmə Gəlişmə (tərəqqi) harda baş verir – elmdə, texnikada, məişətdə, dövlət quruluşunun, yönətiminin yenilənməsində, sınırların qorunması üçün yaraqların modernləşməsində, təbiəti mənimsəmənin çalarlarında. Bunların heç biri toplumdan qıraqda deyil, ancaq insandan qıraqda baş verir. Bu cür gəlişmələrlə […]
Xaliq Bahadır. Tahir Abbaslı
İyun 8th, 2022
admin Uzun, uzun bir yolu keçib getdik, arxadaş, Bu açunu su kimi içib getdik, arxadaş. Yanğı içində qaldıq… yolumuz bitər oldu, Biz yetəməz olana özgələr yetər oldu. Ölkəmizi sevməyi çoxlarına öyrətdik, Biz gerçəyi bitirdik, biz düzgünlük ürətdik. Bacardıq-bacarmadıq, nələr oldu-olmadı, Bir yol tutduq sonadək: Özgürlük idi adı! Bir yol tutduq sonadək – bizi o yol yaxınlaşdırmış, […]
Asif Atanın (İnam Atanın) ölümünün 25 illiyi qarşısında
İyun 7th, 2022
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Bu gün böyük Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının yaradıcısı Asif Atanın ölümündən 25 il ötdü. Bu il də, hər il olduğu kimi, Asif Ata Ocağının Evladları, eləcə də, Ocaqsevərlər Ağstafa sonevliyində Asif Atanın sonevini (qəbrini) ziyarət etmişlər. Onun ideyası, düşüncə yönü ilə bağlı söz deyilmiş, ”Anım törəninin quralları” yerinə yetirilmişdir.
Asif Ata. 28 May
May 28th, 2022
admin XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu. Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı. Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı. Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, […]
Soylu Atalı Zelenskini suçlayanlara
May 7th, 2022
admin İstənilən olay kimi, Rusiya-Ukrayna savaşı da, dünyada da, bizim toplumumuzda da fərqli baxışlar ortaya çıxarıb. Hər bir baxış yiyəsi də öz baxışını ədalətli sayır. Bu da doğaldır, kimsə baxış sərgiləyirsə, baxışını haqlı saymalıdır. Bir kəsim deyir, Ukraynanın dövlət başçısı Batının oyununa gəldi, ara yerdə Ukrayna xalqı fəlakətlərlə üz-üzə qaldı. Bir kəsim deyir, Ukraynanın başqa yolu […]
Yadigar Türkel. Günaydın.
Aprel 28th, 2022
admin 1 Ermeni ideoloji savaşını bütün gücü ile sürdürür. Yağı “Yandex” –“Dzen”de Azerbaycan Türklerile bağlı nece aşağılayıcı yalan-palanlar yazdırır… “Dzen”de arabir bizden de “Get, Ay batandan sonra gel, ay oğlan” biçimli yazılar yazılır. Bilmirem onları kim yazdırır? Ancag bir şey aydındır: Azerbaycandan Ermeninin ideologiya maşınını dağıdacag biçimde ideoloji, bilimsel iş yoxdur. Azerbaycan Respublikasının on illerle çox […]




Posted in
Tags:
