Söhbətimizi türk ruhundan başlayırıq. Türk ruhunun mahiyyəti, mənası, canı inanclıq deməkdir. Türk ruhu qədər inanc ruh yoxdur, bəlkə almanlarda da bizdən aşağıdır. Lakin bu inanclıqda itaət yoxdur, qismətçilik yoxdur, cənnətçilik, cəhənnəmçilik, xurafat və cəfəngiyyat yoxdur. Türklər Göyə inanıblar, Göyün özünü ilahi varlıq sayıblar. Göy burda islam Göyü deyil, qətiyyən. Burda Allahın taxtı yoxdur, tacı yoxdur. […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. 20 YANVAR DƏRSİ
Yanvar 20th, 2023
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Asif Ata. 20 Yanvar
Yanvar 20th, 2023
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Faiq Balabəyli. Şuşa
Yanvar 5th, 2023
admin Mənim qoca şəhərim, mənim uca şəhərim neçə ilin həsrətini çəkən, yorğun şəhərim özümüzdən çox uzaq, könlümüzə çox yaxın gözümüzlə görünməyən tənha, oğrun şəhərim axır ki qayıda bildik, gözlərin aydın… Qırmızı qoftalı, yaşıl tumanlı ətrafı çiskinli, çənli dumanlı Abırlı, həyalı, nurlu, imanlı yaşıl meşələrdən qurşaq bağlayan dumanı başına çalma tək çəkən, yaşmaq bağlayan şəhərim qayası, qalası, […]
Asif Ata Ölümlə Görüş
Dekabr 29th, 2022
admin – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Xaliq Bahadır. Azərbaycan gerçəyi
Dekabr 5th, 2022
admin Ortada birisinin Gültəkin Hacıbəylini məhkəməyə vermək istəyi ilə bağlı yekə bir dartışma var. Mən o dartışmaya qarışmaq istəmirdim. Ancaq qarışası oldum. Şəmşad Ağanın statusunu oxuyandan sonra. Daha doğrusu, statusla bağlı bir sıra postları, ən başlıcası da Rafiq Cəlilov adında feysbukdan tanıdığım adamın postunu oxuyandan sonra. Bir çoxları özlərini elə aparırlar, elə yazırlar- nəsə olmamış kimi. […]
İnamlı Atalı İnsanlaşmağın Gərəkliyi
Dekabr 2nd, 2022
admin Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Soylu Atalı Tarixi faktları dəyərləndirmək gərəkdir
Noyabr 10th, 2022
admin Bu gün Azərbaycan, çevrəsində gedən, eləcə də içində qaynayan olaylarla bağlı olduqca kövrək dönəmini yaşayır. Güney Qafqaz çıxarların toqquşduğu aktiv bölgələrdən biri olduğu üçün siyasi durum daha geniş dramatik xarakter alıb. Azərbaycan dövləti özünün siyasi varlığını bəlirləməyə çalışdıqca, onun çevrəsində siyasi dramatizm daha da dərinləşməyə meyil edir. Sovetlər dağılandan sonra bu cür gedişlərin ortaya çıxması […]
Asif Ata Tariximizin Cənubi Azərbaycan dərsi
Noyabr 3rd, 2022
admin 1. Azərbaycan birdir. Əgər o, ikidirsə, deməli, o, yoxdur əslində. 2. Böyük, sivilizasiyalı dövlətlərin maraqları dairəsində Milli müstəqillik boğulur, dağılır – böyümür, yüksəlmir. Nəhəngləri maraqlandırmaq siyasəti yürüşündə bu tarixi dərs unudulur. 3. Özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır. (Demokratların SSRİ-yə bel bağladıqları kimi). Özümləşmək üçün özünə bel bağlamalısan!
Xaliq Bahadır. Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası
Oktyabr 21st, 2022
admin Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni […]




Posted in
Tags:
