-Al bu pulu, elə bu gün apar ver, onsuz da bir aydan çox gecikdirmişik, sən də cibində gəzdirib gecikdirmə, – deyə, yoldaşım əlindəki iki yüzlüyü mənə uzatdı, üstəlik, uyarıda bulundu: – Bax ha, avtovuslarda çoxlu oğurluq olur, gözlə, oğurlamasınlar. Pulu alıb yarımqol ağ köynəyimin cibinə qoydum, sonra cibimi düymələdim. Bundan sonra özümə güvənlə incik-incik dodaqaltı […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı Xocalının Pərdələnən illəri
Fevral 26th, 2023
admin Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]
Xaliq Bahadır Şah süvariləri- şər atlıları
Fevral 21st, 2023
admin İstənilən ulus, istənilən ölkə üçün ortaq dəyərlər olur. O dəyərləri qorumaq ellik üçün ortaq borc olur. Ortaq dəyər deyilən ayrıca olaraq hakimiyətin, ayrıca olaraq müxalifətin, eləcə də toplumun hansısa kəsiminin deyil, bir ulusun, bir ölkənin, bir dövlətin gücünə güc qatan, onun tutacağı yolu bəlirləyən birləşdirici, bütövləşdirici aydın, aparıcı düşüncə sistemi olur.
Asif Ata Təbiətdə Mütləq
Fevral 21st, 2023
admin Dağların vüqarı – Mütləqin ifadəsidir. Çünki burada dağın adi xassəsi yox, gözəl mənası aşkara çıxır. Qürub çağının qüssəsi – Mütləqin ifadəsidir. Çünki burada təbiət məqamının sadə cəhəti yox, ali xüsusiyyəti aşkara çıxır.
Xaliq Bahadır Qalxın, himn çalınır!
Fevral 18th, 2023
admin Açuna çoxdan bəlli olan “ayir-buyur” imperiya prinsipi yalnız imperiya dövlətləri üçün deyil, eləcə də antixalq rejimləri üçün keçərlidir.Xalqa bağlı hakimiyətlər yer üzünün harasında olur olsun xalqın birliyinə çalışır- özünün bugününü, gələcəyini xalqın birliyində gördüyü üçün.Xalqı sevməyən, nəyə görəsə xalqa yad hakimiyətlər yalnız hansısa ölkə ilə savaş durumunda xalqın birliyini istəyir, o da yalnız özünü qorumaq […]
Soylu Atalı Azərbaycan sınaqlar burulğanında
Fevral 18th, 2023
admin Bu gün Azərbaycanın siyasi çevrəsində aparılan oyunlar qorxunc bir gələcəkdən soraq verir. Bu həyəcanları biz illər öncədən izləyirik. Yəni 30 ildir Azərbaycana, onun özündən qıraqda, siyasi tale hazırlayırlar. Bu prosesi birbaşa quranlar var, bir də onlara yardım edənlər.
Xaliq Bahadır. Gücümüz ortaq çıxarlarımıza bağlıdır
Fevral 14th, 2023
admin (Tofiq Yaqublu faktoru) Bütün Azərbaycana yaxşı tanış olan, çoxdan Azərbaycandan çox-çox uzaqlarda da tanınan Tofiq Yaqublu ölüm aksiyası keçirir. T.Yaqublu antidemokratik rejimə sürəkli dirənişi ilə tanınan, rejimlə barışmaz çarpışma aparan birisidir. T.Yaqublu Qarabağda döyüş yolu keçib. Qarabağda döyüş yolu keçənlərin bir çoxu rejimin yalnız antidemokratik deyil, eləcə də antimilli xarakterli yönətimi qarşısında sınıb geri çəkilirkən, […]
Xaliq Bahadır. Bizim bir Azərbaycanımız var
Fevral 12th, 2023
admin Tehrandakı Azərbaycan elçiliyinə bəlli basqından sonra Azərbaycanda İrana yönəlik savaşçı söyləmələr durmadan artmaqdadır. Qısası belədir: “İrana həddini bildirməyin çağı çatıb”. Bu gün Azərbaycanda İrana yönəlik kəskin ritorika sərgilənməkdədir. Özgürlükdən, özgür yanaşmalardan bütünlüklə uzaq televiziyalar yurddaşlarımızın İrana olan acığını daha da körükləyir. Bəllidir “İran islam respublikası” adlanan dövlət uzun illərdən bəri, demək olar, ara vermədən, antiAzərbaycan […]
10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 195-ci ildönümüdür
Fevral 10th, 2023
admin Fəlakətlərimizdən dərs götürək! Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib… Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.
Asif Ata Ürəkdən gələn səs
Fevral 10th, 2023
admin Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığmayan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təzahür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır. Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. […]




Posted in
Tags:
