(Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı “Od İşığı” ideyası
Mart 14th, 2023
admin Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi […]
“Babəki verən xalqın özünü balaca sayması günahdır”
Mart 14th, 2023
admin (14 mart Böyük Babəkin edam olunduğu gündür) Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir […]
Əkbər QOŞALI. ÇOBANBAYATI (poema)
Mart 14th, 2023
admin Uzaqlardan bir ilahi tütək səsi gəlirdi, Kədər vardı, fərəh vardı, dəvət vardı o səsdə… Əlim qaşımın üstündə, qulağım dinşəmədə, axşamüstü yol dəyişdim o ilahi səs səmtə. “Az getdim-üz getdim, dərə-təpə düz getdim”, Bir saatın tamamında ol məkana yetişdim. Dağ döşündə bir çobandı üzü-gözü fərəhli, Yeməkdən yorğun sürüsü gövşəyirdi sərində. Salam verdim, salam aldım. Dedim, qardaş, […]
Asif Ata Tarixə çatmaq. Babəkliyimiz (I və II hissə)
Mart 14th, 2023
admin I. TƏLƏB Tarixi görmək üçün daxili göz gərək – RUHANİ. II. BABƏKLİYİMİZ XƏLİFƏT BOŞLUĞU Keçilməz Boşluq yaşayır Xəlifə nəşəsevərliyində, zənginliyində, dəbdəbəsində. Boşluğa doğrudur Xəlifə ömrünün yönü, bərli-bəzəkli məqamlarda neçə əsrlik Boşluq yaşayır; Boşluqla zəngindir ömrü Xəlifənin, Boşluq yaşadır ömründə Xəlifə – ömür Mənadan ayrılıb, mənasızlaşıb. Xəlifə Möhtəşəmliyində, mənəm-mənəmliyində Boşluq var – çilçıraqlı.
Soylu Atalı Babək özgürlük simgəmizdir
Mart 14th, 2023
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]
Xaliq Bahadır Yerində, addımla, marş!
Mart 13th, 2023
admin Yerində, addımla, marş!- orduda olduğumuz dönəmdə bizə verilən komandalardan biri beləyidi. Biz ölkəmizdə belə bir komandayla yaşayanlar durumundayıq.Ölkədə böyük, gerçək gəlişmələr yalnız oğurluq alanındadır.Bilim, kültür baxımından yerində addımlamaqdan uzağa getmirik.Dil baxımından da eləcə. Dil deyincə də göz önünə daha çox Nəsimi adına Dilçilik institutu gəlir. Düzü, sonralar ilgilənmədim onlar dovşanı necə adlandırdılar: dooşanmı, tavşanmı? […]
Soylu Atalı Dil ulusal varlığın tamğasıdır
Mart 4th, 2023
admin Dilin özəlliyi, gözəlliyi təbliğatla dəyişə bilməz. Son günlər sosial şəbəkələrdə ayrı-ayrı yorumlara rast gəlinir. Dilin qutsallığına ayqırı yanaşmalar sərgilənilir. Bir də dilin statusu ilə bağlı baxışlar bildirilir. İkinci məsələ tanınmış şair Rüstəm Behrudinin dil haqqında yazdığı, təbliğ elədiyi bir şerindən sonra görsənməyə başlayıb. Ana dili anlayışındansa ata dili anlayışına üstünlük vermək uyğun sayılır. Şeirdə Türk […]
Xaliq Bahadır Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası
Mart 4th, 2023
admin Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni […]
Soylu Atalı Milli Faciəmizin Xocalısı
Fevral 26th, 2023
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]




Posted in
Tags: 