Archive for the ‘Türk Dünyası’ Category

Ədalət, İnsanlaşma qonusunda söhbət

(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]

Asif Ata. İnsan Kiçikliyi

Sürü yekdilliyi. Canavar qəddarlığı. Hakimə səcdə qılmaq. Mühitə sığmaq. Zülmdən qorxmaq. Ölümdən qorxmaq. Yırtıcı ehtiras kiçikliyi. Məkrli qisas kiçikliyi. İnamsız yaşamaq kiçikliyi! Sabahsız yaşamaq kiçikliyi! Vüqarsız yaşamaq kiçikliyi! İlqarsız yaşamaq kiçikliyi! Ayaqlar altına sərilmək kiçikliyi! Ayaqlar altında sürünmək kiçikliyi! Kor qalmaq, kar qalmaq, kal qalmaq kiçikliyi! Alçalıb sevinmək kiçikliyi! Əyilib öyünmək kiçikliyi! Palaz tək döyülmək […]

Milli dəyərlərimiz – Varlığımızın Özülüdür.

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.

Asif Ata. 28 May

XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu. Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı. Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı. Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, […]

Paşa Talıblı. Şeirlər

                                                                                                              […]

Asif Ata. İnsan Möhtəşəmliyi

Peyğəmbərlik. Cəngavərlik. İztirab zirvəsi. Fəda zirvəsi. Aşiqlik zirvəsi. Mütləqə səcdə zirvəsi. Özüylədöyüş zirvəsi. Ülvi kədər zirvəsi. İnsana çatmaq zirvəsi. Yandırılmaq. Parçalanmaq. Paralanmaq. İradə mətinliyi. Ağıl zənginliyi. Duyğu dərinliyi.

Günev Atalı. Ümidləşən İnamım

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! İnamla yaşamaq – hüdudsuz fərəhimdir! Yaşamın dəyişə biləcək imkanına ümidimdir. Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür. Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam […]

Yas Mərasimi – 28 Aprel (Asif Atanın çıxışı)

…Köhnə təqvimlə e.ə.VI əsrdə Azərbaycan xalqının müstəqil dövlət Ocağı söndü. 2400 il təxminən bundan əvvəl Qədim Midiya, Asiyada birinci dövlət sayılan, bəşərin ən qüdrətli dövlətlərindən biri, möhtəşəm adlanılan, özünəbənzər adlandırılan, yerə-göyə sığmayan qüdrətli Maq ölkəsi adlandırılan Midiya süquta uğradı. Astiaqın nökəri fars Kir Keyxosrov öz sabahına xəyanət elədi. Ona qarşı üsyan yaratdı və Midiya fars […]

Soylu Atalı. Zəkanın demədikləri

(Fridrix Nitsşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitsşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir Sözlə, […]

Asif Ata. İnsan Şəri

Riyalı məhəbbət! Boyalı məhəbbət! Qondarma əzəmət! Uydurma səadət! Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İlkinlik libasında çirkinlik! Doğruluq libasında əyrilik! Nicat libasında əsarət! Ədalət libasında məşəqqət! Cəfakeşlik libasın­da müstəbidlik! Cəngavərlik libasında cahangirlik! Xalqsevər­lik libasında zorsevərlik! Quyu qazmaq məharəti! Yazı pozmaq məharəti! Fitnəkar əməli! Zülmkar əməli! Zahirin batinə yadlığı! Sözlərin niyyətə yadlığı! Yanılma uçurumu! Aldanma uçurumu! […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv