Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. İnsan Çirkinliyi

Ruhsuz bədən. Amalsız əməl. İsmətsiz gözəl. Həsəd yanğısı. Fitnə yanğısı. Cəllad sevinci. Qəddar sevinci. Satqın sevinci. Azğın sevinci. Quyu qazanlar. Tələ quranlar. Haramlıq harınlığı. Zalımlıq harınlığı. Xəyanət harınlığı. Qəbahət harınlığı. İdraklı görünmək. Vicdanlı bilinmək. Yalana bürünmək. Alçalmaq – öyünmək. Alçaltmaq – sevinmək. Yaltaqlıq yetkinliyi. Saxtalıq yetkinliyi. Qorxu əsarəti. Nəşə əsarəti. Sərvət əsarəti. Sürünmək məharəti. Əyilən […]

Soylu Atalı. Sözü qoruyanları qorumaq gərək

(Rafiq Tağının ölümünün 10 illiyi ilə bağlı bir neçə söz) Tarixin heç bir dönəmində yalançını öldürməklə Doğrunu doğrultmayıblar. Ancaq doğruçunu öldürməklə yalanı yaşatmağa çalışıblar. Doğruçuların yaşaması, doğruların var olması Doğruçuların özündən başqa heç kimə gərək olmayıb sanki. Ancaq hər kəs hər kəsdən doğruçuluq umur. Üzdə hamı doğruya ehtiyacın olduğunu desə də, Doğruçunu hər kəs sevə […]

Soylu Atalı. Ruh – İntellekt

xxx Elə şeylər var intellektdən ala bilmirsən, ruhdan alırsan. Bəşəriyyət bu gün daha çox intellektə (ağıla) üstünlük verir, ruha arxa çevirir. Ancaq intellektdə ədalət məsələsi anlayış səviyyəsindədir, məzmun səviyyəsində deyil. Bu isə yoxdur deməkdir. Ədalət ruhda var, ruh ədaləti intellektə təqdim edir. İntellekt bunu tam da qəbul edər, qismən də. Heç qəbul etməyə də bilər. […]

Asif Ata. İnsan Gözəlliyi

Səmaya bənzəmək. Günəşə bənzəmək. Dağlara bənzəmək. Bulağa bənzəmək. Çırağa bənzəmək. Ananın ürəyi. Atanın zəkası. Aşiqin fəryadı. İgidin cürəti. Körpənin təravəti. Ayrılığın kədəri. Vüsalın sevinci. İdrakın vəcdi. Sevgi məqamı. Gəlin vüqarı. Həya qızartısı. Aşiqin Məcnun çağı. Şəhidin ölüm çağı. Yolçunun yoxuş çağı. İlqarın sınaq çağı.

Soylu Atalı. Alimin Fal Daşı, ya da Kül Aləmin Gözünə

Bir vaxtlar Azərbaycanda rusçuluğa sevgi çox qabarıq idi. Rusun orta səviyyəli bir yaradıcısına yarınmaq istəyənlərin içərisinə iynə atırdın yerə düşmürdü. İndi avropalıların xoşuna gəlmək yarışı başlayıb. Kim harda nə tapırsa, ona kosmetik bəzək verib öz doğmaca xalqına sırımağa çalışır. Hər araçla toplumu inandırmağa çalışırlar, Avropada azərbaycanlıların bilmədiyi böyük kişilər varmış. Bizim toplumumuz onlardan soraqsız imiş. […]

Paşa Talıblı. Şeirlər

                                                                                                              […]

Xaliq Bahadır. Dəyərləri qorumaq gərəyi

Rejim sorunları üzündən bu gün istər Türkiyədə, istər Azərbaycanda Türkçülük-Ulusalçılıq çox çətin, ağrılı görəvə dönüşüb. Ancaq kimlər üçün? Dəngəsi pozuq yapay yarımçıq kimsələr üçün deyil, bu yoliun dönməz-gerçək yolçuları üçün.Türkçülük-Ulusalçılıq kimi dəyərlərə yalanın üstünlük qazandığı ortamda yer olmur, ola bilmir. Bu isə Türkçülüyün-Ulusalçılığın özünə-özlüyünə, başqa sözlə, xarakterinəbağlı qaçılmaz görsənişlərdəndir. Türkçülük-Ulusalçılıq yalanla, özgüdükçülüyə bağlı dəngəsiz, nala-mıxa […]

Asif Ata. İnsan Müdrikliyi

Həqiqətin Mütləq siqləti. Ədalətin Mütləq siqləti. Qəhrə­manlığın Mütləq siqləti. Fədakarlığın Mütləq siqləti. Sərvəti səadət saymamaq. Həvəsi ehtiras saymamaq. Hakimi peyğəmbər saymamaq. Məqamı əbədiyyət saymamaq. Şöhrəti qiymət saymamaq. Fitnəni fəhm saymamaq. Qorxunu zəhm saymamaq. İniltini qəm saymamaq. Bəzəyi gözəl sayma­maq. Ruhsuzu diri saymamaq. Doğrunu əyri saymamaq. Alda­nışı sehr saymamaq. Zoru güc saymamaq. Bəd ahəngi tanımaq. Saxta […]

Soylu Atalı. Biz necə türkləşirik

Yazının başlığı çaşdırıcı görünə bilər. Sual oluna bilər, biz türk deyilikmi, başqa millətik də türkləşmə yolumu tutmuşuq?! Bu sualın ortaya çıxması da bir açıdan yanlış deyil. Ancaq nə yazıqlar ki, biz hər mənada özünə yadlaşmış toplumuq. Özünə dönməli, özümləşməliyik. Bizim özümləşməyimizin adı türkləşmədir. Biz türk üzümüzü, türk kimliyimizi itirmişik… …Çağdaş bilim adamlarından bir çoxları bəşər […]

Asif Ata. İnsan Ülviyyəti

Ruhanilik. Nuranilik. Müqəddəslik tələbi. Mütləq saflıq tələbi. Dünyada dünyadan böyük məna tapmaq. İnsanda insandan böyük məna tapmaq. Təbiətdə təbiətdən böyük məna tapmaq. Heyvaniliyin süqutu. Şəhvaniliyin süqutu. Maddiyə sığmamaq. Aliyə ucalmaq. Səsin ülvi mənası. Sözün ülvi mənası. Vəcdli kəlam. Coş­ğun ilham. Peyğəmbərin Mütləqə vurğunluğu. Aşiqin məşuqa vurğunluğu. Qəhrəmanın hünərə vurğunluğu. Cəngavərin amala vurğunluğu. Müdrikin kəlama vurğunluğu. […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv