Çağında, gecəli-gündüzlü yaşam içində, anlamlı-anlamsız, gərəkli-gərəksiz qaç-qov axarında illərin necə keçib getdiyini bilmək olmur. Çağlar ötür, axar ağırlaşır, asta-asta sular axır, durulur. Sular durulduqca öncələr çox da önəmsəmədiklərini asta-asta axıb durulan sular sayağı asta-asta anır, andıqca önəmsəyir, önəmsədikcə öncələr üstündən eləcə ötüb keçdiklərinə qayıdır, qayıtdıqca hamısında olmasa da, bir çoxunda yeni-yeni yaşam yaşantıları, yeni-yeni […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata. İnsan Xeyiri
Aprel 19th, 2024
admin Mütləqi tanımaq! Ulunu tanımaq! Ruhlunu tanımaq! Torpaqda doğmalıq kəşf etmək! Dağlarda ucalıq kəşf etmək! Ürəyi riqqətə gətirmək! Üzü şəfəqə bürümək! Peyğəmbəranə söz müqəddəsliyi! Aşiqanə göz müqəddəsliyi! Ata müqəddəsliyi! Ana müqəddəsliyi! And müqəddəsliyi! El müqəddəsliyi! Ev müqəddəsliyi! Vəcd müqəddəsliyi! Ehtizaz müqəddəsliyi! Dil müqəddəsliyi! Sirr müqəddəsliyi! Ülviyyət müqəddəsliyi! Mütləqlə görüş müqəddəsliyi!
Başsağlığı
Aprel 15th, 2024
admin Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu Famil bəyə anası Nazilə xanımın ölümü ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Balalarında, Yurdunda, Ulusunda yaşasın! “Matəm üstə Mütləqlə Təmas” Ölən – Əzəlidə qalır. Əbədidə qalır. Sonsuzda qalır. Kamildə qalır. Üzlərdə qalır. Gözlərdə qalır. Dodaqlarda qalır. Xalqda qalır. Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
Asif Ata. İnsan Qəbahəti
Aprel 13th, 2024
admin Mütləqdən ayrılmaq. Müqəddəslikdən ayrılmaq. Həqiqətdən ayrılmaq. Ədalətdən ayrılmaq. İlkinlikdən ayrılmaq. Ruhanilikdən ayrılmaq. Heyrətdən ayrılmaq. Həsrətdən ayrılmaq. Cürətdən ayrılmaq. Tarixdən ayrılmaq. Qəhrəmanlıqdan ayrılmaq. Fədakarlıqdan ayrılmaq. Aşiqlikdən ayrılmaq. Dahilikdən ayrılmaq. Ülvi yollardan ayrılmaq. Vüsaldan ayrılmaq.
Xaliq Bahadır. Türklük ayrıca sivilizasiyadır
Aprel 10th, 2024
admin Bir “professor” belə uydurma tezislə çıxış eləyib: “Türk millət deyil, ümmətdir”. Avropadan yayınlanan bir televizya bu uydurmanı əlüstü tirajlayıb. Burası olduqca ilginc görsənişdir: Azərbaycan kimi müsəlman ölkələrindəki hüquqsuzluğa, dərəbəyliyə, mənliyin alçaldılmasına dözməyərək ölkədən gedənlər var-dövləti aşıb-daşan ərəb ölkələrinə deyil, Avropaya, Amerikaya, başqa sözlə, sevmədikləri, bəyənmədikləri xristian ölkələrinə üz tuturlar. Sonra da bir çoxları orada ərəblik-müsəlmanlıq […]
Asif Ata. İnsan Ləyaqəti
Aprel 8th, 2024
admin İdeala heyrət. Gözəlliyə heyrət. Mütləqlə vəhdət. Zamana sığmamaq. Mühitə sığmamaq. Yalansızlıq. Ehkamsızlıq. Xülyasızlıq. Cəhalətsizlik. Cinayətsizlik. Tək yanmaqdan çəkinməmək. Yırtıcılıq üzərində qələbə. Xudpəsəndlik üzərində qələbə. Qorxaqlıq üzərində qələbə. Hərcayilik üzərində qələbə. Məkr, fitnə üzərində qələbə. Ətalət üzərində qələbə. Həqiqət eşqi. İdrak eşqi. Xeyir eşqi. Təbiət eşqi. Vətənsevərlik. Bəşərsevərlik.
İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi
Aprel 4th, 2024
admin Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Asif Ata. Özünə sığmayan dünya
Mart 30th, 2024
admin Günəş səmaya sığmır. Dilək ürəyə sığmır. Dəniz məcraya sığmır. Ruh bədənə sığmır. Səs sinəyə sığmır. Fikir sözə sığmır. İnsan ölümə sığmır. Ömür taleyə sığmır. Səda sükuta sığmır. Gecə zülmətə sığmır. İnsan özünə sığmır. Bəbək gözünə sığmır. Çiçək çöllərə sığmır. Meyvə budağa sığmır. Ayaq yollara sığmır. Qartal dağlara sığmır. Heyrət tərifə sığmır. Qüdrət tarixə sığmır. Pələng […]
Asif Ata. Novruzluğumuz
Mart 19th, 2024
admin (Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!




Posted in
Tags:
