Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. Türklük Tərəqqinin ölçüsüdür

Ötən yüzilin 90-illərində geniş yayılmış bir şüar var idi: – XXI yüzil türk yüzili olacaq. Bu söz ictimai həyatda yeriməkdən daha çox dəbləşməyə uğradı (dəbləşən nə varsa köhnəlib aradan gedir). Bunun da səbəbi bəllidir. Mixail Qorbaçovun Sovetlər Birliyində hakimiyyətə gəlişindən sonra Batı siyasətinin bu Birliyi dağıtmaq planları öz işini görməyə başlamışdı. Hər kəs hesab edirdi […]

Azərbaycan dünyanın Müqəddəs Ocağı olacaq

(Asif Ata ilə Qarabağ qonusunda müsahibə) – Müqəddəs Ata, verəcəyim suallar Qarabağ üstə köklənib. Bilmək istərdim, ermənilərin Qarabağdan «Qafqaz İsraili» düzəltmək istəklərinə Ata fikri necədir? – Dünyanın təzadları çoxdur. O təzadlardan biri Qərb–Türk təzadıdır, rus–türk təzadıdır, ümumən Türk Dünyası və bütün dünya təzadıdır. Həmin təzad bu gün yaranmayıb, onun müəyyən tarixi var.Lakin bu təzad zahirən […]

ASİF ATA. HAQQ (İYİRMİNCİ MÜQƏDDƏS KİTAB)

1. HAQQ–HÜQUQ Haqq – İnsaniliyi Təsdiq edir. Hüquq Adamlığı qoruyur. İnsanilik – Mütləq Xeyir deməkdir; Mütləq Ədalət, Mütləq Həqiqət, Mütləq İnam, Mütləq İdrak, Mütləq Mənəviyyat, Mütləq İradə… Adamlıq – Cəmiyyətçilik deməkdir; Ağalıq – Nökərlik, Təbəqələşmə, Özgələşmə, Hamılaşma. Haqq – Gerçəkliyi Amala Yüksəldir. Hüquq – Gerçəkliyi Qoruyur. Haqq – Mənanı İfadə eləyir; Hüquq – Təzahürü. Bu […]

Soylu Atalı. Şəxsiyyət Yubileydə tanınmır

 Xalq şəxsiyyətlər doğur, ancaq şəxsiyyətlərini çağında tanıya bilmir. Böyüməyən xalq heç sonradan da şəxsiyyətlərini tanıya bilmir. Tərəqqi üzü aşağı gedəndə şəxsiyyət və xalq təzadı həmişə qalır, aradan qalxmır. Beləliklə, xalq öz şəxsiyyətlərinin çağırışlarını eşitmir, onlardan ayrılır. Şəxsiyyəti öz dövrünün qəlibinə salmaqla əslində xalq özünə və şəxsiyyətinə xəyanət edir.

Xaliq Bahadır. Əkdiyini biçən Rusiya

 Ukraynada qanlı savaş gedir. Yeni Ukrayna hökuməti ölkəni kəsinliklə separatçılardan arıtmaqdadır. Separatçılardan! Bugünlər Rusiyada ən çox acıq doğuran bir söz varsa, o da Ukrayna ilə bağlı işlədilən “separatizm”, “separatçılar” sözləridir. Bəlli olduğu kimi, bu sözlər Ukraynada yaşayan, Ukraynanı bölməyə çalışan ruslarla bağlı işlədilir. İndi Rusiyada bu sözü sevmirlər. Ancaq qabaqlar çox sevərdilər. Qabaqlar – Çeçenstandakı […]

Soylu Atalı. Akif Səməd – İşıqlı şeiriyyət yolçusu

Söz Tanrıdan sonradır. Ancaq Tanrını da tanıdan Sözdür. Ona görə Sözü Tanrı ilə cərgələşdirmək yox, vəhdətdə götürmək gərəkdir. Tanrı ilə vəhdətdə olan Söz hansı könüldə nəğmə qoşursa, o könül yiyəsi mürşidə çevrilir: Dərdi tanıyan, bəsləyən, sevən bir mürşidə; Dərddən ümid yaradan, ümidi könüllərə yazan bir mürşidə. Könül əhlinin dünyası dərd özüllü dünyadır, ona görə də […]

Üstün Atalı. Vətənləşən səfərlərim

Bəşər həyatını davamlı izləsək, görərik  ki, insanlar çoxluq etibarilə öz yaşamlarında bir-birindən səthi məsələlərdə fərqlənirlər. Yalnız ayrı-ayrı insanlar səthilikdən çıxır, bənzərsiz ömür yaşamaq səviyyəsinə yetirlər. Bu da onunla bağlıdır ki, ali keyfiyyətlər daşıdığını anlayanda  insan öz ömrünü məhz adilikdə məhdudlaşdırmaq istəmir. Bu insani ehtiyacdır.

Xaliq Bahadır. Azərbaycan – korrupsioner bürokratiya qalası

AŞ PA-da çıxış edən İ.Əliyev “Azərbaycanın əsas prioritetlərindən birinin də korrupsiya ilə mübarizə” olduğunu bildirib. “Azərbaycan bu sahədə unikal bir təcrübəyə malikdir”, – deyən İ.Əliyev  gerçəyi ortaya qoyub. Doğrudan da, Əliyevlər Azərbaycanında korrupsiya ilə “mübarizənin” çox “unikal” praktikası var: korrupsiyanın başında dövlətin başında duranlar durur, ancaq…

Asif Ata. Tarixə çatmaq (IV. Xətailiyimiz)

QAN HAVASI Qan çağırır Zəmanə, Qan Həvəsinə qoşulub. Qana qəltan olub, Qana sığınıb. Qana bürünüb; – Qana küsəniblər hökmdarlar; Qan bulaşıb Qohumluğa, Qardaşlığa; Qandan böyük məna görmürlər Qansızlar; Qanla doğulurlar, ölürlər, Qan Beşiyində yetişirlər; Qandan Taxt düzəldirlər, tac düzəldirlər; torpaqlar Qanla suvarılır, Fitnə, Məkr qanlaşır; Qan gətirib Qan aparırlar; Qan havasına oynayırlar, oynadırlar, Qanla yazılır […]

Xaliq Bahadır. “Effektli mübarizə forması” adıyla gözə kül üfürmə

Son 25 il, ən çox da əliyevçi rejimə bağlı son 22 il ölkəmiz üçün bir-birindən ağır, bir-birindən çətin illər olub. Bir illik AXC hakimiyyətini çıxmaqla, bu illər bizim üçün öz-özümüzlə savaş illəri olub. Daha çox da bəlli KQB generalının yön verdiyi son 22 il! Son 22 il demokratiyadan diktaturaya keçid dönəmi oldu. Son 22 il […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv