Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. DİN İNAMSIZLIĞI

Qiyamət Günü – Allaha inamsızlıqdır. Din dünyanın düzələcəyinə, insanın kamilləşəcəyinə, hətta özünün iddia elədiyi kimi, Allahın peyğəmbərlərə göndərdiyi kitablarla insanı düzəldə biləcəyinə şübhə edir. Əgər Qiyamət mütləq qopacaqsa, deməli, insan düzəlməyəcək. İnsan düzəlsəydi Qiyamət qoparılmazdı. Deməli, bəri başdan insanın düzəlməyəcəyi bəllidir ki, Qiyamətin qopması ilə bağlı hökm verilib.

Bakının qurtuluşu – Türklüyün qurtuluşu idi

Ürəyinizdə Günəş olsun! Sovetlər Birliyi dağılandan  üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. Bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri […]

Xaliq Bahadir. Sərdar Cəlaloğlunun yeni tarix yaradıcılığı

Çağdaş dünyada tarix siyasəti ayrıca aktuallıq qazanıb. Bu gün, ermənilər başda olmaqla, gerçək tarixi olmayan bir sıra toplumlar özlərinə onları birəşdirib gələcəyə aparmağa yönəlik uydurma tarix düzəldirlər. Bir daha demək gərəkir: çağdaş dünyada geniş yayılmış bu görsənişin adı tarix siyasətidir. Bir çox toplumlar  çox düzgün olaraq tarixə yalnız keçmişə bağlı, keçmişdə qalmış olaylar yığını olaraq […]

Asif Ata. Nikbinlik

Nikbinlik (Füzuli üstə) 1. Kədərdən qəhərlənməyə nə var, kədərdən bəhrələnmək gərək! Füzuli kədərlənir, həm də kədərlə qaynayıb-qarışır, kədərə qovuşur, kədərləşir. Həm: Mənim tək heç kim zarü pərişan olmasın, yarəb! deyir, həm də “zarü pərişanlıq məkanı” haqqında:

Asif Ata. Bayatı işığı

Bayatı işığı I  Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında. Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz. Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.

Üstün Atalı. Ümidsizləşən Bölgələrimiz

İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət  sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür.

“Türkdən Başlayan Yeni Bəşər İnamı” kitabı işıq üzü gördü

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün dünyanı bürüyən haqsızlıq, ədalətsizlik ayrı-ayrı ölkələrdə insanların varlığını, həyatını fərqli və oxşar biçimlərdə təhdid etməkdədir. Fərqli biçim insanların ideoloji mübarizələrinə görədir, oxşar biçim isə insanlığı basqı altına alan Quruluşun bütün dünyada eyni xarakterdə olmasına görədir.

İnamlı Atalı. Fərəh haqqı

İnsanın fərəh haqqı var, ancaq o fərəhlənə bilmir. Buna səbəb insanın gerçəklikdən üstun ola bilməməsidir. Mühitə uyğun yaşayan, şəraitə bel bağlayan, zamanı özünün alın yazısı sayan insan özünə inanmır, ona görə fərəhlənə bilmir. Fərəhlənəndə də bəsit, keçici uğurlarına fərəhlənir. Nisbi yaşamı fərəhsizliyə qərq olur. Çünki insan maddi dünyanı görur, onun uğrunda döyüşür, ruhanı dünyanı görmür, […]

ASİF ATA. XALQ

“Yol. Ata Sözü” Müqəddəs Kitabından Xalq Ruhu və cəmiyyətdə bərqərar olan ideologiya – müxtəlif hadisələrdir. Xalq – Mənəvi Ənənənin daşıyıcısı, hifz edəni və gələcək nəsillərə bəxş edənidir. Bu səbəbdən də o, Əbədi Sərvətlər rəmzidir. Cəmiyyət dəyişilir, Xalq Ruhu isə çox cüzi dəyişilməyə məruz qalır, onun yalnız zahiri cəhətlərində, üst qatında dəyişiklik müşahidə olunur. Xalq Ruhunda […]

Üstün Atalı. Vətən güzəranımızdan arxada deyil

Maddiyyatçılığın, varidatçılığın, pulçuluğun həyatı qapsadığı bir dövrdə İnsaniliyə çağırmaq, xilası İnsanilikdə görmək, bu həqiqəti soydaşlarımıza çatdırmaq üçün yurdumuzu qarış-qarış gəzmək nə qədər gözəldir. Bu gözəllik üzlərdə, gözlərdə heyrətə çevrilir, ümid yaradır, mənim isə ömrümə nizam gətirir, fərəhimə işıq salır…

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv