Dövlətin, dövlətçiliyin sürəkli aşındırıldığı dönəm içindəyik. Bu görsəniş qanunları qorumalı olanların öz çıxarları üçün qanunuqanunsuzluğa dönüşdürməsiylə doğrulanır. İstər yuxarıda, istər aşağıda birinin etdiyi qanunsuzluq çağındaca gərəkən təpkiylə qarşılanmırsa, tezliklə domino etkisinin (effektinin) yaranması qaçılmaz olur. Başqa sözlə, belədə aşağı-yuxarı dövlət qurumlarındaaşınma-dağılma baş verir. Burada deyilənlərlə bağlı tək elə son illərin görkülərindəın çoxlu örnək gətirmək olar. […]
Archive for the ‘Türk Dünyası’ Category

Bu gün ünlü şair, “Bulaq” xalq yaradıcılığının yaradıcılarından biri Tahir Talıblının doğum günüdür. Ona sağlam ömür, könül xoşluğu diləyirik.


“Əyri – Düz” Rəhmətlik Paşa dayımın sözüydü: “Əyri dünyada, düz axtarma“ İçim səhvlərnən hörülü, Səf-səf səhvlər naxış oldu. Nə axa-axa duruldu, Naxış özü, yanlış oldu. Düz görmədim əyri yöndə, Hər yanda bir ayrı gördüm. Ayrı yöndə, ayrı donda, Hər üzdə bir əyri gördüm. Hər şey dəyişdi içimdə, Gur axan çaylar qurudu. Nə nişanda, nə […]

Xaliq Bahadır. Dil bazarçıları


Dil bazarçısı yalandır, varmazam bazarına, Əyri dildən nəsnə gəlməz, durmuşam inkarına. Nəsimi Başlıca müxalifət partiyaları olaraq tanınan iki partiya- Müsavatla AXCP- qarşıdakı prezident seçkisiylə bağlı BOYKOT qərarı verdi. İstənilən partiyanın istənilən politik, toplumsal durumla bağlı istədiyi kimi qərar vermək hüququ var- burası bəlli. Ancaq burada adı çəkilən iki partiya ilkin yaranış baxımından, eləcə dəideya-politik […]

Paşa Talıblı. Şeirlər


Mənim şeirlərim elegiyadı… … tapdadı içimi atlı qarışqa, tapmadı içimi adlı qarışqa, qağayı burnu tək duzlaşıb içim. … göylərə yaraşır elə göy adı! Mənim şeirlərim elegiyadı, mənim şeirlərim başsağlığıdı…

Xaliq Bahadır. 94 yaşında yetim


“Məndə vətən həsrəti indi dil həsrətilə əvəz olunub”,- bu acıdan-acı sözləri oxuyanda içimdən sızıltı keçmiş, gözlərim dolmuşdu. Deyəsən, bir il qabaq idi. Bu sözlərdəki sonsuz ağrı-acını yalnız xalqına, onun dilinə bütün əriş-arğacıyla bağlı olanlar, başlıcası da gerçək yazarlar sezər, duya bilər. O adda biri var, illərdir Yazıçılar birliyinin başdaduranlarındandır. Xalqdan uzaq, xalqın dilindən uzaq, […]

Günev Atalı. İnam Evi – İnsanlığın Carı


Qardaşım İnam Evinin mahiyyətini andatdı. Hər bir inancın özünün ünvanı olub. Buddistlərin məbədləri, zərdüşt məbədləri, sonra səmavi dinlərin məscidi, kilsəsi, sinaqoqu olub. Bizə görə çatışmazlıqlar olub insana münasibət baxımından. Həqiqət nisbi mənada, ədalət nisbi mənada, azadlıq, vətən anlamı, İnsanlıq, ruhaniyyat nisbi mənada öyrədilib. Ata deyirdi bunlar bəşəriyyətin yarım işıqları idi gəlmişdilər. Ancaq səmavi dinlərin […]

Xaliq Bahadır. Daha bir aşama… gözləntili yaşama!


(Qarşıdakı beş ildə bizi nələr gözləyir?) Sıradışı seçki Hakimiyətin ABD ilə kəskin qarşıdurması superdövlətin “yenilməsi” ilə sonuclandı. Yanlar uzlaşmaya gəldilər. Demək, ABD 30 illik əliyevçi rejimə superdemokratik seçki yoluyla daha beş illiyə legitimlik hüququ tanıyır. İ.Əliyev isə Moskvanın deyil, Vaşinqtonun diktəsiylə Ermənistanla barışığa gedir. Müxalifətimizin interpretasiyasına görə, belə bir praqmatik uzlaşma nədəniylə Amerika Azərbaycanda demokratiyanı […]

Elana İnamçı. İnam Evi – İnsan kimi yaşamaq istəyənlərin ünvanı


Mən bir məsələyə toxunmaq istəyirəm. Ocağın Bayrağına irad tutanlar var. Bizim dövlət bayrağımız üçrənglidir. Hərəsi bir məna daşıyır. Başqa-başqa ideyaları süni şəkildə birləşdirib bayraq yaratmaq heç kimi rahatsız eləmir, ancaq Ocağın bayrağı rahatsız edir. Mənasızdır dövlət bayrağının boyaları, çünkü milliliyi bütöv şəkildə ifadə etmir. Ocağın Bayrağı isə İnsanlaşmaya çağıran müqəddəsliyin rəmzidir.

Abil Ulusoy. İnam Evi Azərbaycan Ruhunu Yadlıqlardan Qoruyan Ünvandır


(“İnam Evi Günü”ndəki çıxışından) İstanbulda bir kitab aldım. Dünyaya yön verən yüz filosof. Orda oxumaq imkanım olmadı. Bakıda onu kifayət qədər yaxşı incələdim. Hər biri haqqında bioqrafik məlumatlar var. Həmin filosofların dünyaya nəylə yön verməsi ilə bağlı xırda yazılar var. Həmin kitabda yazılanların dünyaya yön verməyi əslində qərbin dünyaya yön verməyidir. Qərb ağalığının özünü təsdiqi […]