Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. Özünə sığmayan dünya


Günəş səmaya sığmır. Dilək ürəyə sığmır. Dəniz məcraya sığmır. Ruh bədənə sığmır. Səs sinəyə sığmır. Fikir sözə sığmır. İnsan ölümə sığmır. Ömür taleyə sığmır. Səda sükuta sığmır. Gecə zülmətə sığmır. İnsan özünə sığmır. Bəbək gözünə sığmır. Çiçək çöllərə sığmır. Meyvə budağa sığmır. Ayaq yollara sığmır. Qartal dağlara sığmır. Heyrət tərifə sığmır. Qüdrət tarixə sığmır. Pələng […]

Asif Ata. Novruzluğumuz


(Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!

Soylu Atalı. “Od İşığı” ideyası


Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi […]

Asif Ata. Natam Dünya


Natam ömür. Natam sevinc. Natam gözəllik. Natam vüsal. Natam hicran. Natam qəzəb. Natam əzab. Natam tale. Natam qismət. Natam vüqar. Natam heyrət. Natam sevgi. Natam cürət. Natam nəğmə. Natam dostluq. Natam xeyir. Natam nifrət. Natam hörmət. Natam ləyaqət. Natam ismət. Natam kədər. Natam vəcd. Natam aşiqlik. Natam pərəstiş. Natam fədakarlıq. Natam qəhrəmanlıq. Natam müqəddəslik. Natam […]

Soylu Atalı. Babək özgürlük simqəmizdir


(Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]

Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz


I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Azadlıq – İnsanı İnsandan kənardakı […]

“Babəki verən xalqın özünü balaca sayması günahdır” (Bu gün Böyük Babəkin edam olunmasından 1186 il ötür)


(14 mart Böyük Babəkin edam olunduğu gündür) Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir […]