Asif Ata. Natam Dünya

Natam ömür. Natam sevinc. Natam gözəllik. Natam vüsal. Natam hicran. Natam qəzəb. Natam əzab. Natam tale. Natam qismət. Natam vüqar. Natam heyrət. Natam sevgi. Natam cürət. Natam nəğmə. Natam dostluq. Natam xeyir. Natam nifrət. Natam hörmət. Natam ləyaqət. Natam ismət. Natam kədər. Natam vəcd. Natam aşiqlik. Natam pərəstiş. Natam fədakarlıq. Natam qəhrəmanlıq. Natam müqəddəslik. Natam xalislik. Natam idrak. Natam hissiyyat. Natam bədiyyat. Natam xatirə. Natam iradə. Natam oyanma. Natam ehtiras. Natam həvəs. Natam işıq.
Rəng natamlığı. Ahəng natamlığı. İlham natamlığı. İnam natamlığı. Namus natamlığı. Təsdiq natamlığı. İnkar natamlığı. Bütövlük natamlığı. Kövrəklik natamlığı. Bulaq natamlığı. Çıraq natamlığı. Atəş natamlığı. Şəfqət natamlığı. Şüa natam­lığı. Səda natamlığı. Əməl natamlığı. Amal natamlığı. Adət natamlığı. Sənət natamlığı. Dözüm natamlığı. İmtina natamlığı. Qüdsiyyət natamlığı. Sədaqət natamlığı. Səadət natamlığı.
Yarımçıq şərəf. Yarımçıq zəfər. Yarımçıq hünər. Yarımçıq fədailik. Yarımçıq qadınlıq. Yarımçıq kişilik. Yarımçıq əzəmət. Yarımçıq mətanət. Yarımçıq həqiqət. Yarımçıq yol. Yarımçıq ümid. Yarımçıq nailiyyət. Yarımçıq bərəkət. Yarımçıq səxavət.
Yetişməmiş meyvə. Yetişməmiş fikir. Yetişməmiş duyğu. Yetişməmiş mənəviyyat. Yetişməmiş hissiyyat. Yarımçıq ülvilik. Yarımçıq mərdlik. Yarımçıq həmdərdlik. Yarımçıq əzabkeşlik. Yarımçıq aşiqlik. Yarımçıq qətiyyət. Yarımçıq məlahət. Yarımçıq iqtidar. Yarımçıq vicdan.
Yarıməsil. Yarımürək. Yarımtəbii. Yarımsərt. Yarımqayğı. Yarım­dost. Yarımdoğma. Yarımdoğru. Yarımmüəllim. Yarım­ailə. Yarımövlad. Yarımata. Yarımdahi. Yarımxalq. Yarım­peyğəmbər. Yarımsəs. Yarımünsiyyət. Yarımhəyat.
İkilikdə tənhalıq. Coşğunluqda soyuqluq. Yaraşıqda çirkin­lik. Mövcudluqda itkinlik. Doğmalıqda naşılıq. Sədaqətdə xəyanət.
Yaxınlıqda uzaqlıq. Çağıran yol həsrəti. Körpənin dil həsrəti. Ulduzun ay həsrəti. Təpənin dağ həsrəti. Səslərin söz həsrəti. Yarımçıq ölkələr. Yarımçıq tarixlər. Yarımçıq şəhərlər. Yarımçıq kəndlər.
İnamsız addımlar. İnamsız inamlar.
Yanmayan çıraqlar. Eşidilməyən səslər. Deyilməyən sözlər. Məhsulsuz çöllər. Meyvəsiz bağlar. Qıfıllı dillər. Ölü fikirlər. Şamsız pərvanələr. Ayıq divanələr. Sərxoş müdriklər. Meyxoş zahidlər. Göyçək ilanlar. Nəzakətli tülkülər.
Həyata pərçimlənmək və yaşamaq. İstəyə calanmaq və yaşamaq! Özünü təsdiq etmək və yaşamaq! Dolanmaq və yaşamaq! Zamanın əbədiyyət qarşısında kiçikliyi! Adamın insan qarşısında kiçikliyi! Gerçəkliyin ideal qarşısında kiçikliyi! Cismin ruh qarşısında kiçikliyi! İnsanın Mütləq qarşısında kiçikliyi! Ömrün insan qarşısında kiçikliyi! Ağlın zəka qarşısında kiçikliyi! İnsanın öz mahiyyəti qarşısında kiçikliyi!
Natamdır Dünya! Yaxşı ki, özündə qalmayandır Dünya!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv