Asif Ataya tapınmaq məsələsi. Ocaqda hər bir fərd Asif Ataya tapınmağından qürur hissi keçirir. Təkcə Asif Ata Ocağının tədbirində deyil, dünyanın hər yerində qürur hissi keçirir. Həmin qürurla deyə bilərsən ki, xalq Ocaqdadır. Mən Azərbaycanın xəlqi mənasını sevirəm, heç kim mənim qarşımda durub bu xalqı aşağıladığımı deyə, bunu sübut eləyə bilməz, gücü çatmaz. Mənim ömrümə xalqın ağrısı yüklənib.
Mənim ürəyimə onun özünə qarşı yaşadığı fəlakətlərinin kədəri yüklənib… Sonra, dünyanın hər yerində bu sözü mən deyərəm: Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Soylu Atalının Ocaq tədbirində çıxışından
İyul 12th, 2016
admin
ASİF ATA. HƏQİQƏTLƏR
İyul 12th, 2016
admin I
Əxlaqi kamillik – gözəl ağıl, gözəl mənəviyyat və gözəl fəaliyyətin vəhdətindən yaranır.
Gözəl ağıl – mahiyyətə enən, dərin, narahat, qanadlı fikir deməkdir.
Gözəl mənəviyyat – hissiyyat zənginliyi və təmizliyi, fədakarlıq, xeyirxahlıq, müqəddəslik duyğusu deməkdir. Ardını oxu »
Soylu Atalı. KƏPƏNƏKÇİ – ULU ELİM
İyul 10th, 2016
admin Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarım!
Niyəsə Kəpənəkçi adını dilə gətirəndə, bu ad, sazımızın Urfanı havası kimi mənim ürəyimdə həmişə həyəcan doğurur. Körpəliyimə şirin vüsal bağışlayan laylalarım burada çalındığına görəmi, ömrümə məna, məzmun gətirən çayların, meşələrin, dağların əsrarəngiz gözəlliyinə şahidlik elədiyinə görəmi, Ulu Türkün qutsal harayı olan saza beşik quran Borçalının yavrusu olduğuna görəmi – Kəpənəkçi adı doğmadır ürəyimə, sevincimə.
Hər zaman bu yurda üz tutanda içimdə vüsal deyil, həsrət sevinir, könlümə könüldaş istəyəndə həsrət ayağa durur.
Toy-busatlı, dağlı-aranlı xatirələrin, yaylaqlı günlərin nisgili içimdə şeiriyyətə çevrilir. Ardını oxu »
Asif Atanın (İnam Atanın) gömüldüyü (İlk Torpaqda) “Amal Bağı”nda Soylu Atalının Ziyarət sözü
İyul 10th, 2016
admin (Günəş Ayının 21-22-də Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşları Üstün, Güntay, Göylü Atalılarla və Elçin (Həsənov) bəylə Atagün Elinə (Örənqalaya) ruhani səfər etmiş, tədbirlər həyata keçirmişdir.)
Bu gün biz Asif Atanın gömüldüyü ilk torpağı – “Amal Bağı”nı ziyarət edirik. Əslində xalqın gələcəyini ziyarət edirik. Asif Atanın üz qoyduğu torpaq vətəndir, Asif Atanın üz qoyduğu torpaq dəyərdir. Xalqı xalq eləyən Vətən dəyəridir. Asif Ata yeni bəşər halı yaradan, həyata ruhani nizam gətirən böyük bir dünyabaxış sistemi verib xalqımıza. Böyük bir həqiqət tələbi gətirib. Ona görə də onun üz qoyduğu torpaq müqəddəsdir. Ardını oxu »
Üstün Atalı. Sevgidən doğan səfər (Qusar bölgəsinə səfərim)
İyul 6th, 2016
admin Dünyanı yenidən öyrənmək, həyatı yenidən duymaq, insanı yenidən bilmək – adamda necə ülvi duyğular oyadır. Bunları duymaq, yaşamaq gözəldir. Mənim bunlara varmağımın bir ünvanı da səfərlərdir.
Canlı ünsiyyətlərin, doğmalığın aradan getdiyi bir zamanda, insanın balaca bir sevincə həsrət olduğu dövrdə belə bizim içimizdə ünsiyyət ehtiyacı, insanlarla doğmalaşmaq istəyi azalmır. İnsanlığın yaşadığını, yaşaya biləcəyini haraylamaq, yurdumuzun ən ucqar yerlərində belə yurddaşlarımızda ümid yaratmaq və onların sevinclərinə qoşulmaq istəyirik. Bunun üçün Ocaq səfərlərimizi davam edirik.
“Qədimdəki doğmalarımıza bənzəmək istəyi gələcəkdəki ulusal vüsalımızı dərk etməyimizdən irəli gəlir” – deyir Soylu Atalı. Biz bu meylin arxasındayıq. Ardını oxu »
Soylu Atalı. Türk dövlətlərinin birgə hərəkət qaçılmazlığı
İyul 1st, 2016
admin Bəşəriyyət Orta Doğunun timsalında ağlamalı günlərini yaşayır. İnsanlar qan içində çabalayır, yaşlılar, qadınlar, körpələr fəryad qoparır. Tükənməyən qırğınlar, tükənməyən dağıntılar böyük məqsədlərə qatılır. Dünyaya demokratiya yayılır – qırğınlar, vəhşətlər, nifrətlər, düşmənçiliklər biçimində. Dünyanı “ağ günə” çıxartmaq yönündə “Ağ evdə” planlar tutulur, əməllər becərilir. Tapıldığı (kəşf olunduğu) gündən yalnız qətllər, qırğınlar, terrorlar hazırlanır, yetirilir Amerika qitəsində. Hələ bəşəriyyətə böyük bir dəyər sunmayıb bu qitə. Ardını oxu »
XALİQ BAHADIR. SƏSSİZ SOYQIRIM
İyun 29th, 2016
admin Ölkədə 1993-dən bu yana soyqırım gedir – səssiz soyqırım! Bir neçə gün qabaq Səlyanda baş verən körpə ölümü o soyqırımın daha bir faktıdır. Səlyan Mərkəzi xəstəxanasının doğum şöbəsində üçəm uşaq doğulub. Uşaqları “modern” qutulara qoyublar. İşıq sönüb, uşağın ikisi oksigen çatışmazlığından ölüb. İşıq sönüb, bəs generator? Generator işləməyib. Elektrik, generator – suç bunlarda, ölüm faktının bunlarla bağlılığında deyil. Suç başlanğıcdan ANTİMİLLİ, ANTİDEMOKRATİK xarakter daşıyan əliyevçi rejimdədir. Ardını oxu »
GÜNEY AZƏRBAYCAN BÖLGƏ HADİSƏLƏRİ FONUNDA
İyun 28th, 2016
admin Göylü Atalı: Ürəyinizdə Günəş Olsun!
Bu gün İran dövlətinin yörəsində gedən proseslər Güney Azərbaycanın taleyinə birbaşa etki göstərir. O Tay, Bu Tay Azərbaycana siyasi və mənəvi basqılar da artır. Bu nə ilə bağlıdır?! Bu suala cavab almaq üçün əslən Təbrizli Ağşın Ağkəmərlinin, Abil Ulusoyun, müxalif düşərgədə tanınmış aydın Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının mövqelərini öyrəndik. İndi onu oxuculara sunuruq. Ardını oxu »
Aktyor evindəki görüşdən sonra ədəbiyyat tənqidçiliyi ilə bağlı Asif Atadan radio üçün götürülmüş müsahibə
İyun 19th, 2016
admin Aparıcı: Hörmətli tamaşaçılar, indi sizə təqdim edəcəyim müsahibimi ədəbiyyat həvəskarları yaxşı tanıyır. Yaxşı tanıyır o mənada ki, vaxt vardı 60-cı illərin axırından 70-ci illərin ortalarına qədər bu tanınmış tənqidçi-filosof jurnallarımızın, qəzetlərimizin səhifəsində Azərbaycan ədəbiyyatı haqqında, Azərbaycan mədəniyyəti haqqında fəlsəfi fikirlə, fəlsəfi fikir dərinliyi ilə müdrik sözlər deyirdi və öz poeziyasını, öz ədəbi qiymətvermə meyarlarından bacarıqca fərqləndirirdi. Ədəbiyyatımızın tanınmış, istedadlı tənqidçilərindən, elmimizin gözəl nümayəndələrindən biri olan Asif Əfəndiyevi sizə təqdim etmək istəyirəm.
Asif müəllim, mən bayaqkı sözlərimi əbəs yerə demədim. Mənə elə gəlir ki, sizin məqalələriniz bir tənqidçi kimi, bir filosof kimi digər tənqid nümayəndələrimizin yazılarından fərqlənir. Bu fərqi mən materialın özünəməxsus əxz edilməsində və həmin əxz edilmənin özünəməxsus təqdim olunmasında görürəm. Ardını oxu »
Bütövlüyə doğru ideoloji konuşma
İyun 17th, 2016
admin Güney Azərbaycan fəallarının nümayəndəsi Hüseyin Türkelli, ideoloji mübarizənin tanınmış siması Xaliq Bahadır və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı milli mübarizə konusunda bir arada.
Hüseyin Türkelli: “…Bilirsiniz ki, hal hazırda təkqütblü sistem var dünyada. Təkqütblü sistemin mənfi tərəflərindən biri odur ki, kiçik millətlərin manevr imkanları olmur. Amma milli iradə açısından danışsaq, Güney Azərbaycanda milli iradə bizim istədiyimiz biçimdədir. Millət öz azadlığını istəyir. Sosiolojilik baxımdan millətin hamısının istiqlalçı olmasına gərək yoxdur ki. Əhalinin aktiv hissəsinin istiqlalçı olması yetər və passiv hissənin etinasız olmasının eybi yox. Bir sosioloq kimi deyə bilərəm ki, mənə elə gəlir, əhalinin aktiv hissəsi bizim tərəfimizdədir, – Güney Azərbaycanın azadlığını istəyir. Mənə elə gəlir, passiv hissənin də azı 100- də 50- sindən çoxu “kim gəlir-gəlsin, molla rejimi devrilsin” deyir. Ardını oxu »




