Vətənin özgürlüyü İnsandır

(Ocağın yeni səfərləri)

Hamıya – “Vətəni qorumaq gərəkdir” deyirlər. Ancaq heç kimə “İnsanı qorumaq gərəkdir” demirlər. Bunu öyrətmirlər. Ən yaxşı halda, insanı bioloji-fiziki qorumağı əsas götürürlər. Bu görəvi dövlət daşıyır. Ancaq insan, hər anlamda, tam olaraq qorunmur. Pulçuluğun ictimai quruluşa çevrildiyi dünyada insanı qorumaq özünü doğrulda bilməz. Belə bir quruluşda insan dəyərini itirir: – onun əməyi mənimsənilir, haqqı əlindən alınır, imkanları daraldılır. İkinci bir yandan, insan mənəvi-ruhani varlıq kimi götürülmür. Ardını oxu »

Xaliq Bahadır. Dünya bazarında Azərbaycan

Bəlli bir ailənin çoxillik yağıcasına ağalığı üçün Azərbaycan 1993-dən dünya bazarına çıxarılıb. Alan dünya gücləridir, satan Əliyevlər. Təkcə 1993-2010-cu illər arasında Əliyevlər ailəsi bircə Ofşor zonalara Azərbaycandan 48 milyard oğurluq pul ötürüblər. “Təkcə”, “bircə” – bunların hər birinin öz anlamı var: onlar yalnız 1993-2010-cu illərdə deyil, bütün hakimiyətləri  boyunca Azərbaycandan milyardlarla dollarlıq oğurluq ediblər; o oğurluqları yalnız ofşor zonalarda deyil, başqa yerlərdə də yerləşdiriblər.  48 milyard yalnız böyük Yer üzünün bəlli bir bölgəsində tapılıb ortaya çıxarılandır. Ardını oxu »

Asif Ata. Əzəli, Əbədi Türkçülüyümüz

 1. Mahiyyətimiz

Türkçülüyümüz bizim mahiyyətimizdir. Ötəri, keçici, sonlu keyfiyyətimiz, xassəmiz deyil. Yəni mahiyyətimiz dedikdə, biz ruhaniyyatımızı deyirik. Türkçülük bizim xilqətimizdir deyirik. Türk inamından danışırıq, türk idrakından danısırıq, türk iradəsindən danısırıq. Ona görə də türkçülüyü zamanla ölçmək, şəraitlə ölçmək, cəmiyyətlə ölçmək, mühitlə ölçmək, siyasətlə ölçmək çox zahiri, çox səthi bir təmayüldür. Ardını oxu »

Nurtəkin Atalı. Ruhsal Səfərlər İnsan sevgimizin sevincidir

Bu günlərdə Soylu Atalı ilə oxullarda görüş keçirmək istəyi ilə Sumqayıt şəhərinə yollandıq. İki oxulda olduq, hər iki oxul təhsil şöbəsinin icazəsinin gərəkliyini bildirdi. Onlara oxullarda toplantılar keçirməyi yasaq ediblər. Soylu Atalı bildirdi ki: “biz hər yerdə xalqımızın içində olmağa borcluyuq, olacağıq da, bunu heç kim bizə yasaq edə bilməz. Lap küçələrdə söhbətlər aparacağıq, milli-ruhsal dəyərlərimizi yayacağıq. Sumqayıta da gəlmişkən boş dönməyəcəyik”.
Soylu Atalının önərisi ilə Sumqayıt Dövlət Universitetinə getdik. Mən 1997-ci ildə bu universiteti bitirmişəm. 5 il eyitim almış, 4 il də burda işləmişəm. Sonra Bakıda yaşayıb işlədiyim üçün uzun çağlar buralara yolum düşməmişdi. 19 il zaman keçdikdən sonra tanış üzlər, həm də yeni üzlər görmək istəyi məni həyəcanlandırırdı. Ardını oxu »

Soylu Atalı. Türkiyə türkçülüyə qayıtmalıdır

Bu gün dünya siyasətçilərinin də, yazarlarının da, hətta sıradan adamlarının da diqqəti Türkiyəyə yönəlib. Bu diqqət – Ukraynaya, Gürcüstana, İrana, Suriyaya, İraqa, eləcə də başqalarına yönələn diqqətdən çox başqadır (fərqlidir). İndi araşdıra bilən də, bilməyən də, anlayan da, anlamayan da bir fikir səsləndirir: “axır ki Türkiyəni də bu oyunlara soxa bildilər”. Söz yox, bu fikir son günlər Türkiyənin yaşadığı olaylara görə deyilir. Ancaq bilmək gərəkdir, Türkiyə çoxdan bu oyunların içərisindədir. Bu olaylar da yeni deyil. Ardını oxu »

Asif Ata. VƏCDLİ İDRAK (Nəsimilik)

  1. İNSAN

 Vəcdə gəlmək – ülvi mənaya dalmaq, onunla bir olmaqdır. Gözəllik öz əsil qiymətini vəcd məqamında tapır. İnsanı özündən (adi durumundan) ayıra bilməyən gözəllik natamam gözəllikdir.
Ali hikmətə tam qovuşmaq – onu vəcdlə duymaq deməkdir.
Ürəyin də çaylar kimi bir sel məqamı var.
Bu məqamda ehtiras insanı öz sularında qərq edir. Vəcdsiz ürək – alovsuz ocaqdır. Ardını oxu »

Xaliq Bahadır. Davudoğlunun suçu nə?

Türkiyədə bu günlər ən çox dartışılan qonu budur: “Davudoğlunun suçu nə?” Hamı soruşur, ancaq ortada gərəkən bilgi yoxdur – bilgi adına bəlirlənənlər bilgidən daha çox bilgisizlik xarakterindədir. Başbaxan Davudoğlu ilə bağlı baş verənlərə Başbaxan Davudoğlu aydınlıq gətirə bilərdi, di gəl, onun bu yöndəki çıxışları duruma gerçəkdən aydınlıq gətirməyən dolaş-bulaş çıxışlardır. Başqa tür desək, Davudoğlu dəngəsi pozulmuş durumda olduğundan özü ilə bağlı baş verənlərə aydınlıq gətirə bilmir. Bunu onun bir-birnə ayqırı danışmaları-sözləri göstərir. Ardını oxu »

Yadigar Türkel. Siyasi təşkilatların ideoloji baxışları və milli ideologiya

Azərbaycanın siyasi partiyalarının ideoloji baxışları mürəkkəbdir. «Milli azadlıq hərəkatı»nın 80-ci illər dövrünün ilk ictimai-siyasi təşkilatı olan AXC ideoloji baxışlarında Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını dirçəltməyə çalışır, onun türkləşmək, islamlaşmaq, müasirləşmək ideyasına əsaslanan milli özünütəsdiq-azərbaycançılıq yolu ilə gedirdi. XX yüzilliyin başlanğıcında demokratik prinsiplərin qoyuluşu və çözümünə görə Avropa dövlətlərinə də örnək ola biləcək Azərbaycan Xalq Cümhuriyyətində «millətçilik, türkçülük, vətənçilik. azərbaycançılıq, milli dövlətçilik, inqilabçılıq, xalqçılıq, cümhuriyyətçilik» ideyalarını «siyasi millətçilik, istiqlalçılıqazərbaycançılıq» səviyyəsinə qaldırıb milli ideologiyaya çevirmişdilər. O zaman «müsavatçılıq adlanan Azərbaycan milli məfkurəçiliyinin millətin iliyinə qədər işləmiş bir iman olduğuna əlamət» idi [30, s. 9]. Ardını oxu »

Zaur Qəriboğlu. Bura Vətəndir

Artıq 24 ildir ki, Azərbaycan xalqı Qarabağ savaşında uduzmasının ağrılarını yaşayır. Bu illərdə torpaqlarımızın işğal olunduğu tarixləri ağlamaqla qeyd edir, sanki özünə olan inamını bərpa etməyə gücü qalmır.
Ancaq aprel döyüşləri fərqli bir görsəniş ortaya çıxardı, millətimizin ümidlərində bir gəlişməni, ruh yüksəkliyini hər birimiz izlədik. Özünə qarşı inamı itirən bu xalq özünə güvənməyə başladı. O vaxta kimi mən millətimizdə özünəxas cəhətlərə maraq görmürdüm. Bu hadisələr milli şüurda tərpəniş yaratmaqla çoxlarına mesaj verdi. Təbii ki, özünə güvənməyi bacaran bir toplum hər bir problemlərini həll etməyə qadir olur. Ardını oxu »

Xaliq Bahadır. Müstəqilliyimiz lağlağıdır

Xalqdan çox uzaq başçılar da hərdən xalqla “yaxınlaşma-doğmalaşma” gərəyi ilə üzləşirlər. Bugünlərdə İ.Əliyev belə bir gərəklə üzləşdiyindən savaş bitəndən sonra savaş bölgəsinə gedib xalqla “qucaqlaşdı”. Bütün televiziyaları xalqın-müxalifətin üzünə qapayan dövlət başçısı gerçəkdən xalqla yaxınlaşa-doğmalaşa bilərmi?! Yalnız OĞRU hakimiyətlər televiziyaları xalqın-müxalifətin üzünə qapayır: gerçəklər – xalqdan etdikləri oğurluqlar – ortaya çıxmasın deyə. Onlara qalsa, bircə yol da xalqla görüşməzlər. Ancaq, yuxarıda deyildiyi kimi, xalqla görüşmək hərdən qaçılmazlığa çevrilir. İndi də belə oldu: bir ailədən iki prezident xalqla görüşə getməli olmuşdu. Görəsən, onlar illərdəbn bəri başında durduqları, doğal resursları aşıb-daşan ölkədə, xalqın tövlə kimi balaca, uçuq-sökük evlərdə yaşadığını görəndə nə düşünürdülər? Ofşorlara yatırdıqları milyardlar bir yana, xalqı dilənçi kökünə salmaqla Azərbaycanı “idman ölkəsinə” çevirmələrini, Avropadakı, Rusiyadakı milyardlarla dollarlıq təmir-tikinti işlərini göz önünə gətirdilərmi? Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv