Bizim hər birimizin yurddaş olaraq prezident-dövlət başçısı adını daşıyan İlham Əliyev başda olmaqla Əliyevlər ailəsindən soruşmaq hüququmuz var: bu xalqdan nə istəyirsiz? Ən azı, indiki referendum qərarından sonra bu soru günümüzün ən aktual sorularından biri, birincisi olmalıdır. Demokratiya ritorikasından tutmuş antikorrupsiya ritorikasınadək xalqı aldada-aldada Demokratiyanı diktaturaya, Respublika quruluşunu monarxiyaya dönüşdürdülər. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Soylu Atalı. Türkcəmizin ləyaqətini qoruyaq
İyul 31st, 2016
admin Azərbaycanın siyasi faciəsi zaman-zaman onun həyatının bütün sahələrində özünü göstərib. Bu gün də biz həmin faciələrin ağırlığı altından çıxa bilmirik. Bəlkə də bizə ən böyük faciəni “Türkmənçay bağlaşması” yaşadıb. Tarixdə başqa xalqların aqibətinə də parçalanmalar düşüb. Ancaq heç bir xalqa parçalanma bizdəki kimi məzhəkə taleyi yaşatmayıb. Yurdumuzun bir parçasını Rusiya işğal elədi. O biri parçasında isə türk yönətiminə son qoyularaq yerində fars hakimiyyəti quruldu. Antitürk qüvvələrin əli ilə yönətilən, türkə qarşı möhkəmlənən fars hakimiyyəti də ədaləti, vicdanı komediya faktına çevirdi. Ardını oxu »
Asif Ata. Sabah üstə (Beşinci Müqəddəs Kəlam)
İyul 23rd, 2016
admin Bu günün qarşısında 4 təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pulçuluq, Xaricilik.
Bu günün qarşısında 4 əməl var: İnamçılıq, Xalqçılıq, İnsançılıq, Yurdçuluq.
İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dünyaçılıqdır, cənnətçilik-cəhənnəmçilikdir, Yaradan ağalığıdır, itaətçilikdir, cəfəngiyyatçılıqdır.
İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; islam insanı bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir. Ardını oxu »
Xaliq Bahadır. Dünyaya açılan Azərbaycan…
İyul 20th, 2016
admin Onlar Azərbaycanı dünyaya tanıtmalarından çox danışırlar. Uzun illərdir Azərbaycanı dünyaya tanıdırlar. Tanıdırlar, ancaq… rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya ölkəsi olaraq. Tanıdırlar, ancaq… bütün bunların DÖVLƏT SİYASƏTİNƏ dönüşdüyü ölkə olaraq. Doğrudan da, AzTV-lər hər gün deyən kimi: indi Azərbaycanı bütün dünya tanıyır. Bugünlərdə dünya Azərbaycanı bir daha tanıdı: Azərbaycanda insan hüquqlarının tapdandığını ört-basdır etmək, siyasi dustaq sorununu malalamaq üçün Elxan Süleymanov adında bir rejim əlaltısı AŞ PA-nın indi keçmiş olan başqan yardımçısı Luka Volonteyə rüşvət verib. Başqalarını bilmirəm, məndən ötrü bu rüşvətlə bağlı ən ilginc olanı 2 milyon avrodan çox, 3 milyon avrodan az olmasıdır. Axı, bunlardan biri olmalıydı. Bu gün ortada olan, senyor Lukaya cinayət işi açılmasına nədən olan, 2 milyon 390 min nə deməkdir? Ardını oxu »
Soylu Atalı. Türkiyəmiz çöküşə doğru
İyul 19th, 2016
admin
Sovetlər dağılan çağlarda ilginc bir eyforiya vardı. Hər kəs düşünürdü ki, 21-ci yüzil türk yüzili olacaq. Çünkü Sovet quruluşu türk birliyinin qarşısını alan güc faktı idi. Üstəlik Türkiyəyə qarşı düşmən mövqedə idi. Dost ola bilməzdi, çünkü bu dostluq SSRİ-nin dağılmasını sürətləndirə bilərdi. Ona görə əsarətdə saxladığı türk respublikaları ilə Türkiyənin hər hansı biçimdə ilişkilərinin olmasına yol verməməyin təkcə yolu da dostluqdan uzaq durması idi. Elə buna görə də Türkiyə Batı dünyasının yanında yer almağa məcbur idi. Ya belə olmalı idi, ya da Türkiyənin özü SSRİ-nin təhdidi altına düşəcəkdi. Ardını oxu »
Xaliq Bahadır. Səssiz soyqırım
İyul 18th, 2016
admin Ölkədə 1993-dən bu yana soyqırım gedir – səssiz soyqırım! Bir neçə gün qabaq Səlyanda baş verən körpə ölümü o soyqırımın daha bir faktıdır. Səlyan Mərkəzi xəstəxanasının doğum şöbəsində üçəm uşaq doğulub. Uşaqları “modern” qutulara qoyublar. İşıq sönüb, uşağın ikisi oksigen çatışmazlığından ölüb. İşıq sönüb, bəs generator? Generator işləməyib. Elektrik, generator – suç bunlarda, ölüm faktının bunlarla bağlılığında deyil. Suç başlanğıcdan ANTİMİLLİ, ANTİDEMOKRATİK xarakter daşıyan əliyevçi rejimdədir. Ardını oxu »
Soylu Atalı. Milli Müqavimət olmalıdır
İyul 18th, 2016
admin Azərbaycanda ciddi siyasət yoxdur. Bu gedişlə olması gözlənilmir də. Çünki millilik yönündən siyasətə girişənlər tez dayandılar, yoruldular, əl çəkdilər. Bunun da səbəbləri var.
İlk öncə onu demək olar ki, milli siyasət, daha doğrusu, milli var olmaq uğrunda siyasət yaratmaq və yürütmək istəyənlərimiz problemlərimizə dərindən yanaşmadılar, ağıl işlətmədilər. Ardını oxu »
XALİQ BAHADIR. Xaos strategiyası (II)
İyul 15th, 2016
admin Politika, başlıcası da dövlət başında duranların yürütdüyü politika qurtardığı yerdə başlamadığı kimi başladığı yerdə də qurtarmır. Bu baxımdan Ərdoğanın Rusiya ilə indiki yaxınlaşmasına eləcə hansısa ötəri yanlışın düzəldilməsi faktı olaraq baxmağın özü yanlışdır. Bilindiyi kimi, bu günlər Ərdoğan yeni bir çağırışda bulunmaqdadır: “Dostları artırmaq, düşmənləri azaltmaq”. İstənilən dövlət çıxarları baxımından olduqca önəmli-gərəkli çağırışdır. Ancaq görün bunu deyən kimdir: hakimiyət başında olduğu 14 il boyunca içdə də, dışda da Türkiyəyə düşmənçiliyi körükləyən birisi. Ardını oxu »
ASİF ATA. İNSANİLƏŞƏN CƏMİYYƏT
İyul 15th, 2016
admin Ağanın mənafeyinə yox, Sinfin mənafeyinə yox, Silkin mənafeyinə yox, Mücərrəd Ümuminin, Hamının mənafeyinə yox, – hər bir Şəxsin, fərdin mənafeyinə xidmət edən cəmiyyət – İnsani cəmiyyət sayıla bilər.
Bu o deməkdir ki, Maddi Mülkiyyət bir kəsin yox, Mücərrəd Ümuminin, Hamının (Dövlətin) yox, hər bir fərdin malı olmalıdır.
Bu o deməkdir ki, Mülkiyyətə zəhmətkeş sahib olmalıdır.
Mülkiyyətlə zəhmətkeş arasında yadlıq aradan qalxmalıdır.
Hər bir şəxs əməyinin bəhrəsini mənimsəməlidir. Ardını oxu »
Xaliq Bahadır. Xaos strategiyası (I)
İyul 14th, 2016
admin Ərdoğanın Rusiya ilə indiki barışıq-yaxınlaşması sosial şəbəkələrdə ikili reaksiya doğurdu. Kimlərsə buna qarşı çıxdılar, kimlərsə bunu alqışladılar. Mən birincilərdən oldum. Bizə qarşı çıxanlardan böyüklərindən görüb-götürdüyünə uyğun olaraq bizi sərt aşağılayanlar da oldu: sən demə, biz qlobal siyasətin nə olduğunu anlamırıq. Biz ölkəiçi sosial-politik baxışlarımızla da bağlı yanaşmalarla qarşılaşırıq: “siz prezidentin qlobal siyasətini anlamırsız”. Ardını oxu »




