«…Dünyəvi…» Azərbaycan Respublikası bir yana, «…Layiq…» Türkiyə Respblikasındakı ay yarımlıq «Ramazan bayramı» göstərilərindəki bezdirici söyləncələrdən yenicə qurtulmuşduq, Türkiyədəki «İmam Fetö çevrilişi» yurddaşlarımızın, soydaşlarımızın necə başsız, geriçi, dinçi, geopolitik düşüncəsiz adamların əlində qaldığını göstərdi… İyulun 29-da, bəlkə Bülbülün, Rəşidin, Xanın, Lütviyarın, Müslümün, Şövkətin, Saranın, Rübabənin, Zeynəbin, Floranın, Nərminənin… gözəl səsini eşidim deyib, «Mədəniyət» telekanalını açdım. Ekranda Türk dilinə uyğunlaşdırılmış iki Ərəb sözü yazılmışdı: «Haqqın dərgahı», türkcə desək, «Tanrı qapısı». Bir an sonra sunucu, akademik Vasim Məmmədəliyev bu gün «Səmavi dinlər»dən danışacağını bildirdi. Sevindim, dedim nə yaxşı, bəlkə bir şey öyrəndim, dini məndən yaxşı bilir. Ardını oxu »