Bu günlərdə “BMT Baş Məclisi”nin yubiley sessiyası keçirildi. Siyasal dünyanın ağası kimi davranan ABŞ-ın dövlət başçısı Obama, gələnəksəl olaraq, dünyaya bir sıra ismarıclar verdi. Bu ismarıclar əslində zorüstə ağıl nümayişi idi.
Müsəlman Allah anlamını dərk eləmədiyi üçün Allaha öz diləklərindən yanaşır. Başqa sözlə, Allahı öz diləklərinə uyğun təsəvvür edir. Özəllikcə, davamlı namaz qılıb oruc tutan adam bəzən elə davranır ki, elə bil Allah onun dayısıdır. Belə adamlar dünyanın gözəlliyini anlamayan, anlamını bilməyən zavallılardır. Onlar Allahın, əslində ağanın qulu olduğunu düşünüb bununla qürur duyurlar. Özünə qul demək – Allahı ağa kimi təsəvvür etməkdir. Çünkü qul sözü ağa sözünün anlamına uyğun yaranıb. Ağasız qul olmur, başqa cür desək, qulu olmuyana ağa demirlər. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Soylu Atalı. Oyunların ağırlıq ortası
Oktyabr 6th, 2016
admin
Soylu Atalı (Ocaq Yükümlüsü). İDEYA VƏ DEVİZ (ŞÜAR)
Sentyabr 25th, 2016
admin Bir var deviz, bir də var ideya.
Deviz – bir arzunun sadəcə deyimdə ifadəsidir.
İdeya isə arzunun, düşüncənin sistemli şəkildə həyata keçirilməsi üçün işlənib təqdim olunmasıdır. Məsələn, Əbülfəz Elçibəyin “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə” devizi. Göründüyü kimi, bu elə bir arzudur ki, işlənib prinsipial sistem halına gətirilməyib. Ardını oxu »
Yadigar Türkel. EY YAZIQ MÜSƏLMANLAR!
Sentyabr 15th, 2016
admin Sentyabrın 12-si müsəlmanların Qurban bayaramı günü idi. Saat ona işləmiş yaxındakı çörəkçidən təndir çörəyi, bir başqa dükandan da çap kağızı almaqdan ötrü evdən çıxdım. «Doktorlar evini»nin tinindən gedəcəyim dördyoladək iki yüz metr ola-olmaya. Sərhad adlı ətsatanın yemək-içmək, çörək, qutabbişirmə yerinə bitişik dükanının qabağı qoyun bazarına döndərilmişdi. Son 10-15 ildə Bakı qarış-qarış satıldığından, yeni Yasamalın yaya yolu qalmamış avtomobil yolunun beşdə biri çəpərlənib içi qoyun-quzu, dana ilə doldurulmuşdu. Qoyunlar mələyir, insanlar onları əlləşdirir, satıcılarla, bir-birilə danışırdılar…
30 addım aşağıda qatmaqarışıq dükanların qabağında da yuxarıdakıtək qoyun-dana ağılı düzəldilmişdi. Qoyunlar mələşir, danalar böyürür, qalxan iydən burun tutulurdu. Ardını oxu »
Dəyərlərimizin dəyərini qoruyaq (Soylu Atalı ilə müsahibə)
Sentyabr 15th, 2016
admin Bu günlərdə dövlət xadimi, ixtisasca tarixçi alim Həsən Həsənov müsahibəsində atəşpərəstlik dininin banisi sayılan Zərdüştlə bağlı bəzi fikirlər söyləyib. O, Zərdüştlüyü atəşpərəst saymır və onu türksoylu xalqların düşüncəsinə, mənəviyyatına zidd sayır. Bununla bağlı tanınmış fikir aydını, Asif Ata Ocağının Yükümlüsü Soylu Atalının fikirlərini soruşduq. Bu söhbəti Qlobal.az oxuculara sunur.
– Soylu bəy, bir neçə gün öncə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov müsahibəsində Zərdüştlüyü türkəsilli xalqların düşüncəsinə və mənəviyyatına zidd adlandırıb. Tarixçi alimin bu sözləri nə dərəcədə doğrudur? Ardını oxu »
Xaliq Bahadır. “5 il elə tez gəlib keçir”…
Sentyabr 10th, 2016
admin Korupsioner rejimin ayrı özəllikləri var. Belə rejimlərdə adam hər gün sevinə-sevinə işə gedir, işdən evə… çox da qayıtmaq istəmir. Axı, korrupsioner rejimlərdə işdə hər şey olur: gündəlik pullardan tutmuş, gündəlik çeşidli kefçəkmələrədək. Korrupsioner rejimdə hamı oğru, əyri, dələduz olduğundan hamının işi yağ kimi gedir – işinə, tutduğu yerə görə.
Əliyevçi rejimin ünlü hüquq qulluqçularından olan Səfa Mirzəyev qarşıdan gələn diktatura-monarxiya referendumu ilə, bu referendumda başlıca yer tutan, daha doğrusu, referendumun keçirilməsinə başlıca nədən olan 7 illik (deməli, 14 illik) prezidentlik sürəsi ilə bağlı deyir: “5 il elə tez keçir ki, müəyyən işləri çatdırmaq olmur”. Düz, dübbədüz. Özünüzə baxmayın, bu rejimdə dövlət qulluğunda olan adamın işi başından aşır, o üzdən “müəyyən” işləri çatdırmaq olmur. Bunu mənə bir deputat demişdi: H. Əliyevin baş prokurorlarından biri təkcə H.Aslanov qəsəbəsində 60 (altımış!) villa tikdirmişdi. Ardını oxu »
YADİGAR TÜRKEL. YANLIŞ YOLDAN DÖNÜN!!!
Sentyabr 6th, 2016
admin SSRİ-nin dağıldığı illərdə Azərbaycan Türkləri də addım-addım bağımsızlığa doğru gedib, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə çağdaş, demokratik dünyaya qovuşdu. Bağımsız Azərbaycan Respublikası 1992-ci il yanvarın 30-da ATƏT-ə, martın 2-də BMT-yə, 2001-ci il yanvarın 17-də Avropa Şurasına qatıldı. “Azərbaycan xalqı” 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasına səs verərək, bütün dünyaya “bərpa eitdiyi”, yenidən qurduğu öz dövlət Ağalığının qaynağının AZƏRBAYCAN XALQI olduğunu bildirmişdir.
Azərbaycanın strateqləri 1994-cü ildə “Azərbaycan Respublikasının Milli Təhlükəsizliyi haqqında Qanun”la Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Strategiyasının yönlərinin “avrosentrizm, atlantizm, regional perimetr” olduğunu bildirmişlər. Ardını oxu »
Xaliq Bahadır. Altı ayda 110 qadın, 28 uşaq…
Sentyabr 1st, 2016
admin Bu ilin 6 ayında 110 qadın, 28 uşaq özünü öldürüb. Nədəni nə? Dolanışıq dözülməzliyi, hüquqsuzluq! Sorumlusu kim? 23 illik Əliyevlər hakimiyətinin başında duran İlham Əliyev, Əliyevlər ailəsi, onlara yaxın çevrə! Ölkəni açıq-açığına İŞĞAL zonasına çeviriblər: geniş xarakter alan soyğunçuluq, yağmalama, bunlardan yaranan dolanışıq dözülməzliyi, dolanışıq dözülməzliyinin doğurduğu depressiya özünüöldürmə sürəci yaradır.
Manat durmadan ucuzlaşır, qiymətlər durmadan qaldırılır, qanunsuzluq qana işləyir! Çağaşırı “Nazirlər Kabineti”nin yığıncağını keçirən İ.Əliyev yalançı çıxışlarla, xalqın başının altına yastıq qoymaqla ölkəni durmadan uçuruma sürükləyir. Yürüdülən çoxillik dağıdıcı ANTİXALQ siyasətləri üzündən bu gün ölkədə nə manatın ucuzlaşmasının qarşısını alacaq mexanizm var, nə belə bir mexanizmə işləklik qazandıracaq siyasi komandan, komanda, nə də aşağıdan yuxariya o mexanizmin işləklik qarantına çevriləcək məhkəmə-hüquq sistemi. Bir sözlə, Əliyevlər, Heydər Əliyevin adına bağlı dövlətçilik sistemi ölkəni qaçılmaz olaraq politik, ekonomik, mənəvi-psixoloji bankrota gətirib çıxarıb! Ardını oxu »
Yadigar Türkel. AZƏRBAYCAN RESPUBLİKASINDA DEMOKRATİYANIN ÇƏTİNLİKLƏRİ
Avqust 22nd, 2016
admin «1995-ci il noyabrın 12-də xalq səsverməsilə qəbul edilən Konstitusiyada «demokratik, hüquqi, dünyəvi, unitar respublika» elan edilən Azərbaycan dövlətində demokratik siyasi sistemin əsas prinsipləri həyata keçirilir. Ölkədə hüquq dövlətinin bütün göstəriciləri, nişanları, atributları vardır. Hakimiyyət qolları ayrılmış, Konstitusiya Məhkəməsi və ombudsman institutu yaradılmış, demokratiyanın əsas prinsipləri Anayasada təsbit olunmuşdur. Amma siyasi, geosiyasi, iqtisadi, sosial, milli-psixoloji, dini və b. nədənlərdən ölkədə demokratiyanın dərinləşməsi çətin və yavaş gedir. Cəmiyyətdəki ümumi gerilik, ermənilərin növbəti Dağlıq Qarabağ xəyanətinin çözülməməsi, əhalinin Anayasa hüquqlarının yaxşı qorunmaması, ali qanunverici və məhkəmə hakimiyyətinin icra hakimiyyətinə Anayasa nəzarəti edə bilməməsindən yaranan məmur özbaşınalığı, yolsuzluq (korrupsiya), qanunverici hakimiyyətin seçki adı altında icra hakimiyyətində tutulan sıra (siyahı) ilə legitimləşdirilməsi, siyasi elitanın ailə, yüksək idarəetmə institutlarının qohumluq, dostluq, sadiqlik, yerliçilik prinsiplərilə formalaşdırılması, təzyiq qruplarına oxşar çoxlu QHT və iqtidaryönlü partiyaların yaradılması, uzun illər keçməsinə baxmayaraq əhalinin əsas bölümünün kasıb yaşaması və b. cəmiyyətdə ümumi ruh düşkünlüyü yaratmışdır. Ardını oxu »




