Hər kəsə günaydın.
Bir neçə il öncə götür-qoy edərək araşdırdığımız, axır-son uğurlu bir sonuc əldə elədiyimiz olay başa çatdı. Soykökümüz Talıboğulları ilə bağlı kitabımız işığa çıxdı. Bir neçə qola ayrılmış soykökümüzlə bağlı bilgiləri yığcam bir tarixi oçerkdə sistemləşdirdik. Bu işdə bizə ideya-düşüncə açısından yardım edən Dağ Borçalıdan (Mollaevdən) Tahir Talıblıya; Qaraqoyunlu mahalından Cavanşır, Rizvan Talıboğullarına; Qaraçöp mahalından Mehman, Mikayıl Talıboğullarına; Qazaxdan Fikrət Talıboğluna dərin sayğılarımı bildirirəm. Adlarını çəkdiyim bölgələrin Talıboğulları bir kökə, bir özülə bağlıdırlar. Özül – Nuh Talıb deyilən ulu babamızın nəvəsi Xalıl Talıboğluna dayanır (yəni ayrılıb hərəsi bir bölgədə yerləşən qardaşların atalarına). Ardını oxu »
Soylu Atalı. Həyat din ilə alınmır
İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək. Bu sorulara daha çox dini dünyagörüşlər, fəlsəfi araşdırmalar […]
Asif Ata. Azadlıq – Əsarət
Azadlıq – insanın ruhani varlıq kimi təsdiqi deməkdir. Əsarət – insanın ruhani varlıq kimi inkarı deməkdir. Azadlıqda ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik şəklində aşkara çıxır. Ruhanilik – müstəqillik, özünəməxsusluq, özünəsahiblik deməkdir, çünki onlarsız kamillik, əbədilik və sonsuzluq yoxdur. Əsarətdə insan müstəqilliyini, özünəməxsusluğunu, özünəsahibliyini itirir və bununla da öz ruhani mahiyyətindən məhrum olur, çünki qeyri-müstəqil olmaq […]
İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi
Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Asif Ata. Ədalət – Zülm
Ədalət həyatda öz müxtəlif nişanələriylə təzahür edir. Zülm həyatda köklü, əsaslı, davamlı hadisə kimi təzahür edir. Ədalət zülmlə döyüşür, ancaq zülmə qələbə çala bilmir, zülm həyatdan silinmir, öz biçimini dəyişdirir və yaşayır. Son nəticədə həyatda ədalətin təzahürü artır, ancaq zülmün kökü kəsilmir. Zülm həyatı tərk etmir. Ədalət deyir ki, dünya hamınındır, bu səbəbdən də hamının […]
Nurtəkin Atalı. Ocaqlaşan talelər
Ocaqda hər bir ünsiyyət doğmalaşmaqdır; Eyni halda milli şüurun inkişaf yollarını birgə aramaq və ona təkan verməkdir; Hər görüşdə paylaşırıq düşüncələrimizi, duyğularımızı, ağrılarımızı; Yol açmaqdır çıxılmazlıqlara. Birləşməkdir, möh-kəmlənməkdir bu yolda. Birləşirik kədərdə, qayğıda, ümiddə;. Çünkü birləşməsən çıxa bilməzsən əsrlərin yükünə çevrilən problemlərdən; Yollar ideya ilə başlayır, düşüncələrlə, əməllərlə davam edir; (Bu gün çox şeylər imkansız […]
Soylu Atalı. “Talıfoğulları”
İyul 7th, 2025
admin
Soylu Atalı. Üç oğluma məktub
İyul 6th, 2025
admin Ürəyinizdə Ata Günəşi olsun!
Xalqda üç oğlu olan adam özünü xoşbəxt sayır. Çünkü davamı var, ondan başlayan soyu yaranır. Mən də təkcə bir evin atası olsaydım, o sarıdan özümü xoşbəxt sayardım. Ancaq mənim oğullar sarıdan xoşbəxtliyim başqa şeyə dayanır. Mənim ömrümü yaradan, zənginləşdirən, mənimsəyən Amalım var, Sabaha gedən Yolum var. Oğullarım Amalıma yiyə çıxanda məni yaşadar, Yolumla getdiyində mənə xoşbəxtlik gətirər. Bu, olduqca çətin bir işdir. Həyatda oğullar atanın yolunu gedə bilir, Amalda isə demək olar, yox. Bu yöndə tarixdə ürəkaçan fakta rast gəlinmir. Mən bilmirəm siz özünüzü xoşbəxt sayırsınızmı, ya da sayacaqsınızmı?! Bu gün sizlərdən ikiniz – Türkel ilə Ulunur mənim Yolumda görünürsünüz. Buna görə sizin özünüzü xoşbəxt saymağınız, məncə, tezdir. Çünkü siz hələ həyatla Amalın böyük mənada fərqini dərk eləməmisiniz. Siz həyatın çətinliyini duymusunuz, Amalın çətinliyini isə yaşamamısınız. Amalın çətinliyi sizin həyatınıza mənim aracılığımla gəlib. Bu özünü onda göstərib, sizin yaşam tələblərinizi axıra qədər ödəyə bilməmişəm. Amalımız buna “icazə” verməyib. Mən ömrümü bütünlüklə Amalımıza bağlamışam. Ona görə cismani ailəmin yaşamı, məişəti daim axsayıb. Bəlkə də bu axsamalara görə siz içinizdə məndən narazısınız. Mən sizi anlayıram. Yaşınızın istər uşaqlıq, istər gənclik çağlarında məndən gərəkən atalıq qayğısını az gördünüz. Nə etməli, bir adamın iki ömrü olsaydı, birini Amala verərdi, birini də həyata. Ancaq bir ömrü bütöv şəkildə nə həyata vermək olur, nə də Amala. Ailə ilə Amal ikisi bir ömrə sığmır. Amallaşsanız bu həqiqəti dərk edəcəksiniz. Amallı olmasanız, axıra kimi içinizdə məndən, hardasa, narazı qalacaqsınız. Siz çox arı böyümüsünüz. Doğruçusunuz, tərbiyəniz də yerindədir. Ancaq arılıq da, tərbiyə də azdır. Həqiqət dalınca getmək istəyən adam gərək ruhsal qüdrətə yetsin. Bu qüdrətə yetməsəniz, məni anlaya, qəbul edə bilməyəcəksiniz. Ardını oxu »
NAMIK KEMAL ZEYBEK UYARDI
İyul 3rd, 2025
admin Netenyahu Neden Tebriz’i Sürekli Bombalıyor ?
Bilen var mı ?
Neden Tebriz’deki silah depoları yok ediliyor ?
Bilen var mı ?
BOP’çular İran’ı bölme oyunlarında Güney Azerbaycan’ı da PKK’nın İran kolu Pejak ‘a peşkeş çekiyorlar.
Türkler korkacak,yurtlarından kaçacaklar yerlerine Pejakçılar dolacak.
Kimilerinin sandığı gibi Türkler’e bölge verilmeyecek,binlerce yıllık yurtları ellerinden alınacak.
Geçmişte böyle bir durumda Türkler bölgedeki devlet silahlarını alıp oyunu bozmuşlardı.
Şimdi o silahlar yok. Arkalarında da kimse yok. Ardını oxu »
E.Tuğamiral Mustafa Özbey. KANAL ISTANBUL PROJESİ ARKASINDAKİ ŞEYTANÎ ŞABLON ARTIK GÜN YÜZÜNE ÇIKIYOR
İyun 30th, 2025
admin
* Bir yandan korkunç bir gayrimenkul rant geliri yaratılacak.
* Kanal geçişi, (Istanbul ve Çanakkale boğazları geçişi ile bütünleşip) Katar ve ardında ABD’nin olduğu bir şirkete “sözde” ihale yolu ile verilecek.
* Şirket uygun bir süre sonra Uluslararası borsada işleme sokulacak.
* Şirket hisseleri uygun bir süre sonra (ABD+Israil) denetim/yönetimine geçecek.
* Türkiye küçük hissedar kalacak.
* Tam 100 yıl önce Sevr’de kurgulanan Mustafa Kemal’ın Lozan’da etkisizlestirdiği ve Montrö’de gömdüğü Boğazlar Komisyonu “ticarî görünüm altında” önümüze konmuş olacak. Ardını oxu »
Asif Ata. Məhəbbət
İyun 29th, 2025
admin Məhəbbət Mütləq ruhani vəhdətdir.
Buna görə də o, gerçəkliyin imkanlarından üstündür.
Məhəbbət – yadlığın, düşmənçiliyin, yabançılığın ölümüdür.
Gerçəklikdə isə yadlıq, düşmənçilik, yabançılıq ölmür.
Məhəbbət – başqasında özünü tapmaq, başqasına çevrilmək, başqasında itməkdir.
Gerçəklikdə isə ruhani qovuşma nisbi səciyyə daşıyır. Məhəbbət – insanın ilahiləşdirilməsi, Mütləqləşdirilməsidir.
Sevmək – Mütləqi yerdə tapmaqdır.
Gerçəklikdə isə Mütləq özünü heç vaxt tam aşkara çıxarmır. Buna görə də sevmək – gerçəklikdən yüksək yaşamaqdır. Məhəbbət yeni məntiqi – aşiqlik məntiqini təsdiq edir. Aşiqlik məntiqi – gerçəklik məntiqinə ziddir.
Gerçəkliyin naqis saydığını məhəbbət ülvi sayır, rədd etdiyini vəsf edir. Ardını oxu »
Atilla Özgür Kurt. Bu Zadeler bizi öylebir kuşatmışlar ki…..
İyun 25th, 2025
admin BİN ALİ YILDIRIMIN ANNESİ İLE MENDERES’İN AVRADI ÖZ AKRABADIR. BUNLARA KADIZADE YAHUDİLERİ DERLER.
BEDİRHANİLER, BEDİRHANLAR…
BABANİLER, BABANLAR, BABANZADELER….
BARANİLER, BARANSELLER…
BARZANİLER, BARZANLAR…
VE…TÜM ZADELER.
YAHUDİDİR… Ardını oxu »
Soylu Atalı. İranın vurulması Türklüyün zərərinədir
İyun 24th, 2025
admin Bölgədə baş verən olaylar, daha doğrusu, İsrail İran savaşı elə bir məsələdir ki, bu savaşa baxış sərgiləmək bir açıdan çox çətindir. İran rejimi elə bir eybəcərlikdir ki, on illərlə bizim insanlarımıza olmazın əzab-əziyyət çəkdirib, onların azadlıqlarına qənim kəsilib, ana dilində oxulları olmayıb, öz doğduqlarına milli ad qoya bilməyiblər. Belə bir basqı altında yaşayıblar. Bu rejim daim onları aşağılayıb, ayrı-ayrı çağlarda, teatr-tamaşa səviyyəsində, onların milli heysiyyatlarına qarşı aşağılayıcı səhnələr düzənlənib i. a. Elə bir situasiya yaranıb, insanlarımız, gerçəkdən qapalı bir mühitdə, basqı altında yaşamalı olublar. Nə qədər insanlarımız azadlıq yolunda dar ağacına çəkilib, zindanlara atılıb, öldürülüb i.a. bu bəlli məsələləri geniş sadalamaq istəmirəm. Bununla belə, İsrailin İranı vurması mənə çox böyük ağrı, fəlakət kimi gəlir. Nəyə görə? – Məsələ İranın başını vurmaq deyil, rejimi bizim xeyrimizə dəyişməyəcəklər. Məsələ orada türk nüfuzunun gücünü sarsıtmaqdır, üzdə olan aktiv kəsimi hardasa yox etməkdir. Bu, zaman-zaman nə yazıqlar ki, özünü göstərəcəkdir. Bu savaşı bu ya, başqa biçimdə uzatmağa çalışacaqlar. Belə getsə, bu proseslər orada bizim özgürlük, bağımsızlıq əldə etməyimizlə sonuclanmayacaq. Ardını oxu »
Xaliq Bahadır. Bir ölkənin sonucları sonlanmayan 4 iyun faciəsi
İyun 24th, 2025
admin
Yoldaşlardan biri mənə Azerfreedomun 4 iyunla bağlı buraxılışını (6.6.25) göndərib, baxmağımı istəyib. Baxdım,başqa sözlə, dinlədim, dəyərləndirdim. Qurban bəy, birillik AXC hakimiyətində Nəsimi rayon İH-nin başçısı olmuş, indi Ukraynada yaşayan Əli Quliyevi danışdırır. Ə.Quliyev verilən sorulara yanıt olaraq AXC hakimiyətinin yenilməsinə nədən olan görsənişləri, demək olar, bütünlüklə doğrucasına deyir. Ancaq ürəksiz deyir, qorxacaqlıqla deyir.
Başqalarını bilmirəm, mən o ürəksizliyə, o qorxacaqlığa anlayışla yanaşıram: azman Xalq hərəkatından törənmiş partiyaları cılız söyüşkənliyə, düşkün düşüncəli trolluğa dönüşdürmüş partiya sədrlərinin onlara verəcəyi “linç edin!” komandasından qorxur.
Uzun sürəli yetkiləriylə müxal Ardını oxu »
Asif Ata. Ədalət
İyun 20th, 2025
admin Ədalət – Mütləq haqq tələbidir.
Gerçəklik Mütləq Haqq səviyyəsinə qalxmır.
Bu cəhətdən Ədalət gerçəklikdən üstündür.
Ədalət – Xeyirin tam, əbədi təntənəsini tələb edir.
Gerçəklik isə Xeyirlə Şərin döyüşüdür.
Bu cəhətdən o, gerçəkliyə ziddir, onunla barışmır.
Ədalət həyatda özünü bütöv şəkildə təsdiq edə bilmir.
Bu cəhətdən Ədalət gerçəkliyə ziddir, onunla barışmır.
Ədalət ruhani məziyyətlərin yüksək qiymətləndirilməsini tələb edir.
Bu səbəbdən də Ədalət gerçəkliyə ziddir, onunla barışmır. Ardını oxu »




