Xaliq Bahadır. Çarpışmada keçən illərin özəti

Yaşın bu çağı istər-istəməz “hesabat” vermək gərəyi yaranır. İndilikdə azı özət olaraqnələrisə demək gərəyi var. Bu gərək nədən doğur? Ölkədəki toplumsal bozluq görsənişlərindən.

Orta oxulu bitirəndən sonra iki il Kolxozda kolxozçu işlədim. Universitetə girmək istəyirdim. O çağlar iki illik iş satajı gərəkirdi.

Kolxozun başqa kənddən olan sədri hər il noyabr ayında bütün kolxozçularınalalacağı pulu götürüb Bolqarıstanın Varna çəhərinə dincəlməyə gedirdi. Birinci ili dözdüm, ikinci ili dözmədim, gərəkən yerlərə yazıb komisiya gətirtməklə kolxozçuların əllərindən alınan pulun onlara verilməsinibacardım. Sonra da… kənddən gedəsi oldum.

Orta oxul dönəmindən jurnalist olmaq istəyində idim, rayon qəzetində yazılarım çıxırdı. Jurnalistika fakültəsinə imtahan veridim, konkursa düşdüm. Əskərlikdən sonra filologiya fakültəsində oxudum. Ardını oxu »

Soylu Atalı. Millətləşmə Yolumuzu kəsənlər

 

Öncələr də yazmışdım, – Millətləşmə çox ağır bir sürəcdir. Özəllikcə Türklərdə. Nədən? – Türklərdə ən güclü keyfiyyət azadlıqsevərlikdir. Bu keyfiyyət onlarda güclü döyüşkənlik qabiliyyəti formalaşdırıbdır. Azadlıqsevərlikdən mərdlik, birüzlülük doğur. Çünkü ikiüzlü, namərd olan azadlıqsevər ola bilməz. Türklər bu keyfiyyətlərindən böyük mədəniyyətlər yaradıblar, bu mədəniyyətlərini dünyanın hər yerinə yayıblar. Min ildir adları ilə çağımza kimi yaşayan Oğuz xan, Atilla, Alpərtonqa, Bilgə, Gültəkin, Tonyukuk, Babək…vurğu elədiyimiz özəlliklərin daşıyıcıları olublar. Ancaq nə yazıqlar ki, onların yaratdıqları tarix yazılmayıb. Ona görə də ayrı-ayrı xalqların yazdıqları tarixin içindən axtarılıblar. Bir çox hallarda isə onları danıblar, vurublar, silməyə çalışıblar. Böyük Avesta mədəniyyətini, Doğuya (Şərqə) yürüş edərkən, Makedoniyalı İsgəndərin, 7-ci yüzildən sonra isə Azərbaycanı işğal edən ərəblərin məhv etmələri bəşəriyyətə açıq bir tarixdir. Ardını oxu »

Xaliq Bahadır. Trampın Orta Doğu turnesi

 

ABD prezidenti D.Tramp Orta Doğuya gəldi, qayıtdı. Başında ABD-nin durduğu Böyük Ortadoğu Projesinə uyğun olaraq Orta Doğu illərdi qazan kimi qaynayır. Tramp  birilərinin yazdığı kimi, qaynayan qazanın altını çəkməyə gəlməmişdi- Proje qazancını birbaşa əldə etməyə gəlmişdi. Etdi də: 13-16 may turnesi sonucunda 4 trilyon dolllarla ölkəsinə döndü.
Trampın etdiyini indiyədək hansısa ABD prezidenti etməmişdi. Başqa sözlə, onlar İkinci Açun Savaşından bu yana Amerikanın gözətimi altına keçmiş Ərəb ölkələrindən aldıqlarını, demək olar, gizli əllərlə üstüörtülü almışdılar. Tramp Amerika açmadı, eləcə çoxillik gizlini kəsinliklə açıb ortaya qoydu. Bu isə yalnız Ərəb ölkələrinə deyil, yalnız Orta Doğuya deyil,açunun bütün TƏK ADAM rejimlərinə mesajdır: hakimiyətinizi itirmək istəmirsizsə, xalqdan oğurladıqlarınıza Amerikanı ortaq etməlisiz! Ardını oxu »

Bilgə Xaqan kitabəsi. Ən qədim türk TÖRƏsi.

1. Tanrı təkdir.
2. Hər kim Tanrıdan qut almaq istəyirsə, başqasına yalvarmasın.
3. Bir ölkə, bir Xaqan, bir Tanrı.
4. Bir qına iki qılınc girməz. Bir xatun iki ərə gedə bilməz və bir ulusda iki törə ola bilməz. Törə təkdir. Törə qəti və kəskindir. Kim törəyə itaət etsə qutlanar (müqəddəs enerji), kim törəyə qıysa, qatlanar.
5. Heç kim törədən üstün deyil, dirilik və birlik üçün törə budur.
6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir Xaqan ulusundan soruşular.
7. Hər kişi xanımına, atına, silah-sursatına sahib çıxacaq.
8. Ana-ataya, babaya təzim ediləcək.
9. Qohumu qucaqlayacaq, qonşuna göz-qulaq olacaqsan.
10. Ər kişi yalan söyləməyəcək. Ardını oxu »

Böyükağa Məmmədov. Gəlimli-gedimli dünya!

Aylı gecələrdə incilər xəzinəsi asimana baxsanız… ulduzlar…  yaxın görünən uzaq ulduzlar görərsiniz. Ulduz var ki, onu yerə düşürsələr asiman yaraşıqdan düşməz, ulduz da var ki, göylərin əlindən alınsa göylər əliuzalı qalar.

Azərbaycan ədəbi üfüqlərində dərin fəlsəfi fikirləri parlayan ulduzlardan biri də Asif (Ata) Əfəndiyevdir. O, ədəbiyyatşünaslığımıza tənqidçı-filosof kimi gəlmiş, ədəbiyyatımıza isə Qərbi Avropa, xüsusən də fransız ədəbiyyatında  dəbdə olan ədəbi-bədii esse janrını gətirmişdi. Bu janrda ilk mükəmməl fəlsəfi əsərlər yazmaqla özünün geniş ensiklopedik zəkaya malik unikal bir yaradıcı şəxsiyyət olduğunu təsdiq edərək şöhrət zirvəsinə ucalmışdır. Ardını oxu »

Soylu Atalı. Olanı Görmək – Özümlüyə yetməkdir

…Hər bir insanın, başqalarının üstünlüklərini, ləyaqətlərini görməsi – başqalarının deyil, daha çox özünün xeyrinədir. Məsələn, filankəs mənəviyyatlı, həm də yetənəkli (istedadlı) adamdır. Deyək ki, yaxşı şeir yazır. Bunu mən görməliyəm, danmalı deyiləm. Görmək nədir, danmaq nə?! – Görmək, dediyimiz kimi, Olandan daha çox görənin xeyrinədir. Olan yetənəyi ilə, yaradıcılığı, üstünlüyü ilə mənim görüşümə, ortamıma gəlir, – mənəvi həkim kimi gəlir. Bu gəlişdə mənim qurtuluşum var. Bu qurtuluşun anlamı belədir, – mən səni görməliyəm, sənin üstünlüyünü deməliyəm. Deyirəmsə, içimdəki balacalığı, paxıllığı, mənəvi böyüməyimə əngəl olan hər bir cılızlığın mənim üzərimdəki hökmünü rədd etmiş, etkisini ortadan qaldırmış oluram. Demirəmsə, görmək istəmirəmsə içimdəki balacalığı, paxıllığı qorumuş oluram. Balacalıq – böyüyə bilməmək yazıqlığıdır, paxıllıq fiziki xəstəlikdir, ruhu elə günə qoyur ki, bədən gerçəkdən xəstəlik tapır. Başqasının böyüklüyünü, üstünlüyünü görməklə həm mənən böyüyürəm, həm də potensial fiziki xəstəliyi ortadan qaldırıram. Xəstəliyi sağaldıram (müalicə eləyirəm). Ardını oxu »

Asif Ata. Xeyir

Xeyir – hadisə deyil, mahiyyətdir, sonlu deyil, sonsuzdur, ölümlü deyil, ölümsüzdür.
Xeyir – ruhun özüdür.
Buna görə də o, gerçəklikdən artıqdır, böyükdür, alidir.
Xeyirin məqsədi – nisbini mütləqləşdirmək, sonlunu sonsuz­laş­dır­maq, qeyri-kamili kamilləşdirmək, ölümlünü ölümsüzləş­dirməkdir.
Xeyir əslində yeni gerçəklik yaradır.
Xeyir – Mütləq mənanın Mütləq şəkildə  təsdiqidir.
Gözəllik – xeyir səviyyəsinə qalxmır, xeyir gerçəklik səviy­yə­­sinə enmir, ancaq gerçəkliyi bir vəziyyətdə qalmağa qoymur, onu özündən kənara çıxarır.
Xeyir – gerçəklikdən üstün olan xalis ruhanilikdir.
Xeyir – gerçəklikdə aşkara çıxan xeyirlidən hədsiz dərəcədə artıqdır. O, özünü həyatın əbədi gedişatında tam büruzə verir. Ardını oxu »

Soylu Atalı. Yenilik çətin alışılan yaşam olsa da…

İnsanlar hər hansı bir yeniliyə alışana kimi çətinliklər yaşamalı olurlar. Dedi-qodu, söz-söhbət yaranır. Ancaq getdikcə hər şey axarına düşür. Sonralar, hansısa tələbdən, zərurət üzündən başqa bir yenilik vermək istəyəndə ona qarşı dirənməyə çalışır, özünün bundan öncə alışdığı (vərdiş elədiyi) həyat tərzini qorumaq istəyir. Oturuşmuş, vərdiş elədikləri qaydaların dəyişməsi həm ağır gəlir, həm də pis görünür adamlara. Bəzən qabaqcıl ideyalara tapınıb toplumun vərdişlərindən ayrılanlar, başqa qaydalara əməl edənlər yerdə qalanlar üçün dəlilik etkisi bağışlayırlar. Belələrinin haqqında hər cür söz-söhbətlər yaranır. Ancaq yeniliyin gərəklimi, gərəksizmi olduğunu öyrənmədən ona “yox” demək gerilikdir. Bayağı vərdişləri qoruyub saxlamaqda israrlı görünən (mühafizəkar olan) toplum nəinki tərəqqiyə qatılmır, ona əngəl olur. Toplum köhnəliyə sadiq qalmağı dəyərlərə inanmağı ilə bağlayır(əsaslandırır). Ancaq yenilik adına ortaya çıxan bayağı gedişlərə daha tez qapı açır, daha asan vərdiş edir toplum. Çünkü bioloji tələblərin, həyat həzlərinin ödənməsi asan başa gəlir. Ardını oxu »

Asif Ata. Gözəllik

Gözəllik nisbi biçimdə aşkara çıxır.
Ancaq Mütləqə xidmət edir.
Gözəllik cismani biçimdə aşkara çıxır.
Ancaq ruhaniyə xidmət edir.
Gözəllik sonlu biçimdə aşkara çıxır.
Ancaq sonsuzluğa xidmət edir.
Gözəllik ölümlü biçimdə aşkara çıxır.
Ancaq ölümsüzlüyə xidmət edir.
Gözəllik qeyri-kamil biçimdə aşkara çıxır.
Ancaq kamilliyə xidmət edir.
Gözəllik – rəmzdir, nişandır.
Onun təmsil elədiyi üzə çıxandan artıqdır, böyükdür, alidir. Ardını oxu »

Soylu Atalı. İnam – Məna Yoludur

(Amaldaşlarla ürəkləşmə silsiləsindən parçalar)

 Soylu Atalı: İnam məsələsi tanrısal məsələdir. Çünkü hər şeyin yönünü, anlamını bəlirləyib inanandan sonra işə başlayırsan, addım atırsan. İnanmadığın şeyə önəm vermirsən. Deyək ki, sənə deyirlər filan yerdə uçan boşqab gördüm, içindən çox sayda adamlar düşdü, boyları beləydi, üzləri eləydi. Sənə deyirlər, ağılın məntiqinə uyğun gəlmədiyi üçün sən buna inanmırsan. İnanmadığın üçün önəm vermirsən, düşünmürsən, araşdırmırsan. Sənin üçün boş xülya idi, qulağına gəldi, getdi.
İnam – deyilən sözün insanda olan tanrısal, ruhsal mənanın məntiqinə uyğun gəlməsi deməkdir. İnsanda ruhanilik var, onun mahiyyəti ruhanidir. Oxuduğu, eşitdiyi məsələlər onun mahiyyətinin tələblərinə uyğun gəlməlidir, beş duyğusu ilə qavraya bilmədiyi məsələyə onun mahiyyətindən adekvat reaksiya doğmalıdır. İnam odur ki, oxuduğun, eşitdiyin sənin mahiyyətinə düzgün mesaj verir. Ona görə inanırsan. Əgər sənin mahiyyətinə uyğun gəlməyən bir şeylər sənə mesaj ötürürsə onlara inanmırsan. (Söz yox, sən mahiyyətini bilən, dərk eləyən birisənsə). Ona görə deyirəm, inam tanrısal məsələdir. Var olmaya özgün olan hər şey ordan başlayır. Oxuduğun, eşitdiyin bir məsələni düşünməyə, araşdırmağa başladığın andan mahiyyətindən uyğunluq, qarşılıq, məntiq doğur. Çünkü qıraqdan gələn mesajın anlamı sənin mahiyyətindədir – İnsanlıqdadır. Qıraqdan mesaj veriləndə onun doğruluğu sənin mahiyyətində öz təsdiqini tapırsa inam yaranır. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv