Rusca «Azərbaycan» qəzetinin 21 noyabr 1918-ci il 41-ci sayında «Rəsmi bölmə» adı altında general V.M. Tomsonun «Danışıqsız Buyuruq»u yayımlanıb:
«1. 17 noyabr 1918-ci il, saat 12-dən Bakı kəndi Ordu durumuna keçirilir. Onu mən, aşağıda qol çəkmiş general-mayor V.M.Tomsonla Birlik Dövlətlərinin adından görəvləndirdiklərim yönətəcəklər.
- Ordu durumunda mən, aşağıda qol çəkən Bakı kəndinin ordu qubernatoru olacağam!
- Polkovnik F.P.Kokkorel Birlik Dövlətilərinin Bakıdakı polis komisarı qoyulur.
- Bakı Bələdiyəsi, eləcə də başqa toplumsal qurumlar qabaqkıtək işləyirlər.
- Ordu durumunun yasaları tezliklə bildiriləcək, gərəkdikcə yenilənəçəkdir. Göstərilən suçlardan hansı biriyləsə suçlananlar qoyduğum görəvlilərcə, ya da uyğun gördüyümtək yubadılmadan kəskin cəzalandırılacaqdır.




Noyabr 17th, 2017
admin
Rusiya Abxaz, Osetiya vasitəsiylə Gürcüstanı işğal altında saxlayır, onun vassalı olan Ermənistan isə Azərbaycanı. Ancaq bu ikinci işğal sözünü deməyə adam utanır. Çünki Ermənistan kimi bir Yoxluq Azərbaycanı işğal altında saxlaya bilməzdi. Bu fakt bizim dövlət rəsmilərimizin istinad elədiyi faktdır – Ermənistan Azərbaycanı işğal altında saxlayır. Ancaq bu faktı deməkdən rəsmilərimiz utanmırlar. Siyasi qorxaqlıqları ucbatından əsil həqiqəti dillərinə gətirmirlər. Əsil həqiqəti isə bu gün uşaq da bilir ki, Azərbaycanı işğal altında Rusiya saxlayır. Xalqa talançı münasibət bəsləyənlər Rusiyanı işğalçı kimi ona (xalqa) göstərə bilmirlər. Çünki talançılıqla işğalçılıq arasında müəyyən bir analogiya da var – içimizdən talanırıq, çölümüzdən işğal olunuruq. Ancaq talançılarımızla işğalçılarımız çox mehriban görünürlər, aralarında heç bir problemin olmadığını bildirirlər. Həm də bunu iki ölkə – Azərbaycan və Rusiya arasında problemin olmadığı kimi qələmə verirlər…
