2016-cı il dekabrın 7-də AzTVlərin birində Azərbaycan Respublikasının qurcularından biri Fətəli Xan Xoyskidən danışan veriliş verildi. Keçən il bu verilişinə baxmış dönməz azərbaycançılardan biri zəng edib, bilə-bilə buraxılan ideoloji yanlışlara görə acığını mənə tökmüşdü. Verilişə baxmadığımdan susmuş, bağışlanmaz ideoloji yanlışlara yol verirlər, nə etməli, belədir – demişdim. Verilişin builki göstərisinə demək olar, bütünlüklə baxdım. Akademik Yaqub Mahmudovla yandaşı Firdovsiyə Əhmədova bilimçitək yox, nağılsayaq, düzünə qalsa dolaşdırıcı danışırdılar… Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Xaliq Bahadır. 7 dekabr – Azərbaycan günü
Dekabr 8th, 2017
admin Bu gün sevgili Azərbaycanımızın ən gözəl günüdür. Bu gün – 1918-ci il 7 dekabr günü – Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd Əmin bəy başçılığında Türk dünyasında, Doğu dünyasında ilk Parlamentin, gerçək Parlamentin, Azərbaycan Demokratik Respublikası adını doğrulayan Parlamentin açıldığı gündür!
Azərbaycan Demokratik Respublikasını böyük Məhəmməd Əmin başçılığında 60 Azərbaycan Kişisi, 60 Azərbaycan Əri qurmuşdu. Onlar ürəklərindəki böyük Azərbaycan sevgisi, düşüncələrindəki öncüllük-qabaqcıllıqla gerçəkdən- gerçəyə Demokratik Respublika qurmuşdular. Bu, çağın ən demokratik quruluşlarını belə qabaqlayan, qabaqcıl dünya demokratiyasına örnək olkan bir demokratiya idi.
Yadigar Türkel. YALAQÇILAR
Dekabr 1st, 2017
admin 525-ci gazetin “olanüstü”lüyünden, ulusal yararlarından dem vurulan verilişin baslanğıcını gördüm. Fimar xanımın gösterdiyi o verilişdendirmi, bilmirem. Bu yazını da “padışahım, Güneş de senin üzünü görmek üçün çıxıb” deyen yalagçıların çağdaş, gelişmiş, ireliçi dünya dövletleri içinde antidemokratik duruma saldığı Azerbaycan Respublikasını onlardan gurtarmag amacıyla yazdım. Ardını oxu »
Xaliq Bahadır. Batının şahmat oyununda Azərbaycan
Dekabr 1st, 2017
admin “Batının şahmat oyununda Azərbaycan” yazısına gərəkən sözönu
Azərbaycan – Türk yağısı qondarma “Ermənistan” Avropa birliyinin “Doğu yandaşlığı” projesinə qatıldı, əliyevçi rejim korporativ gərəklərinə uyğun olaraq projedən üz döndərdi. Bu fakt açıq antiAzərbaycan xarakteri daşıdığından çoxlu kəskin, acıqlı reaksiya doğurdu. Bu yöndə bir sıra analitik yazılar oxuduq. O yazıların hamısında bir çatışmazlıq var: fakta, olaya yalnız müxalifət prizmasından yanaşma. Elə faktlar, elə olaylar var onlara yalnız müxalifət prizmasından yanaşmaq olmaz. Belə yanaşmalar qaçılmaz olaraq əyinti doğurur. Azərbaycanın geopolitik gərəkləri gözardı edilirkən, arxa plana keçirilirkən, ortadakı ən pis rejim olsa belə, yalnız rejimi qınamaqla, rejimi ələşdirməklə qalmaq olmaz. Ardını oxu »
Soylu Atalı. Asif Ata Amalı (3)
Noyabr 28th, 2017
admin IV. Xurafatdan xurafata yox, xurafatdan Həqiqətə
İslam dinində cəhalət görən, xurafat görən, yadlıq görən bir sıra insanlarımız ya ateist olurlar, ya Tanrıçı, ya da Totemçi. Ancaq bununla onlar heç nəyə nail olmurlar, məncə heç nəyə nail olmayacaqlar da. Ateizm ümumiyyətlə antibəşəri baxışdır. Ateizmdə “Mütləq” anlayışı, ruhaniyyat, müqəddəslik rədd edilir. Ateist, yaxud materialist filosoflar dinin yaranmasını iqtisadi çətinliklərlə bağlayırlar. Guya iqtisadi problemlər aradan qalxanda din də aradan gedəcək. Bu yanaşma doğru deyil. İqtisadi gəlişmə insani ehtiyacları ödəyə, əvəz edə bilmir. Ateizm boşluqdur – insanı boşluğa salır. Tanrıçılıq – türk baxışıdır, uca baxışdır. Ancaq Panteizm elementləri ilə yüklü olsa da, türk onu müəyyən bir sistem kimi qoruyub bu günə gətirməyib. Ardını oxu »
Soylu Atalı. Asif Ata Amalı (2)
Noyabr 22nd, 2017
admin İnamın Dindən üstünlüyü
Təməl prinsiplərdə yalan olmamalıdır
I. Yazının yazılma səbəbi – giriş sözü
Biz dünyaya yeni İnam Dünyabaxışı təqdim edirik. Deyirik İnam din deyil, dindən fərqlidir və üstündür. Fərqli və üstün sözlərini isə dini qəbul etməməyimizə və İnamı özümüzünkü saydığımıza görə demirik. Burada fərqliliyin və üstünlüyün xüsusiyyətləri var. Təməl prinsiplərə müraciət etməkdə məqsədimiz də həmin xüsusiyyətləri imkanımız daxilində izah və şərh eləməkdir. Bu yazıda biz doğruluğumuza və səmimiyyətimizə güvənirik. Oxucu elə düşünməməlidir ki, biz özümüzə sərf eləyən istiqamət götürmüşük. Onsuz da həqiqəti tarixdən, tarixi gələcəkdən gizləmək olmur. Doğrunu görmək, doğrunu bilmək, doğrunu demək yeganə meyardır. Ardını oxu »




