Türkiyədə Ərdoğançı kəsim Atatürkü gözdən salmağın yeni üsulunu işə salıbdır. Guya Atatürk bütləşdirilir. Deməliyik ki, bütləşdirmədə kor bir “pərəstiş” olur. Bu keyfiyyəti də biz ən çox dinə tapınan kütlədə görürük. Bunların münasibətində dərk eləməkdən söhbət gedə bilməzr. Çünkü şüuru zorlanan insanların təfəkkürü ayılmır. (Lütfən, məni yanlış anlamayın. Heç kimin heysiyyatına toxunmaq istəyim yoxdur. Sadəcə düşündüyüm, doğru bildiyim həqiqətləri sizlərlə paylaşmaq istəyirəm. İstəyirəm Atatürkə sevdalı münasibət sərgiliyənlərin fərqini göstərim). Atatürk gerçək bir qurtarıcıdır (xilaskardır). Heç kimin sevgisinə, aldadaraq, soxulmayıb. Yurdu, Ulusu üçün, sözün doğru anlamında, şəhid taleyi yaşayıb. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Rus faciəsi (Asif Atadan müsahibə)
Avqust 23rd, 2019
admin Bu müsahibə 1994-cü ildə Elli adı daşıyan
keçmiş Ocaqçı tərəfindən götürülmüşdür.
Bu gün üçün də aktual olduğuna görə
oxucuların diqqətinə sunuruq. – Soylu Atalı.
– Möhtərəm Asif Ata, rus xalqının tarixi nə zamandan başlayır?
– Rus xalqının tarixi əslində XIII əsrdən başlayır. XIII əsrə qədər indiki Rusiyada, yəni rus çöllərində bir nəfər də olsun rus yox idi. Mənşəcə və etnik nöqteyi-nəzərdən ruslar Şərqi slavyanlar qrupuna daxildirlər. XIII əsrə qədər onlar Oder ətrafında yaşayırdılar, almanlarla qonşuydular, həm də hardasa qaynayıb-qarışmışdılar. XIII əsrdən əvvəl rus çöllərində iki xalq yaşayırdı. Bir-biriylə çox bağlı o xalqların biri finlər idi, digəri qıpçaqlar. Ardını oxu »
Soylu Atalı. TÜRK BOYDA DƏRDİMİZ
Avqust 19th, 2019
admin Bir dostumla telefon söhbətimdə çox nikbin olduğumu söylədim. Həm də halım çox fərəhlidir dedim. Təbiidir. Çünki Asif Atanın Yolu, Amalı, Meyarı adamın içini o qədər zənginləşdirir ki, düşüncələrlə dolmaq, varlığın mayasında İnsanlığın toxunulmazlığı gələcəyə dönməz bir inam yaradır. İnsan gündəlik qayğılarla yaşayır, əməklə, yaradıcılıqla məşğul olur. Belə məqamda onun yadına düşməyə bilər ki, köksündə bir ürək döyünür. Bu döyüntülər insanın əməklə, yaradıcılıqla məşğul olmasının, bütövlükdə isə varlığının və mövcudluğunun qarantıdır. Ardını oxu »
İsa Mehdioğlu. Nəimi haqqında bəzi bilgilər
Avqust 13th, 2019
admin Fəzlullah Nəimi Təbrizi (1939(40) -1394) ilk təhsilini Astarabadda alıb. Sonra Təbrizdə davam etdirib. Gənclik illərində çətin dolanışığı ilə bağlı Təbrizdə papaqçılıqla məşğul olub. Nəimi papaqçılıq edən zaman görkəmli sufi şeyxi Şiblinin müridi olur. Onun ideyalarına yiyələnir, davamçısı kimi, qabaqcıl sufilik mövqeyindən çıxış edir. O, özünün düşüncə yaxınları arasında qabaqcıl sufizm ideyası olan “Vəhdəti-Vücud” fəlsəfəsini təbliğ edir. Sonra isə Hürufilik təriqəti ilə məşğul olur.1386-cı ildə Təbrizdə Hürufilik təriqətini elan etməklə onun əsasını qoymuş və Hürufilik məktəbini yaratmışdır. Ona görə də “Əl-Hürufən” adı ilə məşhur olmuşdur. O bir çox müridlər, mürşidlər yetişdirmişdir. Sonra Təbrizdən Bakıya gələrək, Bakıda Hürufilik mərkəzi yaradır. Ardını oxu »
Asif Ata. Siyasət Həqiqət tanımır
Avqust 3rd, 2019
admin 1. Cənubi Azərbaycan Azərbaycan Ruhaniyyatının və siyasi həyatının həlledici amillərindən biridir. Cənubi Azərbaycan – qədim Midiya mahiyyətidir. Zərdüştlük isə bizim əzəli peyğəmbərliyimizdir, Xürrəmdin mahiyyətimizdir. Babəkilik mahiyyətimizdir. Babəkilik isə bizim Azərbaycanımızın mahiyyətinin ifadəsidir. Hürufizmin banisi Nəimi – təbrizlidir. Və ümumən Midiya mahiyyətimiz Cənubi Azərbaycan hadisəmizə təndir. Misalları artırmaq da olar. Buna ehtiyac yoxdur.
Cənubi Azərbaycan həm də Azərbaycanın siyasi, ictimai aqibətinin mühüm amillərindən biridir. Cənubi Azərbaycan – Səttarxanlıq mahiyyətimizin ifadəsidir. Yenilməzlik, döyüşkənlik, həqiqətçilik, cəsarət rəmzidir. Həm də bizim siyasi faciəmizin, fəlsəfəmizin, özgələrə gərək olmağımızın tarixi ifadəsidir. Ardını oxu »
Bölgələrimizdə Ocaq sorağı
İyul 26th, 2019
admin Ürəyinizdə Günəş olsun, sayğılı soydaşlarım.
Milli, İnsani varoluşumuzu bəlirləyən əməllərimiz bölgələrə səfərlərimizlə daha etkili olur. Mənəvi, ruhani anlam daşıyan səfərlər də görüşmək, bölüşmək istəyindən yaranır. İnamımızı, fərəhimizi, qayğımızı, milli ağrılarımızı bölüşmək istəyiylə gerçəkləşir səfərlərimiz. Hər səfərdə dəyişirik, fərəhlənirik, yüklənirik.
Mütləqə İnam Ocağı olaraq, bölgələrə səfərlərimiz davam edir. Bu günlərdə ölkəmizin quzey bölgəsinə səfər etdim. Quba bölgəsində mərkəzləşdirilmiş Kitab evinin rəhbərliyi ilə görüşdüm, Ocaq əməllərindən, işlərimizdən söhbət açdım, Ocaq ədəbiyatlarından yeni çıxmış buraxılışımızı, günsıramızı hədiyyə etdim. İllərdir sayğılı əməkdaşlığımız var.
Баку, 30-го октября 1918-го года (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)
İyul 21st, 2019
admin В политических взаимоотношениях народов и государств, в связи с последними мировыми событиями наблюдается характерное для всех времён государств и индивидуумов явление. У победителя находятся сразу много друзей и доброжелателей, но когда военное счастье изменяет ему, то эти друзья исчезают, а более смелые проявляют против своего бывшего покровителя агрессивные действия. Такое явление мы наблюдаем теперь в отношении к Германии со стороны новообразовавшихся государств на территории бывшей России. Ardını oxu »
Araz Gündüz. Vətən nə halda?
İyul 16th, 2019
admin Kimsənin millətçilikdə qınaya bilməyəcəyi, əksinə, bəzilərinin guya öz xalqını təhqir etməkdə suçladığı Cəlil Məmmədquluzadə 1916-cı ildə Azərbaycanın sərhədlərini belə cızmışdı:
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.
– Haradır Azərbaycan?
– Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun. Ardını oxu »
Xalq cəbhəsi-30! Xalq cəbhəsinin başına gətirilənlər
İyul 12th, 2019
admin 1988-ci ildə Azərbaycanda dünyaya səs salan bir hərəkat yarandı – xalqımızın aşıb-daşan özgürlük enerjisini özündə yansıdan azman Xalq hərəkatı! O Hərəkata görə Azərbaycan xalqı “İlin xalqı” adlandırıldı. Böyük, güclü Xalq hərəkatından doğal olaraq böyük, güclü Xalq cəbhəsi doğuldu. Ortada olan Proqram amaclarına görə, Xalq cəbhəsi öz sırasında Bağımsız, Demokratik, Güclü Azərbaycan doğurmalı idi, ancaq, doğurmadı. Nədən? Ardını oxu »




