Xaliq Bahadır. Səttar sevgisi

O çağlar, səksəninci illərin ortalarında, mən Azərbaycan radiosunda işləyirdim. Radionun binası ilə Televiziya binasının arası yüz metr olardı. İki binanın arasında (daha çox Televiziya binasına yaxın) Komitənin işçiləri üçün yeməkxana-çayxana vardı. Günortalar ora bizim yemək yerimiz, başqa çağlarda çay içmə yerimiz idi. İş arası biz orda çay stolu arxasında oturub Teleradio verilişləri komitəsindən tutmuş dünyanın o başınadək çoxyönlü qonuşmalarda bulunardıq. Hərdən ayrıca Radiodan olan yoldaşlarla, hərdən Televiziyadan olan yoldaşlarla, hərdən də qarışıq. Ardını oxu »

Баку, 24-го октября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)

Мир – вот единственное слово, занимающее теперь ум всякого мыслящего человека. Человечество так замучено под ярмом этой беспримерной в истории кровавой бойни, что всякий слух о прекращении её встречается им с великой радостью, с сердечным трепетом. К сожалению, все предыдущие попытки восстановить мир оказались неудачными и человечество было обмануто в своих ожиданиях, разочаровано в своих надеждах.
Но, разумеется, никто окончательно не терял надежды на прекращение этой ужасной бойни и люди ждали покорно, когда насытиться земля человеческой кровью, когда страшный Молох устанет, наконец, от проглатываемых миллионами человеческих тел.   Ardını oxu »

Asif Barselli. Tarix özü danışır

Siyasi və genetik varislik

Orta əsrlər Qafqaz Albaniyası (Albaniya dövləti) tarix müstəvisində öz yerini xalqımızın yeni siyasi birliklərinə verdiyi kimi, həmin siyasi qurumlar da öz tarixi yerini siyasi varislik ənənəsi üzrə çağdaş Azərbaycan dövlətinə etibar etmişdir. Bu baxımdan yanaşdıqda biz bir Azərbaycan dövləti olaraq Qafqaz Albaniyasının şəriksiz siyasi-tarixi varisi olduğumuz kimi, bütövlükdə Azərbaycan xalqı da onun etnogenezisində xüsusi çəkisi olan qədim albanların genetik və mədəni varisləridir. Çağdaş Azərbaycan dövlətinin bütövlükdə qədim Alban dövlətinin tarixi coğrafiyasında qərar tutduğu dünya tarix elmi üçün mübahisəsiz və bəlli bir həqiqətdir. Ardını oxu »

Asif Barselli. Keşikçi Dağı Məbəd Kompleksi ətrafında baş verən hadisələr kontekstində düşüncələr

Hər bir sağlam etnos bu gününü özünün mövcud etnoenerjisinə söykənərək dünyamızın diqtə etdiyi yeni reallıq və şərtlərinə uyğun şəkildə qurur. Daha var olmaq potensialını tükədərək dünənə çevirilmiş tarixi ilə yox. Bir millət olaraq mənim də bu günümün istər coğrafi, istərsə mənəvi parametrlərini babalarım qanı-canı hesabına qurub ərsəyə gətirib, daha kimsə onu mənə məcməyi içində hazır xonça kimi pay verməyib və mən əcdadlarımın bizə əmanət etdiyi bu haqqı kimsəyə güzəştə getmək fikrindən qəti olaraq uzağam. Əgər planetimizin bütün xalqları və millətləri özlərinin tarixə bəlli olan əzəli-ilkin tarxixi coğrafiyaları çərçivəsində yaşamaq haqqında ümumu-ortaq konsensusa gəlmiş olsaydılar, o zaman tarix müstəvisində özlərini Güney Qafqaza aidiyyəti olmayan qədim İberlərin genetik varisi hesab edən kartveli tayfaları gərək indiki İspaniya coğrafiyasına qayıdaydılar. Ardını oxu »

Баку, 23-го октября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)

Правительство приступило к разработке правил о выборах в Учредительное Собрание. Страна с радостью примет сообщение о том, что Правительство озабочено скорейшей организацией созыва народного представительства, которому будет вручена судьба страны.
В момент переживаемых политических событий, меняющихся с головокружительной быстротой, в момент, когда ставится на карту основных политических вопросов, с которыми связана судьба страны – разрешение таких вопросов и дальнейшая ответственность за них должна быть возложена на орган, выражающий законную волю всего Азербайджанского народа, каковым является Азербайджанское Учредительное Собрание. Ardını oxu »

Soylu Atalı Ruhsal. Özgürlüyümüz – Ulusal Gələcəyimiz

 Bu gün Azərbaycan toplumunda toplumsal çalışmaların spekt­ri çox rəngarəngdir. Ancaq bunlar bir-birinə bağlı deyil. Bu da ondan irəli gəlir, çalışmalar eyni məqsədə qulluq eləmirlər. Bu­nun nədənini aydınlaşdırmağa keçməzdən öncə xarakterizə eləmək doğru olar: Ardını oxu »

Milli Hökumətin devrilməsi (Asif Atayla görüş) II hissə

Sual (Ata vərəqdən oxuyur – S.A.): Asif Ata, siz filosof kimi Azərbaycanın gələcəyini nədə görürsünüz?
Cavab: Mən bir filosof kimi Azərbaycanın gələcəyini Mütləqə İnamda görürəm. Nə Allaha inanıram, nə istehsalata. Nə Marks mənim böyüyümdür, nə Məhəmməd. İnanıram dünyanın özünün dünyadan artıq olan Mənasına. Bu haqda xüsusi söhbətimiz olacaq. İnanıram insanın özündən böyük olan mənasına. İnanıram həyatın özündən böyük olan mənasına. Qəti əminəm ki, həyatın mənası özündən artıqdır. Həyatda hər şey nisbidir. Mənası isə Mütləqdir. Əgər onun Mənası Mütləq olmasaydı, nisbi sözü də olmazdı. Ona görə nikbinəm. Həyatın özünə görə yox, dünyanın özünə görə yox, insanın özünə görə yox, mənasına görə. Ardını oxu »

Баку, 22-го октября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)

События последних месяцев в жизни Азербайджана, а в особенности Мартовская Трагедия в Баку, в числе многих разрушений и жертв, понесенных страной, произвели разгром наших политических и общественных организаций.
Страна, направившая все свои силы, средства и всё своё внимание к тому, чтобы очистить от врага свою столицу, где была сосредоточена вся культурная и общественная жизнь, вступает теперь в такой период, когда жизнь настоятельно требует восстановления деятельности наших весьма полезных общественных организаций, работавших самоотверженно под жандармским надзором как монархической, так и Советской России. Ardını oxu »

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Milli Hökumətin devrilməsi (Asif Atayla görüş) I hissə

Asif Ata:
(Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun!
Onda ən soyuq havada belə üşüməzsiniz.
Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı.
Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dün­ya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda idi ki, öz dünyasından ayrılmışdı. Orda həll olunurdu bütün dünya məsələləri. İnqilablar orda həll olunurdu – Avropada. Rusiya da Avropanın rəmzi sayılırdı, Rusiyadakılar da. Ona görə Rusiya yaşayırdı. Heç kəs yaşamırdı və yaşayan da Rusiya kimi yaşayırdı – onun kölgəsi kimi. Ardını oxu »

Ocağın yaranmasının 40 illiyi qarşısında (Yeni İl törəni)

Ocaq Günsırası ilə 3 Günəş Ayı, 41-ci il (mart, 2019) Ocaqçılar, Ocaq yaxınları Asif Ata Ocağının yaranmasının 40 illiyi ilə bağlı bir araya gəldilər. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edib sözünə başladı: Bizim tədbirin önəmi sıradan bir məsələ deyil. 40 ildir Azərbaycanda Asif Ata Olayı, başqa sözlə, Ocaq adlı ruhsal hərəkatı var. Bu Olay milli düşüncə sistemi kimi oturuşsa da, milliliyi aşan bir ideyadır, bəşəridir. Bu gün sizinləAsif Atanın İdeya dünyasına baş vurmağı uyğun bildik. Bununla bağlı istəyirəm qısaca bir hesabat verəm. Bu hesabatı vermək mənim borcumdur. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv