Oktyabrın 20-də Bakıda qadınlar “Qadına şiddətə son!” aksiyası keçirdilər. Diktatura polislərinə qadınların SƏRT dirənişi baxımından çox uğurlu aksiya idi. Bundan bir neçə ay qabaq bir ailə dramı ilə bağlı toplum azca ayrı biçimdə, partiyalı-partiyasız iki yerə ayrılmaqla, oxşar sorun görsənişi yaşamışdı. Ancaq onda olanlar Feysbukda baş vermişdi. O çağ da başlıca dartışma obyekti “şiddət” idi. Bütövlükdə desək, “qadına şiddət”.
“Şiddət” ərəbcədir, bizim dildə – Türkcəmizdə “şiddət” sözünün qarşılığı bunlardır: güc, kəskinlik, sərtlik. Bəlli olduğu kimi, “qadına şiddət” başlıca olaraq jurnalistlərin, hüquq savçılarının dilimizə gətirdiyi, belə desək, 21-ci yüzil anlayışıdır. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Xaliq Bahadır. Qadına “şiddət” nədir? Feminizm gülüş obyekti kimi
Noyabr 22nd, 2019
admin
С. М. МИХАЙЛОВ. ОЧЕРКИ ИЗ ИСТОРИИ ТЮРКСКОГО НАРОДА
Noyabr 7th, 2019
admin (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)
(АЗЕРБАЙДЖАН на Русском языке, 18-го декабря 1918-го года, № 63)
История этого народа начинается на осколках Великого Гуннского Государства в Средней Азии. Народы Монгольских степей, справедливо называемые проф. Шмидтом «кашей народов», приняли в себя остатки Гуннов и других степных народов. Подобно всем степным народам, они распылились на множество мелких племён, объединившихся порою под властью одного какого-нибудь решительного и смелого предводителя и тогда они представляли из себя уже силу, угрожавшую всему бассейну реки Тарима и даже Китаю. Ardını oxu »
Soylu Atalı. Xalqının durumundan əzab çəkən bağımsızlığımız
Oktyabr 31st, 2019
admin İllər öncə “Bağımsızlığından əziyyət çəkən xalq” yazısı yazmışdım. Bağımsız elan olunduq, ancaq sevinə bilmədik. Çünkü həyat, məişət, quruluş, nizam, milli yön, heç biri yerində olmadı. Üstəlik dışasılılıq bir neçə yönə bağlandı. Sanki bağımsız olmağımıza görə kimlərəsə borclu qaldıq, başqa sözlə, Uluslararası güclərə “vergi” verməyə başladıq. Ölkənin enerji olanaqları su qiymətinə satışa qoyuldu. “Suyun qiyməti”ni isə iç talançılarımız mənimsədi. Suveren dövlətin asılı iqtisadiyyatı yarandı. Bununla da xalqın həyatı asılılığa bağlandı. Asılılığa bağlanmalarımız qələbə kimi bayram olundu (“əsrin müqaviləsi”ni ən böyük uğur kimi bayrama çevirməyi yada salmaq yetər). Ardını oxu »
YADİGAR TURKEL. ЭТИОЛОГИЧЕСКАЯ КЛАССИФИКАЦИЯ КАВКАЗСКИХ НАРОДОВ
Oktyabr 25th, 2019
admin (Кавказский Календарь)
1
”Gafgaz Kalendarı“nın 1888-ci il sayında «Этиологическая классификация Кавказских народов» (Gafgaz Ellerinin Etioloji Bölgüsü) adlı araşdırma yayımlanmışdır. Araşdırmanı oxuyanda onun çatışmazlıgları: bilimsellikden çox politikliyi, Rusiya İmperiyasının strateji ulusüstü – superetnik, asimledici politikasına uyğun yazılması, konuların daha derinden öyrenilmesinin gerekliyi aydın görünür. Bunu araşdırıcılar da: “bizim say göstericilerimiz düzgün olmaya biler, – onlar ancag yaxın ola bilerler” sözlerile bildiribler. Ardını oxu »
Əli Şamil. “GÜNAHKAR”LARI ÖLƏNDƏN SONRA, “GÜNAHSIZLARI” SAĞLIĞINDA SEVƏN TOPLUMUN ÖVLADLARI
Oktyabr 22nd, 2019
admin (Məqaləyə çevrilən status)
Hörmətli Tanrıverdi bəy! Adətən sosial şəbəkədə yazılanlara çavab verməyə, müzakirə və mübahisə açmağa çalışmıram. Amma Milli Azadlıq Hərəkatımızın öndərlərindən birinin, Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməyən iqtisadçının, demokratikləşmə sürəcinin öncüllərindən biri olan Sizin xatiriniz mənim üçün əziz olduğuna görə sualınızı cavabsız qoya bilmədim. Vurğun Əyyubun dünyadan köçməsi münasibətilə yazdığım statusu oxuduğunuza, fikrinizi bildirdiyinizə görə çox sağ olun deyirəm. Yazırsınz: “…özünün və ölkənin dəyərli insanlarının hüquqlarını qoruya bilən, şərəf və və ləyaqətlə yaşamağı hər şeydən üstün tutan bir xalqın – toplumun hələ də təşəkkül tapmamasında bizim də günahımız yoxdumu?” Ardını oxu »
Asif Ata. Azərbaycançılıqda Cənubi Azərbaycan amili
Oktyabr 10th, 2019
admin Ürəyinizdə Günəş olsun!
1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.
Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar.
İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır…
Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər… Ardını oxu »
Soylu Atalı. Çağımızın örnək aydını
Sentyabr 28th, 2019
admin “İnsan həyata bilinməyən (naməlum) olaraq gəlir, bilinməyən olaraq gedir”. Bu söz Asif Atanın sözüdür. Bu sözü çoxluğa özgün götürmək olar. Çoxluq, həyata niyə gəlib, niyə getdiyini yaşamı boyunca dərk eləmir. Ona görə həyat çoxluğa əyri görünür, dünya anlamsız gəlir. Ona görə çoxluq həyat uğrunda öz növündən olanlarla döyüşür. Ancaq ayrı-ayrı insanlar həyatın mənasını görə bilir, insanın öz mənasından ayrılmasını dərk edir. Mənəvi, siyasi pozuntuların bununla bağlı olduğunu kəsdirə bilir. İnsanlığın yaşama gəlişi üçün çaba göstərir. İnsanlığın millət düzeyində varlığını qorumaq, mədəniyyətin bərpa olunmasını sağlamaq üçün ömür verir. Bu cür insanlara aydın (ərəbcə ziyalı) deyilir. Biliyini, savadını, elmi olanaqlarını öz məişətinin gəlişməsinə bağlayan insan aydın sayılmaz. Ona görə istənilən savadlı, bilikli, diplomlu adamı aydın saymaq doğru deyil. Doğruçu, aydın insanın diplomu olmaya da bilər. “Aydın”lıq biliklə mənəviyyatın birliyindən oluşur… Ardını oxu »
Soylu Atalı. Asif Ata Amalı (I)
Sentyabr 23rd, 2019
admin Ruhani İntibah (Dirçəliş)
Asif Atanın məqsədi insanı, dünyanı dəyişməkdir. O deyir: Yeni İnsan yaranmalıdır, Yeni Xalq yaranmalıdır, Yeni Bəşər halı yaranmalıdır. Bu İstək siyasətlə həyata keçməz, inqilabla baş tutmaz. Bu İstəyin baş tutması üçün İntibah gərəkdir, içsəl Təkamül Yolu keçilməlidir.
Ruhani İntibah altı ideyadan oluşur.
Bunlardan sonuncusu – “Ləyaqətli Bəşər” əslində nəticədir. Yerdə qalan beş ideya isə Yoldur.
- Mütləqə İnam. Bu ideya Asif Ata Dünyabaxışının həm də ümumi adıdır: “Mütləqə İnam Ocağı”, “Mütləqə İnam Dünyabaxışı”, “Mütləqə İnam Təlimi”, “Mütləqə İnam Erası”, “Mütləqə İnam Fəlsəfəsi” kimi anlayışlarımız, adlandırmalarımız var.




