Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 192-ci ildönümüdür
Fevral 11th, 2020
admin
Soylu Atalı. 20 yanvar dərsi
Yanvar 19th, 2020
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Ardını oxu »
Asif Ata. 20 yanvar
Yanvar 19th, 2020
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü. Ardını oxu »
Soylu Atalı. İrançılıq Batıdan başlayıb
Yanvar 15th, 2020
admin Ayrı-ayrı çağlarda İranın Amerikanı, İngiltərəni yamanlaması nəyə dayanır? Məgər İranı İran eləyən, orada türk dövlətçiliyinə son qoyan Amerika-İngilis birliyinin yürütdüyü siyasət deyildimi?! Bəllidir ki, İran İslam İnqilabı başlayana kimi Xomeyni Avropada idi. O orada hazırlaşdırılıb göndərildi. Əslində son iki yüz ilin olayları ciddi araşdırılsa, bəlli olar, Doğuda baş verən bütün olayların hazırlığı Avropada həyata keçirilmişdir. Batı Avropanın İranda İslamı hakimiyyətə gətirməsinin özəl səbəbləri var idi. Belə ki, SSRİ qurulduğu gündən öz etkisini Batıya doğru genişləndirməkdə davam edirdi. O çağlarda iqtisadi gəlişməsinin bir xəttini İran nefti üzərində formalaşdıran ingilislər üçün artıq İranda şah rejimi gərəyini azaldırdı. Ardını oxu »
Xaliq Bahadır. Onlar bizi satdılar (2 hissə)
Yanvar 6th, 2020
admin Bizim yeni tariximiz
Bizim soy-kökümüzdə dayanan, ulu babalarımız olan şumerlərlə bağlı bizdən daha çox Avropada, Amerikada araşdırmalar aparılıb, kitablar yazılıb. Tanınmış Amerika Şumerçisi S.N.Kramer kitablarından birini belə adlandırıb: “Tarix Şumerdən başlayır”. Kitabdakı bölmə adlarını yada salmaq yerinə düşər: “İlk oxullar”, “İlk ikipalatalı “parlament”, “İlk tarixçi”, “İlk əxlaq idealları”, “İlk ata sözləri-söz örnəkləri”, “Heyvanlarla bağlı ilk təmsillər”, “İlk ədəbi polemikalar”, “İlk ölüm qoşuqları”, “İlk ədəbi qavrayışlar”, “İnsanlığın ilk igidlik yüzilliyi”, “İlk sevgi qoşuqları”, “İlk kitabxana kataloqu”. Göründüyü kimi, hamısı ilk, ilk, ilk…Başlanğıc belədir, belə olmalıdır. Ardını oxu »
Soylu Atalı. İran olaylarımı, Güney Azərbaycan məsələsimi?!
Dekabr 23rd, 2019
admin Bu gün İranda baş verən olaylar hansı səbəb üzündən baş verməsinə baxmayaraq, ən çox bizi – Quzey Azərbaycanı ilgiləndirir, ya da ilgiləndirməlidir. Nədəni bəllidir, milyonlarla soydaşımızın yaşadığı bir dövlət çalxalanır, həm də çalxalandırılır. Öncələr də yazmışıq, şah rejimini, daha doğrusu, fars yönətimini yaradan da Batı oldu, devirən də. İran İslam inqilabını həyata keçirib Molla rejimini quran da Batı idi, indi onu “zəiflədib yeniləmək” istəyən də. Söz yox, heç bir yönətim (üsul-idarə) öz-özünə yaranmadığı kimi, öz-özünə xoşluqla çıxıb getmir də. Ardını oxu »
YADİGAR TÜRKEL. BLAGODARYU
Dekabr 23rd, 2019
admin 1
Men şakalaşmağı heç bacarmıram. Yaxşı tanımayanlar, meni garagabag sayırlar. Ancag bu yaxınlarda Azerbaycan Respublikasının Açı arxıvlerinden birinde Azerbaycan Türklerinin ulusal öncülü Mehemmed Emin Rasulzadenin “İstoriya vozniknoveniya Azerbaydjanskoy Respubliki” bitiyini köçürerken, işçi xatunların böyük sayğısından, bir az da sevinc duyğusundan, sağlıg olsun, bitikde size de bir blagodaryayu yazacam, dedim. Bu sözler, reflerdeki bitiklerı düzenleyen, Rus dilinde oxumuş işçilerden birini diksindirdi: blagodaryayu yox, blagodaryu! Ardını oxu »
Xaliq Bahadır. Onlar bizi satdılar (I hissə)
Dekabr 4th, 2019
admin Azərbaycan – doğal resurslarına görə dünyanın ən varlı ölkələrindən biri. Azərbaycan -faktiki görsənişlərinə görə dünyanın ən yoxsul ölkələrindən biri. Bu yoxsulluq birbaşa olaraq istər hakimiyyət başında duranların, istərsə də uzun illərdən bəri müxalifət lideri olaraq tanınan bir qrup adamın yoxsulluğuna bağlıdır – ideya mənəvi yoxsulluğuna. Birincilərlə ikinciləri bir-birindən faktik olaraq iki anlayış ayırır: müxalifət, hakimiyyət anlayışları. Yaşayış prinsipləri də, ideya-mənəvi baza da, göründüyü kimi, ən başlıcası, seçki öncəsi baş verənlərdən bəlli olduğu kimi, seçilən-ayrılan deyil. Ardını oxu »
С. М. МИХАЙЛОВ. ОЧЕРКИ ИЗ ИСТОРИИ ТЮРКСКОГО НАРОДА ( Продолжение)
Dekabr 4th, 2019
admin (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)
(АЗЕРБАЙДЖАН на Русском языке, 18-го декабря 1918-го года, № 63)
Прекрасным образцом древнетюркской космогонии является отрывок из этого сочинения, где говорится о семи звёздах и двенадцати знаках Зодиака:
Именем бога я начал слово.
Он мой господ, который всё создал,
Дал рост и через жизнь провёл.
Он по своему желанию сотворил вес мир,
Заставил светит в мире солнце и луну. Ardını oxu »
Soylu Atalı. Borçalı – türklüyün yıxıldığı nöqtələrdən biri
Noyabr 22nd, 2019
admin Günaydın, sayğılı qandaşlarımız!
Bu gün dünyada yaşanan sürəclər imperialist güclərin çıxarlarına uyğun gerçəkləşdiyi üçün hər hansı dövlətdən yardım ummaq, ədalətsizliyə basqı göstərməsini gözləmək yersizdir. Ona görə yalnız öz qanımızdan olan türk toplumlarına üz tutmaq zorunda qalırıq. Sovetlər dağılandan sonra ən çox yiyəsiz qalan, yada düşməyən kiçik toplumlardan biri də Borçalı türkləri oldu. Gürcüstan kimi zəif, iqtisadi olanaqları yetərsiz olan bir dövlət Sovetlər dağılan andan öz milli sorunları ilə uğraşdı. Buna baxmayaraq, Borçalı türkləri Gürcüstan dövlətinə, mədəniyyətinə inteqrasiya eləmək üçün çox çabalar göstərdi. Bu çabalar ayrı-ayrı soydaşlarımızın iş yeri tapması, ayrı-ayrı rəsmi görəvlərdə yer alması açısından, az da olsa, sonuc verdi. Ancaq bütövlükdə Borçalı türklərinin gələcəyini qarantiya edəcək strategiya yoxdur. Ardını oxu »




