Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır.
İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil.
Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür.
Materializm – Mütləqi görmür, Təzahürü – yəni nisbini, keçicini, sonlunu, qeyri-kamili görür.
Mütləqi yalnız Ruhani İdrak dərk etməyə qadirdir.
Ata Fəlsəfəsi – Mütləq Fəlsəfəsidir, Mütləqi dərk edən Fəlsəfədir.
Ata Fəlsəfəsi – həm də İnsan Fəlsəfəsidir, yəni İnsanın Mütləq Mahiyyəti haqqında təlimdir. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Ata. MÜTLƏQ FƏLSƏFƏSİ (“Olan və Olmayan” kitabından)
İyul 25th, 2020
admin
Soylu Atalı. Bu, xalqın davamlı tələbi olmalıdır
İyul 17th, 2020
admin Günaydın sayğılı Vətən övladları!
Hər kəsə bəllidir, bu günlərdə döyüş bölgələrimizin od-alova bürünməsi geopolitik bir avantüradır. Bu Vətən savaşı deyil. Uzun illərdir bölgədə çıxarları olan güclər Qarabağ uğrunda savaşımızın qarşısını kəsib erməninin torpaqlarımızda oturuşmasına ortam yaradırlar. Milli varlığımıza yad olan hakimiyyətimiz də onların buyruğunda durmaqla bu işə qatqı göstərmiş olur. Düşmən hər il, hər addımda torpaqlarımızı qurtarmağımız üçün bizə səbəb verir – əsgərlərimizi şəhid edir, dinc toplumumuza güllə sıxır. Bundan yararlanmaq istəməyən hakimiyyətimiz isə çağaşırı təbliğat qurur, topluma (Elman Nəsirov kimi) zavallıları ilə ağıl öyrədir. Guya heç kimin anlamadığı, baş açmadığı bir siyasi müdriklik göstərir. Yəni biz torpaqlarımızı qurtarmaq istəsək, Rusiya erməninin yanında durub bizimlə döyüşəcək, yeni torpaqlar itirəcəyik. Beləcə, hakimiyyət illərdir xalqımızı öz qorxaqlığına ortaq eləməyə çalışır, qeyrətimizi susduraraq talançılıqla, sərvət toplamaqla uğraşır. Ardını oxu »
YADİGAR TÜRKEL. TÜRK EL, ULUS AÇI SEVGİSİNİN FƏLSƏFƏSİ
İyul 15th, 2020
admin 1
Sevginin felsefesi özünü – varlığını sevgisinde yox etmekdir! Mecnunun “sen o Leyli deyilsen!” – demesitek.
İnsan daha çox sosial varlıg olduğundan, var olmag üçün eline, ulusuna Mecnun sevgisıle bağlanmalıdır. Bu işde genetik başlanğıc önemli olsa da, toplumsal-politik yaşam çözücüdür! Sevgi yüksek axlag göstericisidır! Buna göre de, kimse yüksek Açı görevinin başçılığına keçentek, ulusun “yiyesi” olduğunu düşünmemeli, Avropanın, Asiyanın, Amerikanın gelişmiş uluslarındakıtek, özünü geldi-geder, ulusunu yaşarı bilib, varlığını ona sevgisinde eritmelidir. Ulusda sevgi felsefesi toplumsal-politik oluşmayıbsa, onu yaratmalı, oluşdurmalı, “yasalaşdırmalıdır”. Mübariz İbrahimov kimi BAHADIRLARı bu sevgi yetirir! Ardını oxu »
Asif Ata. 7 İçsəs. AZƏRBAYCANIMIZ – AZƏRBAYCANLIĞIMIZ
İyul 12th, 2020
admin ZƏRDÜŞTLÜYÜMÜZ – İŞIQÇILIĞIMIZ
1
Azərbaycana zahiri gözlə baxanda, o, kiməsə balaca görünə bilər.
Ancaq Mənanı xarici gözlə görmək olmaz.
Mənanı Daxili gözlə – İdrakın, Ruhun gözüylə görmək olar.
Daxili gözlə baxanda Azərbaycan çox böyük görünür – Şərq Mahiyyətinin Bütöv, Parlaq, Dərin ifadəsi kimi; Ruhani Mərkəz səviyyəsində.
Azərbaycanımızın – Azərbaycanlığımızın Böyük Fərəhləri və Böyük Kədərləri var.
Azərbaycanımızın Birinci Böyük Fərəhi – Zərdüştçülükdür.
Azərbaycanımızın İkinci Böyük Fərəhi – Xürrəmdinlik – Babəklikdir . Ardını oxu »
Paşa Talıblı. Qoşmalar
İyul 1st, 2020
admin … Ya aran şairi, ya dağ şairi,
Həqiqət şairi, ya haqq şairi,
Ya xalqın şairi, ya xalq şairi…
Deyilənə görə, şairlər ölmür.
Çiçəyə, gülaba dönənləri var,
Ağrıya, əzaba dönənləri var,
Yazıya, kitaba dönənləri var,
Deyilənə görə, şairlər ölmür. Ardını oxu »
Soylu Atalı. “Od İşığı” ideyası
İyun 29th, 2020
admin Azərbaycanın, bir bölgə olaraq, taleyi çox mürəkkəbdir. Bu da onun adı, tarixi, keçmişi ilə bağlıdır. Adında milli bəlirti yoxdur, ruhsal anlamı ifadə olunmuşdur. Azərbaycan sözünün etimologiyası da biranlamlı deyil. Ona görə də müxtəlif düşüncələr, versiyalar ortaya çıxarır. Bu versiyaların (fars şovinizminin dediyini çıxmaqla) hər birində doğmalıq, uyğunluq var. Bu səbəbdən də heç birini dışlamaq, qırağa itələmək olmur. Məsələn, bəzi düşüncələrə görə, Azərbaycan sözü ulu türk toplumu Azərlərin, Asarların adı ilə bağlıdır. Bir düşüncə də belədir, Azərbaycan adını bizə, dini anlayışımızla bağlı, ərəblər qoyub. “Adər”, “Beyqan” sözlərindən oluşan söz birləşməsi “Od qoruyan” anlamında işlənmişdir. Bəzi axtarışçılarda isə Azərbaycan adı 4 sözün birləşməsi kimi vurğulanır: az-ər-bay(bəy)-can. Bir neçə sözün birləşməsi ilə əmələ gələn ad da məsələni mürəkkəbləşdirir, ona görə doğru görünmür. Ardını oxu »
YADİGAR TÜRKEL. Qulluq
İyun 20th, 2020
admin Men huyca, elece de eyitimce bilgi yayıcısı – jurnalist deyilem. Hansısa bilgini derinden analiz etmemiş nese yazammıram. Ancag Azerbaycandakı son sosial-politik olaylar bütün yurddaşlartek meni de çox düşündürdüyünden. bu kiçik sosial-politik, eyitimçi yazını yazdım.
Heydarizmin tör-töküntüleri Azerbaycanda 1988-ci ilden menim sosial-politik eyitimçiliyimin deyerini anlamasalar da o, Türk ulusunun aydınlarının çox yüksek deyerlendirdiyi danılmazlıgdır!
Arabın İslam dininin ideologiyası ile “Allahın gulu” edilib, ulusal Türk düşüncesi dolaşdırılmış Türklere “Padişahlar allahın yerdeki kölgesidir”, “Padişahım, Güneş de senin gözel üzünü görmek üçün çıxıb” kimi aldatmalar, dolamalar sırınmışdır. Azerbaycan Respublikasının, Türkiye Respublikasının, İran İslam Respublikasının aydınları, elece de başga Türk respublikaların aydınları soydaşlarımızı çağdaş “Şeyx nasrullalar”ın elinden alıb, bir daha bele garanlıgda batmamalarına çalışmalıdırlar! Ardını oxu »
Asif Ata. Ehkam İnamsızlığı
İyun 20th, 2020
admin Deyirlər ki, cəmiyyətin inkişafı İdeyalardan yox, İstehsalatdan asılıdır. Bəs İdeyaların (İdrakiliyin, Mənəviliyin, İradəliyin) İstehsalata təsiri yoxdurmu?
İnsan – İnsan olsaydı, quldarlıq istismarı olardımı?
– Feodal istismarı olardımı?
– Kapitalist istismarı olardımı?
– Dövlət istismarı olardımı?
Deyirlər ki, insani münasibətlər iqtisadi münasibətlərdən asılıdır.
Bəs iqtisadi münasibətlər insani (iqtisadiyyatdan kənar) münasibətlərdən asılı deyilmi?
İnsan – İnsan olsaydı, quldarlıq qələbə çalardımı?
– Feodalizm qələbə çalardımı?
– Kapitalizm qələbə çalardımı? Ardını oxu »
YADİGAR TÜRKEL. TEVELLÜD
İyun 9th, 2020
admin Sayğılı oxucu, Aztvlere baxmasam da, arabir gonşu otagdakı televizordan oxumamış, oxudulmamış jurnalistlerin hay-küy, yalan-palanla dolu “Padişahım, Güneş de senin gözel üzünü görmek üçün çıxıb” öygü gumbultularını eşidirem. Azerbaycan Respublikasının, Türk Ulusunun, bütün yurddaşların kefi başından aşsaydı, ölke, ulus, toplum çağla yarışsaydı, adam yene bu çağdışılığa dözerdi. Ancag özgür, gelişmiş Azerbaycan Respublikası üçün elinden geleni etmiş, onun yükselişini isteyen yurdsever kimi bu boğucu, dağıdıcı ortama dözmek olmur! Gelecek soylar bizi bağışlasın, biz onlar üçün çoxlu ağrı-acı, çözümü çetin sorunlar – problemler goydug!!! Ardını oxu »




