Türkiyədə Ərdoğançı kəsim Atatürkü gözdən salmağın yeni üsulunu işə salıbdır. Guya Atatürk bütləşdirilir. Deməliyik ki, bütləşdirmədə kor bir “pərəstiş” olur. Bu keyfiyyəti də biz ən çox dinə tapınan kütlədə görürük. Bunların münasibətində dərk eləməkdən söhbət gedə bilməzr. Çünkü şüuru zorlanan insanların təfəkkürü ayılmır. (Lütfən, məni yanlış anlamayın. Heç kimin heysiyyatına toxunmaq istəyim yoxdur. Sadəcə düşündüyüm, doğru bildiyim həqiqətləri sizlərlə paylaşmaq istəyirəm. İstəyirəm Atatürkə sevdalı münasibət sərgiliyənlərin fərqini göstərim). Atatürk gerçək bir qurtarıcıdır (xilaskardır). Heç kimin sevgisinə, aldadaraq, soxulmayıb. Yurdu, Ulusu üçün, sözün doğru anlamında, şəhid taleyi yaşayıb. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
YADİGAR TÜRKEL. LVİTSA
Avqust 16th, 2020
admin 1
Ermeni ideologları “Yandeks-Dzen”de yalan-palan, pozuculug maşınlarını durmadan işledirler. Stratejileri bellidir: Azerbaycan Türklerini Ruslar, Gürcüler, Gafgaz Ellerile salışdırmag!… Azerbaycan Ağalığı ise öz kefinde… Vur çatlasın, çal oynasın! Yağı ile savaşan Ölke galıb ideologiya, politika, sosiologiya, oxumamış, oxudulmamış jurnalistlerin, bişmemiş şeirgayıranların, “tardüzelden professor”ların elinde. Bu “professor”lardan, Üzeyir bey Hacıbeyli adına ADK-nın “Eski musigi aletleri laboratoriyası”nın başçısı, Memmedali adlı biri de çıxışında on yol prezidentimiz, birinci vitse-prezidentimiz deyir, Heydar Aliyev Fondunun adını çekir. Avtoritar politik guruluş ancag bu ortamı yarada bilir.
Toplumun sosial düşüncesinde “Anma Kültürü” vardır. Ölmüş bütün insanlar sayğı ile anılır, anılmalıdır. O, laboratoriyanı yaratmış adamla 1990-cı illerde, bir xatun bilimçile bölgelerden birine yasa getmişdik. Memmedalinin “möhteşem telegülmece”sinden sonra o gözel insanı sayğı ile anıb, hekim, Pr. Dr. gardaşına can sağlığı dileyirem. Ardını oxu »
Ocaqda yeni kitab çapdan çıxdı
Avqust 9th, 2020
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu günlərdə Asif Ata Ocağının yeni bir kitabı çapdan çıxdı. Göytəkin Atalının “Qaranlıqdan İşığa” adlı bu kitabını onun ömür yolunu bəlirləyən mənəvi axtarışlarının sonucu saymaq olar. Kitabın mətni, məzmunu bütünlüklə suallardan, cavablardan oluşubdur. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə telefon bağlantıları onun ömründə dönüş yaratmış, düşüncələrində yaranmış çoxsaylı suallara cavab taparaq Asif Ata Ocağının Evladı olmuşdur. Elə bu kitab telefonla aparılan sual-cavabın bir hissəsini qapsayır.
Bu bir ömür yolu, bu bir düşüncə xəttidir… Kitabı Asif Ata Ocağı ilə ilgilənən insanlar üçün gərəkli bir ədəbiyyat saymaq olar. Yaxın vaxtlarda Milli Kitabxanaya, eləcə də bir sıra başqa kitabxanalara nüsxələr bağışlanacaqdır. Ardını oxu »
YADİGAR TÜRKEL. GÜNAYDIN
Avqust 8th, 2020
admin 1
Ermeni ideoloji savaşını bütün gücü ile sürdürür. Yağı “Yandex” –“Dzen”de Azerbaycan Türklerile bağlı nece aşağılayıcı yalan-palanlar yazdırır… “Dzen”de arabir bizden de “Get, Ay batandan sonra gel, ay oğlan” biçimli yazılar yazılır. Bilmirem onları kim yazdırır? Ancag bir şey aydındır: Azerbaycandan Ermeninin ideologiya maşınını dağıdacag biçimde ideoloji, bilimsel iş yoxdur. Azerbaycan Respublikasının on illerle çox çetinlikle yetişmiş bilimçi ideologları, politik yazı, danışıg dili oluşan analitik jurnalistleri, publisistleri, yazarları susdurub, işden çıxarmış, ölkeden govmuş, özgür basını dağıtmış avtoritar prezidenti İlham Aliyev galıb tör-töküntü jurnalistlerin elinde. Avtoritar düşünce dölaşığında galmış bu yaltagların da iki sözünden biri dövletimizin başçısı bele dedi, birinci vitse-prezidentimiz ele dedi, ümumilli liderimiz bele deyibdir… Bilimsel düşünce yox, politik analiz yox! Dünen bir yurddaş Sosial Basında psixiatr-doktortek yazmışdı: “Bunlar derman atmalıdırlar, ancag Açı yönetirler”… Ardını oxu »
Ocağa yeni Evlad qəbul olunmuşdur
Avqust 8th, 2020
admin Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bölgəyə səfəri zamanı Ocağa yeni Evlad qəbul eləmişdir. Artıq üç aydırTeyyubova Şəfa Ocaqdan Göytəkin adını alaraq Asif Atanın ruhani hərəkatına qoşulmuşdur. Bu səfərdə Ocaq qurallarına uyğun olaraq qəbul törəni keçirilmiş, onun Ocaqçılığı təsdiq olunmuşdur (Evladlıq Nişanəsi özünə təqdim edilmişdir).
Uğurlar, Başarılar diləyirik!
Ocağımıza xoş gəldin! Ardını oxu »
Yeni Ocaq səfərləri
Avqust 8th, 2020
admin Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Günev Atalı ilə bölgələrə səfər etmişdir. Amaldaşları Bilən Atalının təşkilatçılığı ilə bir neçə görüş keçirmişlər. Görüşlərdə Asif Atanın işi, ideyaları, Ocağı haqqında bilgilər verilmiş, insanlarımızda ciddi maraq oyatmışlar. Eləcə də, Yurdumuzda, dünyada baş verən olaylarla bağlı Ocaq açısından baxışlar sərgilənmişdir. Görüşə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır. Ardını oxu »
Yadigar Türkel. BAĞRIMIZ ÇATLADI, SUSUN
İyul 31st, 2020
admin 1
Rusiya İmperiyasında, SSRİde Azerbaycan Türklerine imperiyanın ulusüstü – superetnik politikalarına uyğun, sınırlı düşünmek hügugsuzluğu verilmişdi. Bu hügugsuzlug elin, ulusun düşünçesini yadın, ermenitek yağının politik çıxarlarına, yaşam isteklerine uyğunlaşdırmış, oluşan din geriçiliyi, “şair yanaşması” dağınıg ellerin sosial-politik düşüncesini üstelemişdi. 1985-ci ilin aprelinden, daha çox da 1990-cı illerden Azerbaycan Türklerinde de demokratik politik düşünce oluşur, sosiologiya, politologiya bilimleri yayılır, yazarların, jurnalistlerin yazı dili getdikce sosial-politikleşir – bilimselleşirdi. Ancag Heydarizmin güclenmesile, daha çox da 1995-ci ilde Anayasa uyğulanandan sonra Azerbaycan Türklerinin aydınlarının düşüncesini yeniden “imperiya çevresi”ne aldılar. Yalançı gabyalayanlıg gün-günden baş alıb getdi. Ardını oxu »
Soylu Atalı. Azərbaycan çıxarların hədəfi olmamalıdır
İyul 25th, 2020
admin Biz Türkiyəni sevirik, Türkiyənin yanındayıq, Türkiyəni də yanımızda bilirik. Ancaq bu yanaşma istər Türkiyə hakimiyyətinin, istər Azərbaycan hakimiyyətinin zərərli addımlarını, yanlışlarını deməməyə səbəb vermir, hansısa gərgin durumun olmasından, yaranmasından asılı olmayaraq. Türkiyə Azərbaycan münasibətləri olduqca həssas, önəmli bir məsələdir. Nə yazıqlar ki, bu gün Türkiyənin da başında, Azərbaycanın da başında türklüyə gərək olmayan, özgür olmayan, bir az da belə deyək, nəinki gərək olmayan, zərərli olan yönəticilər var.
Tovuzda başlayan hərbi toqquşma zamanı Ərdoğan hakimiyyəti özünü elə apardı, guya bütün resursları ilə, varlığı ilə Azərbaycanın yanındadır. Biz Türkiyə Azərbaycan münasibətlərinə kölgə salmağın yanlısı deyilik, bu münasibətlərin ən yüksək düzəydə qurulmasının yanlısıyıq. Öncələr də, indi də bizim bütün çağırışlarımız buna doğrudur. Türk dünyasının birliyi üçün Türkiyənin türkçülüyə qayıtmasının gərəkliyini hər vaxt vurğulamışıq. Ancaq üzdə gedən proseslər bizi aldatmamalıdır. Doğrudanmı indiki Türkiyə hakimiyyəti Azərbaycana sağlam dəyər verir, doğrudanmı bütün resurslarla Azərbaycanın yanındadır, Azərbaycanın yanında olacaqdır?! Açığı mən bunu Ərdoğan hakimiyyətindən gözləmirəm. Ardını oxu »
Göytəkin Atalı. Məni yaşadan Yol (Özüylədöyüş üstə düşüncələrim)
İyul 25th, 2020
admin İnama tapındığım gündən içimdə duyğular aşıb-daşır. Çox tez-tez belə oluram. Bu bir sevincmi, fərəhmi, bir enerjimi, bilmirəm. Sanki harasa tələsirəm, uçuram. Hər nədirsə içimi titrədir, hər nədirsə gözəl bir həyəcan gətirir, hər nədirsə məni yerimdə – indidə qalmağa qoymur. Çəkir məni harasa. Çəkdiyi yer başqa aləmdir, o nədir, haradır dərk etməyə çalışıram. Kitab oxuyub düşünəndə bu duyğuları bir az dindirmiş oluram. Sanki o aləmə bir az yaxınlaşmış oluram. Ancaq orda ola da bilmirəm. Orada hər şey mənə gerçək görünür, orada sevdiyim hər şeyi yaşamaq var, canlılıq var. Bu elə bir yaşamdır, orda hər şey var… Bu xəyallardan uzaqlaşmağa tələsmirəm. Orada yaşamayacam deyib üzülmürəm də. Orada hər anı doya-doya yaşamaq eşqi çağırır məni. Bu duyğular çox zəngindir. Bu zənginliyi dərk edəcək qədər dərinliyə enməmişəm, ancaq bu dərinliyi duyuram. Çünkü məni yaşama bağlayan çox qüvvətli duyğulardır bunlar. Ardını oxu »




