Ürəyinizdə Ata Günəşi olsun, sayğılı yurddaşlarım!
23 il bundan öncə, Ocaq günsırası ilə 19-cu il, Şölə Ayının 5-də (miladla iyun 1997-ci il) Asif Ata aramızdan getdi. Olduqca çətin dönəmlərimiz başladı. Nə bir təcrübə vardı, nə də yetkin idrak adamları idik. Ancaq yenə də toparlanıb Onun Ocağını yaşatmağa, davam etməyə and içdik, söz verdik. Ayrı-ayrı hallarda aramızda düşüncə ayrılıqları yarandı, yerli-yersiz iddialarımız ortaya çıxdı, düşüncə ayrılıqlarına varanlarımızın hər biri özünü haqlı saydı. Ancaq hər kəs Asif Atanın sözünə dayandı, hər kəs Asif Atanın dediklərini o birilərə anlatmağa çalışdı. Dil tapılmadı, ancaq Yol gedildi. Ocağın həqiqətini taleyinə çevirə bilməyənlər qırağa durdular. Bir kəsim adamlar öz ömürlərini yaşadılar, ancaq Ataya olan sevgilərini itirmədilər, onun adını, xatirəsini andılar, ayrı-ayrı hallarda yazılarını, müsahibələrini yaydılar. Bir kəsim adamlar da Ocağı özlərinin yaşam yolu elədilər. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Atanın ildönümü anıldı
İyun 7th, 2020
admin
Yadigar Türkel. RAMIL BEY, GÜNAYDIN!
İyun 7th, 2020
admin Senin Azerbaycan Türk vokaçısıdek daha böyük uğurlar gazanmag, Azerbaycan Türk oxuma senetine damğa vurmag üçün bütün olanagların vardır. Bilimsel-intelektual, yaradıcılıg düzenin “Medeniyet TV”-ye de geniş düşünceli, yenilikçi yurdsevertek başçılıg edeceyine umud verir. Daha böyük uğurlar dileyirem!
Men Azerbaycan televiziyalarından ancag Medeniyet TV-ye baxır, oradakı musigi incilerile yaşayır, kültür uğurlarından sevinib, pisliklere acıyıram. Ölkede yurddaşın, aydının sözünü eşiden yer demek olar, galmamışdır. Bu mektubu ona göre de sene yazdım.
Azerbaycanda Rusiya İmperiyasında da, SSRİ döneminde de Türk ulusunu aşındıran, ulusüstü-superetnik “ Yad dil Politikası” yeridilib. Buna baxmayarag, Azerbaycan Türklerinin Mirze Fatali Axundov, Hasan bey Zardabi, Nariman Narimanov, Mehemmed Emin Rasulzade, Mirze Celil, Mikayıl Müşfig, Abdurahim bey Hagverdiyev… kimi aydınları, Sovet çağının dilçileri “Dede Gorgud” bitiyindeki gözel Türk diline dayanarag yaxşı “edebi dil” oluşdurmuşlar. Ardını oxu »
Asif Ata. Yerdəkilərin Göy Həsrəti (davamı)
İyun 7th, 2020
admin 4. Xəyyam Göyü
Xurafat Göysüzlüyü
Həyatın sonunda axtarırdı Göyü xurafat – o dünya Göyündə cənnət bəxş edirdi möminlərə.
Həyatın sonunda dəhşət görür, fəlakət görür, boşluq görür Xəyyam idrakı və üsyan yaradır xurafata qarşı.
Gördüyün qulpu çamur parçası zənn etmə, saqın,
Bir gözəl boynuna keçmiş qola çox bənzəri var.
Soylu Atalı. Tərəqqi İnsana çatmır
İyun 5th, 2020
admin Biz necə yaşayırıq, ya da biz hara gəlib çıxmışıq?! Bu suala cavab versək, sanki hər şeyin təbii axarla inkişafda olduğunu, inkişafla bərabər hansısa çatışmazlıqların da qaçılmaz olaraq yaşandığını dilə gətirməliyik. Baxın, öncəki yüzillərin birini özündən sonrakı ilə tutuşduranda, insanların ağlına gələn ilk düşüncə bu ola bilər: bəşəriyyət böyük gəlişmə (tərəqqi) yolu keçib. Hər halda insanlar arasında təbəqələşmə açıq gözə dəymir, varı, pulu çox olanların belə, qanunla başqası üzərində ağalıq, yiyəlik üstünlüyü mövcud deyil. Üzdən baxanda istənilən adam, öz zəhməti ilə başqasının köləsi olmadan yaşaya bilir. Mədəniyyətin bütün sahələrdə öyrədici (maarifləndirici) keyfiyyətləri özünü göstərir. Hər kəs, maddi-sosial imkanlarının üstün, ya da əksik olmasından asılı olmayaraq, təhsil alır, elmə yiyələnə bilir, hər cür bilik qazanaraq, öz bacarıqlarını, həm özünün, həm də başqalarının xeyiri üçün, işlədə bilir. Ardını oxu »
Asif Ata. Yerdəkilərin Göy Həsrəti (I hissə)
İyun 5th, 2020
admin (Fəlsəfi-bədii məqam)
1. Göylük
Göy mövhumata, xurafata bağışlanmaz!
Həqiqət, ədalət, ülviyyət timsalıdır göy!
Yerin Göy yüksəkliyi var!
Yer dərdinin dərmanı göydədir!
Göy çağırışı səslənir ürəklərdə sonsuz! Ardını oxu »
Soylu Atalı. Erməni Hədyanlığı
May 31st, 2020
admin xxx
Erməni məkrində ardıcıldır, türk ona qarşı sadəlövhlüyündə.
Erməni yüzildir azğın, pozğun Ermənistan yaratmaqla uğraşır, azərbaycanlılar yüzildir Azərbaycanın ləyaqətini girov qoyub erməniyə güzəşt eləməklə.
Bu gün də Azərbaycanın zəbt olunmasına qarşı azərbaycanlıların vecsizliyi erməni qəddarlığından, onun arxasındakı məkr azğınlığından daha qorxuludur.
xxx
Azərbaycanda bircə nəfər erməninin olması belə, fəlakətdir. Erməni özünü hər cür humanist, insani duyğulardan məhrum edib. Bu səviyyə ilə, bu durumla onun varlığı bəşərə xəyanətdir. Ardını oxu »
Milli Dəyərlərimiz – Varlığımızın Özülüdür
May 31st, 2020
admin Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır. Ardını oxu »
Soylu Atalı. İnsanlığı itirən Sivilizasiya dağılmağa məhkumdur
May 29th, 2020
admin Bəşəriyyətin elmlə, texnologiyaların gəlişməsi ilə öyünməsi özünü doğrultmur. Bu gün yaşanan pandemiya qorxusu bəşəriyyəti öncəki yüzillərin çıxılmazlığına qaytarıb. Öncəki yüzillərdə epidemiyanın, deyək ki, 19-cu yüzildə yayılması daha gerçəkçi idi. İndiki pandemiyanın yayılması isə daha az gerçəkliyə bənzəyir. Dünyada insanlığa qarşı tərtib olunan axmaq oyunlar insanları o qədər yorur ki, bundan sonra doğru bir şeyə də inanmaq çətin olacaq. Ancaq nə olsa da, “can şirindir” deyərlər, qorxu düşüncələrdə, gözlərdə yaşamaqda davam edir. İnsanların hər şeyə baxışlarında qorxu ilə şübhə birləşib olduqca yorucu, usandırıcı bir sürəc formalaşdırıbdır. Heç olmasa bunlardan biri (ya qorxu, ya şübhə) olsaydı, insanlar ağır durumlarda sarsıntılı yaşamazdılar. Qorxu altında dolanmaq, mövcudluqlarının tükdən asılı olması şüuru ilə üzülmək sivilizasiyanın insana qarşı olmasını görüntüləyən bir gerçəklikdir. Ardını oxu »
Soylu Atalı. Yalanlarla qidalanan toplumun gələcəyi puçdur
May 27th, 2020
admin Bəşəriyyət çox mürəkkəb bir dönəm yaşayır. Bu dönəmdə bütün gedişlər İnsanlığı qorxu altına alır. Bir yandan elmin, texnologiyaların gəlişməsi, bir yandan da dinə qayıdış anarxiyanı artırmaqdadır. Ancaq anarxiya elmin, texnologiyanın gəlişməsi ilə dinə qayıdışın təzadından yaranmır. Əslində yaşamamızda yürüyən bu iki gəlişmə(elm, texnologiya-din) heç bir-birinin yanlışlarına qarşı mübarizə aparmırlar da. Bu iki gəlişmə bir-biriylə döyüşməklə deyil, ayrı-ayrılıqda anarxiya yaradırlar. Yəni elm, texnologiya bir yandan anarxiya yaradır, din də bir yandan. Bu anarxiyalar nədə özünü göstərir?! Elm, texnologiya İnsanlıqdan qıraqda gəlişir. Yəni insana qulluq göstərmir, ağalığa yarayır, pulçuluğa gərək olur. Ardını oxu »




