YADIGAR TÜRKEL. BOLGARÇAY, BEYDİLİ, XARMANDALI, ÇAKIRLI, TALMIŞ, AĞCAGABUL

Son günlerde Azerbaycanın başında duran yaddüşüncelilerin bacarıgsızlığından Sosial basında danışılanlara yanıt vermiş yurdsever jurnalist Xalig Bahadır Arsakla bağlı düzgün baxışını yazmışdır. Ancag yazıda Balharı edilmek istenen Bolgarçayın Celilabaddan keçdiyi yazılıb. Oxuduğunuz bu yazını o yanlışı düzeltmek isteyile Mehsul gazetinin 15 aprel, 2005-ci il, 7-ci sayından köçürüb, FB sehifeme goydum. Kimese gerek olar…
“Bu günlerde redaksiyamıza gelen mektubda AMEA-nın Felsefe ve Siyasi-hügugi Tedgigatlar İnstitutunun Politologiya Şöbesinin böyük elmi işçisi, felsefe elmleri namizedi, yerlimiz Yadigar Türkel televiziyada Bilesuvar Rayonu haggında geden verilişde söylenilen bir çox faktlara münasibetini bildirir. Ardını oxu »

Asif Atanın 7-ci Bitiyi çapdan çıxdı

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı kitab çaplarını davam etdirməkdədir. Bu dəfə Asif Atanın 85 illiyi qarşısında 7-ci Qutsal Bitiyi – “Yetməli Olduğunuz” çap olunmuşdur. Bitiq Ocaqçıların yatırımı ilə araya gətirilmiş, artıq ilk oxucularına çatdırılmışdır. Bildiririk ki, Ocaqçıların son səfərlərində Bitiq artıq soydaşlarımıza təqdim olunmuşdur. Bu günlərdə ayrı-ayrı kitab evlərinə, o sıradan M.F.Axundov adına Milli Kitab evinə də bağışlanacaqdır. Ardını oxu »

Yeni Ocaq səfərləri

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı bölgələrimizə yeni səfərlərini gerçəkləşdirdi. Ocaq Yükümlüsü Soylu Atalı Amaldaşları Günev, Nurtəkin Atalılarla Cəlilabad rayonunda olmuşlar. Öncə Amaldaşları Yurdtəkin Atalının qonağı olmuş, onun təşkilatçılığı ilə ayrı-ayrı gənclərlə söhbətlər etmişlər. Gəncləri maraqlandıran suallara cavablar verilmiş, sonda onlara Ocaq ədəbiyyatları bağışlanmışdır. Ardını oxu »

VAHİD AZƏRBAYCAN (Asif Ata ilə müsahibə)

Müxbir: Asif Ata, radio dinləciyiləri Sizi yaxşı tanıyırlar. Sizin fəlsəfəniz mənə də çoxdan tanışdır. İstəyirəm söhbətimizi marksizmə münasibət üstündə quraq.

Asif ATA: Ürəyinizdə Günəş olsun!
Elə bilirəm ki, açıq söhbət edəcəyik. Yəni ki, təkcə söhbət olmayacaq, fikir olacaq və bunun bizim cənublulara xeyri olacaq.
Mən 1976-cı ildə Azərbaycan Dövlət Universitetində «Estetik və Etik tərbiyə klubu» adı altında indiki Ocağımızı qaladım. O zaman hansı zamandı – siz onu yaxşı bilirsiniz.Onda yarım cümlə də antimarksist söz demək olmazdı. O, ölüm məsələsi idi, ancaq mən elə o dövrdə də estetika dərsi deyə-deyə təsdiq eləyirdim ki, marksizm elm deyil, dindir, xurafatdır, ən yaxşı halda siyasi mifologiyadır. Nə üçün mən belə deyirdim? Hansı əsasım vardı mənim? Bunu mən ən çox bir millətçi kimi deyirdim. «Millətçi» sözünün başına nə oyun açdılar, bunu siz yaxşı bilirsiniz. Ondan necə də dəhşətli bir düşmən obrazı yaratdılar, bunu da yaxşı bilirsiniz. 1937-ci ildə «Millətçi» sözü «güllə» sözü idi! Bunu da yaxşı bilirsiniz. Onu necə bayağılaşdırdılar, karikaturalaşdırdılar, bu da aydındır. Amma əslində isə «millətçi» sözü özü «ləyaqət» sözü qədər qiymətli idi. O sözün başına oyun açdılar. Amma o sözün mahiyyətini onlar məhv edə bilmədilər. Millətçi – xalqı, Yurdu, Vətəni mütləq saymaqdır! Ardını oxu »

YADİGAR TÜRKEL. BAŞ İDEOLOGUN YALANLARI İLE BAĞLI

Rus dilinde AZERBAYDJAN gazeti. 21mart 1920-ci il, s. 58.

VESNA

O sestra! Po vole roka
B sakle uzkoy i sıroy
Ya, jemçujina Vostoka,
Tixo vyanu pod çadroy.

1

Posmotri: kakiye tuçi
Otorvavşisya ot gor
Zaslonyayut mne moguçiy
İ prekrasnıy krugozor… Ardını oxu »

Soylu Atalı. Doğruluğun Halallığı

(Əli Vəlioğlunun “Halal Çörək” kitabı üstə düşüncələr)

İnsanın həyatda ən doğru bildiyi keyfiyyət halallıqdır. Halal zəhmət, halal ailə, halal doğmalıq, halal keçmiş, halal düşüncə – insanı öz anlamına qovuşduran anlayışlardır. Bilindiyi kimi, insan ikili xassəyə bağlıdır. Bu xassələrdən birinin adı biolojilikdir, o birisinin adı mənəvilik. İnsan yaşamını sürdürərkən biolojiliyi daha çox üzə çıxır. Çünkü mövcudluğunu qorumadan varlığını təsdiq edə bilmir. Bəs insanın mövcudluğunu hansı duyğular ayaqda tutur – heyvani duyğularmı, insani duyğularmı?! Tamah, məncillik, özünəyararlıq, zəhmətsiz gəlir götürmək çabaları heyvani, gözütoxluq, vicdanlı olmaq, adil davranmaq, zəhmətlə onurlanmaq insani duyğulardır. Heyvani tələblərlə yaşamını sürdürənlərin ömrü boşluq yaradır, çelişkilər içində heçliyə çevrilir. Mənəvi tələblərlə yaşayanlarda isə ikilik aradan qalxır, fiziki mövcudluqla mənəvi varlığın bağlılığı, birliyi formalaşır. Ardını oxu »

İNSANI KÖLƏLƏŞDİRƏN CƏMİYYƏT YOX,  ÜLVİLƏŞDİRƏN CƏMİYYƏT! (Atadan müsahibə)

E.A. – Ruhani cəmiyyət və tarixdə olan cəmiyyətlər Ata görümündə.

Asif Ata: – Bütün tarixdə Ruhani Cəmiyyətə qədər olan cəmiyyətlər, quldarlıqdan başlamış kapitalizmə və sosializmə qədər, insanı özündən ayırıb. Yəni, bütün cəmiyyətlərin əsas əməli təbəqələşmə olub, bütöv insan əvəzinə ayrı-ayrı təbəqələr, yüksək təbəqə, aşağı təbəqə, orta təbəqə, siniflər, bu mahiyyətcə antiinsanilikdir!
İkinci, ağalıq və nökərlik əlaqələri yaratmaq, bütün cəmiyyətlər ağa verib, ağa yaradıb, nökər yaradıb. Bütün cəmiyyətlərin hamısının canı hakimiyyətçilik olub, bu hakimiyyətçilik də ağalıq və nökərlik adlanan başqa bir hakimiyyətçiliyi qoruyub. Burada dinin rolu çox böyük olub. Çünki allaha qul olan, təbiidir ki, hökmdara da qul olmalıdır, çünki hökmdar da yerin allahıdır, ən azı allahın kölgəsidir, onun nişanəsidir. Ona görə də cəmiyyət ağalıq və nökərlik səviyyəsindən heç bir vaxt çıxa bilməyib, bu səviyyəni aşa bilməyib. Adlar dəyişilib, ağa başqa ad olub. Ümumiyyətlə, cəmiyyətdə insan heç vaxt özü olmayıb! Ardını oxu »

YADIGAR TÜRKEL. POLİTİKİN DİLİ, YA DA POLİTİK DİL

1

         Bu, bilimsel-publisistik yazını neçe aydır beynimden keçirir, faktları köçürür, garşılaşdırır, ancag Azerbaycan Respublikasındakı sosial-politik garışıglıgdan, özümün menevi-psixoloji düşkünlüyümden yazammırdım. Yazı Azerbaycan Respublikasının özlerini Türk Ulusunun üstünde, beyler beyi, xanlar xanı, xaganlar xaganı, şahlar şahı – sorumsuz ağa gören, AMEA-da, universiretlerde yenice öyrenilmesine, yayılmasına başlanmış Sosiologiya, Politologiya bilimlerini yox etmiş yöneticilere düzgün davranış, anlamlı politik danışıg öyretmek isteyile yazılmışdır. Onlar bilimçilerin öyredici bitiklerini, Sosial Basındakı yazılarını oxumasalar da, yazılar toplumun sosial-politik, axlag düşünceni az da olsa etkileyir. Ardını oxu »

Soylu Atalı. Türklüyün Zəfər günü qutlu olsun!

 Türkiyədə Ərdoğançı kəsim Atatürkü gözdən salmağın yeni üsulunu işə salıbdır. Guya Atatürk bütləşdirilir. Deməliyik ki, bütləşdirmədə kor bir “pərəstiş” olur. Bu keyfiyyəti də biz ən çox dinə tapınan kütlədə görürük. Bunların münasibətində dərk eləməkdən söhbət gedə bilməzr. Çünkü şüuru zorlanan insanların təfəkkürü ayılmır. (Lütfən, məni yanlış anlamayın. Heç kimin heysiyyatına toxunmaq istəyim yoxdur. Sadəcə düşündüyüm, doğru bildiyim həqiqətləri sizlərlə paylaşmaq istəyirəm. İstəyirəm Atatürkə sevdalı münasibət sərgiliyənlərin fərqini göstərim). Atatürk gerçək bir qurtarıcıdır (xilaskardır). Heç kimin sevgisinə, aldadaraq, soxulmayıb. Yurdu, Ulusu üçün, sözün doğru anlamında, şəhid taleyi yaşayıb. Ardını oxu »

YADİGAR TÜRKEL. LVİTSA

1

Ermeni ideologları “Yandeks-Dzen”de yalan-palan, pozuculug maşınlarını durmadan işledirler. Stratejileri bellidir: Azerbaycan Türklerini Ruslar, Gürcüler, Gafgaz Ellerile salışdırmag!… Azerbaycan Ağalığı ise öz kefinde… Vur çatlasın, çal oynasın! Yağı ile savaşan Ölke galıb ideologiya, politika, sosiologiya, oxumamış, oxudulmamış jurnalistlerin, bişmemiş şeirgayıranların, “tardüzelden professor”ların elinde. Bu “professor”lardan, Üzeyir bey Hacıbeyli adına ADK-nın “Eski musigi aletleri laboratoriyası”nın başçısı, Memmedali adlı biri de çıxışında on yol prezidentimiz, birinci vitse-prezidentimiz deyir, Heydar Aliyev Fondunun adını çekir. Avtoritar politik guruluş ancag bu ortamı yarada bilir.
Toplumun sosial düşüncesinde “Anma Kültürü” vardır. Ölmüş bütün insanlar sayğı ile anılır, anılmalıdır. O, laboratoriyanı yaratmış adamla 1990-cı illerde, bir xatun bilimçile bölgelerden birine yasa getmişdik. Memmedalinin “möhteşem telegülmece”sinden sonra o gözel insanı sayğı ile anıb, hekim, Pr. Dr. gardaşına can sağlığı dileyirem.      Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv