Ürəyinizdə Ata Günəşi olsun, dəyərli Amaldaşlarım!
Neçə gündür söhbət eləmək istəyirəm ki, sizlərlə düşüncələrimi paylaşım. Ancaq internet olmadığına görə qrupda paylaşa bilmirəm. Elə indi də qrupda bir şeylər deyirəm, göndərirəm, aktivləşmir. Ancaq yenə də mən bu söhbəti aparım, “Ata Yolu” qrupunun yaddaşına düşsün. Nə vaxt internet olar, açılar hər biriniz dinləyərsiniz, mənim mövqeyimi bilərsiniz.
(Ocaq günsırası (təqvimi) ilə 8 Xəzan Ayı, 42 -ci il. Miladla 8 Oktyabr 2020-ci il).
Savaş başlayandan üzü bu yana, bildiyiniz kimi, sizinlə söhbətlərdə ciddi rahatsızlıqlarımı dilə gətirirəm. Qarabağda gedən savaş Qarabağın tam azadlığı, savaş prosesinin tam sona çatması demək deyil. Ancaq çoxları elə hesab edir ki, bu proses tam başa çatacaq, qələbə mütləqdir. Mən də bununla bağlı əks təbliğat aparmaq istəmirəm. Hər kəsdə bir ruh yüksəkliyi var. O ruh yüksəkliyini endirmək istəmirəm. Ancaq həqiqət həqiqətdir. Həqiqəti də deməliyəm. Ardını oxu »
Asif Ata. İnam – Şübhə
İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıqdır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuzluq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Soylu Atalı. Amaldaşlarıma
Noyabr 15th, 2020
admin
Yurdtəkin Atalıya başsağlığı
Noyabr 6th, 2020
admin Asif Atanın Mütləq İnam Ocağı Amaldaşları Yurdtəkin Atalıya qardaşı oğlu Rəhimov Tural Arif oğlunun Vətən savaşında şəhid olması ilə bağlı başsağlığı verir.
Millətimizdə yaşasın!
Vətən sağ olsun!
Tahir Talıblı. Şeirlər
Noyabr 3rd, 2020
admin Söz
Gülləni hədəfə söznən atıram,
Sözümü vermirəm heç ələ, qardaş.
Söznən oyanıram, söznən yatıram,
Söznən oynayıram mən hələ, qardaş.
Sözün yaddaşıdı sözün yaşıdı;
Ağızdan-ağıza söz qarıyacaq.
Dibinə su töksən ağac boy atar
Dibinə su töksən söz quruyacaq.
Neçə söz çəməni gömgöy, təzətər
Çimdinə-çimdinə hey söz yığıram.
Yıxıram qorxulu düşməni söznən,
Mən öz öyümü də söznən yıxıram. Ardını oxu »
Soylu Atalı. Söz ömrün yolu olanda
Noyabr 1st, 2020
admin (Tahir Talıblının “Qurdu qəmgin, quşu qərib” kitabı üstə duyğulanmalar)
İnsan həyatda özünü ifadə etmək üçün ömür yolunu bəlirləməlidir. Bunun üçün özünü tanımalı, öyrənməlidir. Ömür qurulanda söz doğar, özünü çağına, gələcəyə təqdim edər. Belə də deyə bilərik: Söz – ömrü tanıdan hikmətdir.
Ömür yaradıcı olmayanda söz boşluğa düşər, hikmət gücünü itirər. Hikmətsiz söz yaşama örnək verə bilməz. Biz sənətə, poeziyaya belə yanaşırıq. Biz ömürdən gəlməyən sənəti, şeiriyyəti quru, cansız, etkisiz sayırıq. Sənət yalnız estetika faktı deyil. Yəni o, zahirən gözəl, cazibəli forma alsa da, bu, yetərli deyil. Sənət – insan qəlbinin ülviyyətini göstərən, böyüdən, insana Tanrısal anlam yükünün çalarlarını tanıdan ömür yoludur. Bu yolu yaradanlar, bu yolu gedənlər müdrik olar, şair olar, ozan olar – qəlbində söz bəsləyər, söz çağırar, söz öyrədər. Belə ömürlərlə üzləşəndə insan duyğular dünyasına düşür, söz bulağı tapır. Könlü bu söz bulağı ilə durulduqca duyğuları zənginləşər, Mənanın gözəlliyinə qovuşar, dünya gözündə yenilənər. Belə dünyanın sakini olmaq, belə dünyanın sakinləriylə olmaq nə qədər gözəldir. Ardını oxu »
Erməninin gələcəyi yoxdur (Asif Atayla müsahibə)
Oktyabr 20th, 2020
admin İ.A.: Müqəddəs Ataya Ali Səcdə!
Asif Ata: Səcdən ucadır, oğlum!
İ.A.: Atayla bu Təmasım erməni ruhsuzluğu, soysuzluğu barədədir. Əvvəlcə istərdim Atamız ermənilərin kökü, mənşəyi barədə fikrini desin.
— Ermənilər Fələstin xetləri ilə (yəhudilərə yaxındır) iranlıların birləşməsindən yaranıb. Əgər bunu bir az müasirləşdirsək, ermənilər yəhudilərlə farsların qarışığıdır. İndi onlarda şübhəsiz, yəhudi xarakteri ilə fars hərcayiliyi birləşib. Ümumən etnik cəhətcə ermənilər çox qarışıqdır.
İrqləri müasir antropologiyaya görə, semit irqidir – «xüsusi irq»dir. İranlılar (farslar) Hind-Avropa irqinə aiddir. Deməli, burada iki irq birləşir. İrqi qarışıqlıq ermənilərin həyat tərzində də hiss olunur: yalançı dostluqlarında da, amansızlıqlarında da. Ardını oxu »
Soylu Atalı. İctimai Tərəqqi problemi
Oktyabr 20th, 2020
admin Haqq – insanlarda insani mənafeyə, ədalət – bu mənafeyə doğru, sağlam münasibət bəsləməyə deyilir. Təəssüf ki, belə bir düşüncə sistemi ictimai həyatda qüvvədə deyil. Bütün dünyada həyat gedişləri ən çox hüquq anlayışı ilə tənzimlənir. Hüquq isə əsasən fiziki-bioloji mənafedir. Məsələn, hüquq mühafizə orqanları da cəmiyyəti əsasən bioloji cəhətdən qoruyur. Mülkü, malı oğurlanan, işini, vəzifəsini itirən, rəqabətdə qəsdən tərəfsizləşdirilən hər kəs özünü ilk növbədə hüququn köməyi ilə qorumağa səy edir. Ardını oxu »
10-cu il (1989) “Yeni İl” mərasimində Asif Atanın çıxışından bir parça
Oktyabr 10th, 2020
admin Qarabağ söhbəti.
Qarabağ söhbətində bütün günah erməni sionizmindədir. Erməninin ikinci xəyanətidir. Deyirlər ki, pis xalq olmur. Pis xalq var imiş. Erməni bir dəfə satdı türkləri. O zaman ki, türklərin çox pis vəziyyəti idi, hələ cavan türklərin inqilabı idi. Cavan türklər inqilab eləmişdi Əbdülhəmidə qarşı. Çox pis vəziyyət idi. Bir tərəfdən Avropa hücumdaydı, bir tərəfdən də Əbdülhəmidçilər. Bu zaman erməni fürsətdən istifadə elədi, türklərin zəif yerindən başladı Rusiya. Elə bu vəziyyətdə çoxlu müraciət. Bütün xalq adından müraciət elədi ki, gəlin bizi ayırın Türkiyədən.
Türk onları qırdı. Ziyan verdi bizim türk ləyaqətimizə. Və xüsusilə bizim Atalıq… Amma əlac yox idi. Ruslar gəlirdi. Ənvər paşa çıxartdı vəziyyətdən. O həmin Ənvər Paşa sonra gəldi Orta Asiyada türk üçün öldü. Xülasə söhbətimiz olacaqdı. İndi ikinci həmin vəziyyətdir. Görür ki, Azərbaycanlılara qarşı münasibət pisdir, görür ki, ümumiyyətlə, türk dünyasına qarşı münasibət pisdir. Ardını oxu »
Asif Atanın Mütləqə İnam Ocağının Baxışı, Çağırışı
Oktyabr 9th, 2020
admin Sentyabrın 27-dən başlayaraq, Vətənimiz Azərbaycanda savaş gedir. Tarix boyu İnsanlığa qarşı yaşayan, heç bir bəşəri dəyər yaratmayan, hər zaman bəşəri dəyərləri ayaqlamağa çalışan bir toplumla qarşı-qarşıya qoyulmuşuq. Erməni adlanan bu topluma arxa duranlar da İnsanlığın düşmənləridir. Dünyanı alçaqlıqla, alçaqları qullanmaqla yönətənlər hər yöndən varlığımıza əngəl törədir, bizi parçalanmış, dağınıq durumda saxlayır, xalq kimi toparlanmağımızın qarşısını kəsirlər. Bunun üçün torpaqlarımızı hissə-hissə əlimizdən alıb erməniləşdirir, torpaqlarımızı qorumağa qalxanda isə bizi “zavallı, yazıq, məzlum” ermənini məhv edən, savaşa meyilli xalq kimi göstərməyə çalışırlar. Bu baxımdan yanaşanda biz bu gün gələcəyi bəlli olmayan ermənilərlə deyil, əslində onun arxasında duran imperialist güclərlə döyüşürük. Ancaq dünya haqsevər toplumlardan xali də deyil. Ardını oxu »
Asif Ata – 85
Sentyabr 30th, 2020
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu il biz Ata Ayının (sentyabrın) 25-i Asif Atanın 85 illiyi qarşısındayıq. Düz 23 ildir Asif Ata aramızda yoxdur. Bu 23 il bizim üçün nə demək oldu, ya da bütövlükdə Asif Ata ömrü bizim üçün nə deməkdir?! Qısaca vurğu edək. Öncə onu deyək ki, Asif Ata bizi Ocağına çağıranda heç nə vəd eləməmişdi, qarşımızda insanlaşma, vətənləşmə, xalqlaşma tələbi qoymuşdu. Sağlığında biz onun bu tələblərini nə qədər dərk eləmişdik – demək çətindir. Bu tələblər mücərrəd səslənirdi. Biz elə bilirdik, Ocağında olduğumuz üçün, artıq onun tələblərinə yetmişik. Halbuki bu, üzdən elə görünürdü, bizə elə gəlirdi. O, bizə nə deyirdisə, biz də başqalarına deyirdik. İdeyalarının hikmətini ömrə çevirmək isə sadə bir məsələ deyildi. Cəsarətli olanlarımız da vardı, fədakar olanlarımız da. Sevirdik Asif Atanı, sadiq idik. Ancaq sədaqətimiz yüksək idrak quruculuğu ilə, dönməz dərk yoluna düşməyimizlə möhkəmlənməmişdi. Ardını oxu »
Soylu Atalı. İnamın Uğur Günü (Asif Ata-85)
Sentyabr 26th, 2020
admin Ürəyinizdə Günəş olsun sayğılı insansevərlər!
İnsanlığın ən qədim beşiyi olan Azərbaycan zaman-zaman antiinsanlığın ən ağır basqılarına uğradı. Bu gün olduqca çətin, mürəkkəb bir tale yaşamaqdadır. Dini, siyasi poliqona çevrilibdir. Hər şeyimiz – şüurumuz, mənəviyyatımız, Vətənimiz, mədəniyyətimiz işğal altındadır. Bu işğalın sonu varmı, olacaqmı?! – Bu suala emosional həvəslə, əsaslı izahı olmayan ümidlə, quruca Azərbaycan sevgisiylə cavab vermək olumsuzdur. Asif Ata bu suala cavab vermək üçün 22 il düşündü, işlədi, mübarizə apardı. Mübarizəsinə göstərilən təpkilər, özünə qarşı yönələn təqiblər bu sualın cavabının nə qədər dərinliklərdə olduğunu aydınlaşdırırdı. Getdikcə ona çatırdı ki, bu sualın nisbi cavabı yoxdur. Bütöv cavabı isə bulmaq üçün nağıl qəhrəmanlarımız kimi oddan keçməli, imtinalar yaşamalı, qurbanlar verməlidir. Özü üçün belə bir yolu seçməkdən dala durmadı, həyatın qaranlıqlarının üzərinə yeridi. Ardını oxu »




