Ocaqda yeni kitab çapdan çıxdı

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Bu günlərdə Asif Ata Ocağının yeni bir kitabı çapdan çıxdı. Göytəkin Atalının “Qaranlıqdan İşığa” adlı bu kitabını onun ömür yolunu bəlirləyən mənəvi axtarışlarının sonucu saymaq olar. Kitabın mətni, məzmunu bütünlüklə suallardan, cavablardan oluşubdur. Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı ilə telefon bağlantıları onun ömründə dönüş yaratmış, düşüncələrində yaranmış çoxsaylı suallara cavab taparaq Asif Ata Ocağının Evladı olmuşdur. Elə bu kitab telefonla aparılan sual-cavabın bir hissəsini qapsayır.
Bu bir ömür yolu, bu bir düşüncə xəttidir… Kitabı Asif Ata Ocağı ilə ilgilənən insanlar üçün gərəkli bir ədəbiyyat saymaq olar. Yaxın vaxtlarda Milli Kitabxanaya, eləcə də bir sıra başqa kitabxanalara nüsxələr bağışlanacaqdır. Ardını oxu »

YADİGAR TÜRKEL. GÜNAYDIN

1

Ermeni ideoloji savaşını bütün gücü ile sürdürür. Yağı “Yandex” –“Dzen”de Azerbaycan Türklerile bağlı nece aşağılayıcı yalan-palanlar yazdırır… “Dzen”de arabir bizden de “Get, Ay batandan sonra gel, ay oğlan” biçimli yazılar yazılır. Bilmirem onları kim yazdırır? Ancag bir şey aydındır: Azerbaycandan  Ermeninin ideologiya maşınını dağıdacag biçimde ideoloji, bilimsel iş yoxdur. Azerbaycan Respublikasının on illerle çox çetinlikle yetişmiş bilimçi ideologları, politik yazı, danışıg dili oluşan analitik jurnalistleri, publisistleri, yazarları susdurub, işden çıxarmış, ölkeden govmuş, özgür basını dağıtmış avtoritar prezidenti İlham Aliyev galıb tör-töküntü jurnalistlerin elinde. Avtoritar düşünce dölaşığında galmış bu yaltagların da iki sözünden biri dövletimizin başçısı bele dedi, birinci vitse-prezidentimiz ele dedi, ümumilli liderimiz bele deyibdir… Bilimsel düşünce yox, politik analiz yox! Dünen bir yurddaş Sosial Basında psixiatr-doktortek yazmışdı: “Bunlar derman atmalıdırlar, ancag Açı yönetirler”… Ardını oxu »

Ocağa yeni Evlad qəbul olunmuşdur

Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı bölgəyə səfəri zamanı Ocağa yeni Evlad qəbul eləmişdir. Artıq üç aydırTeyyubova Şəfa Ocaqdan Göytəkin adını alaraq Asif Atanın ruhani hərəkatına qoşulmuşdur. Bu səfərdə Ocaq qurallarına uyğun olaraq qəbul törəni keçirilmiş, onun Ocaqçılığı təsdiq olunmuşdur (Evladlıq Nişanəsi özünə təqdim edilmişdir).

Uğurlar, Başarılar diləyirik!

Ocağımıza xoş gəldin! Ardını oxu »

Yeni Ocaq səfərləri

Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı amaldaşı Günev Atalı ilə bölgələrə səfər etmişdir. Amaldaşları Bilən Atalının təşkilatçılığı ilə bir neçə görüş keçirmişlər. Görüşlərdə Asif Atanın işi, ideyaları, Ocağı haqqında bilgilər verilmiş, insanlarımızda ciddi maraq oyatmışlar. Eləcə də, Yurdumuzda, dünyada baş verən olaylarla bağlı Ocaq açısından baxışlar sərgilənmişdir. Görüşə qatılanlara Ocaq ədəbiyyatları bağışlanmışdır. Ardını oxu »

Yadigar Türkel. BAĞRIMIZ ÇATLADI, SUSUN

1

Rusiya İmperiyasında, SSRİde Azerbaycan Türklerine imperiyanın ulusüstü –  superetnik politikalarına uyğun, sınırlı düşünmek hügugsuzluğu verilmişdi. Bu hügugsuzlug elin, ulusun düşünçesini yadın, ermenitek yağının politik çıxarlarına, yaşam isteklerine uyğunlaşdırmış, oluşan din  geriçiliyi, “şair yanaşması” dağınıg ellerin sosial-politik düşüncesini üstelemişdi. 1985-ci ilin aprelinden, daha çox da 1990-cı illerden Azerbaycan Türklerinde de demokratik politik düşünce oluşur, sosiologiya, politologiya bilimleri yayılır, yazarların, jurnalistlerin yazı dili getdikce sosial-politikleşir – bilimselleşirdi. Ancag Heydarizmin güclenmesile, daha çox da 1995-ci ilde Anayasa uyğulanandan sonra Azerbaycan Türklerinin aydınlarının düşüncesini yeniden “imperiya çevresi”ne aldılar. Yalançı gabyalayanlıg gün-günden baş alıb getdi. Ardını oxu »

Xaliq Bahadır. Ərdoğanın ətəyində namaz qılan “bizimkilər”

İyulun 24-də, Atatürkçü Türkiyəyə, Atatürkçü düşüncə sisteminə yağı Ərdoğanın məscidə çevirdiyi Ayasofyadakı birinci cümə namazında Diyanət işləri başqanı Əli Ərbaş Atatürkü lənətlədi. Bu fakt Ərdoğanın gerçək kimliyini, din fanatizminə-cəhalət qaranlığına sürükləməklə Türkiyəni içindən yenmək istəyini bir daha ortaya qoydu…
Türkiyəni çağdaş, sivil dövlətə dönüşdürən Atatürk deyirdi: “Cəhalət yenilməsi gərəkən ən böyük düşməndir”.
Ərdoğanın ətəyində namaz qılan “bizimkilər”, Ərdoğan diktatordur. Üstəlik, bütün diktatorlar kimi yalançıdır. Toplumu aldada-aldada, topluma kələk gələ-gələ illərdi hakimiyətdə qalır. İnternetdə onun illərlə Türkiyə xalqına dediyi yalanlarla bağlı çoxsaylı faktik göstərmələr var. O, Türkiyəni aldada-aldada gətirib çıxmaza çıxarıb. Ərdoğan Türkiyəni aldada-aldada demokratiya yolundan sapdırıb. Ardını oxu »

Soylu Atalı. Azərbaycan çıxarların hədəfi olmamalıdır

 Biz Türkiyəni sevirik, Türkiyənin yanındayıq, Türkiyəni də yanımızda bilirik. Ancaq bu yanaşma istər Türkiyə hakimiyyətinin, istər Azərbaycan hakimiyyətinin zərərli addımlarını, yanlışlarını deməməyə səbəb vermir, hansısa gərgin durumun olmasından, yaranmasından asılı olmayaraq. Türkiyə Azərbaycan münasibətləri olduqca həssas, önəmli bir məsələdir. Nə yazıqlar ki, bu gün Türkiyənin da başında, Azərbaycanın da başında türklüyə gərək olmayan, özgür olmayan, bir az da belə deyək, nəinki gərək olmayan, zərərli olan yönəticilər var.
Tovuzda başlayan hərbi toqquşma zamanı Ərdoğan hakimiyyəti özünü elə apardı, guya bütün resursları ilə, varlığı ilə Azərbaycanın yanındadır. Biz Türkiyə Azərbaycan münasibətlərinə kölgə salmağın yanlısı deyilik, bu münasibətlərin ən yüksək düzəydə qurulmasının yanlısıyıq. Öncələr də, indi də bizim bütün çağırışlarımız buna doğrudur. Türk dünyasının birliyi üçün Türkiyənin türkçülüyə qayıtmasının gərəkliyini hər vaxt vurğulamışıq. Ancaq üzdə gedən proseslər bizi aldatmamalıdır. Doğrudanmı indiki Türkiyə hakimiyyəti Azərbaycana sağlam dəyər verir, doğrudanmı bütün resurslarla Azərbaycanın yanındadır, Azərbaycanın yanında olacaqdır?! Açığı mən bunu Ərdoğan hakimiyyətindən gözləmirəm. Ardını oxu »

Göytəkin Atalı. Məni yaşadan Yol (Özüylədöyüş üstə düşüncələrim)

 İnama tapındığım gündən içimdə duyğular aşıb-daşır. Çox tez-tez belə oluram. Bu bir sevincmi, fərəhmi, bir enerjimi, bilmirəm. Sanki harasa tələsirəm, uçuram. Hər nədirsə içimi titrədir, hər nədirsə gözəl bir həyəcan gətirir, hər nədirsə məni yerimdə – indidə qalmağa qoymur. Çəkir məni harasa. Çəkdiyi yer başqa aləmdir, o nədir, haradır dərk etməyə çalışıram. Kitab oxuyub düşünəndə bu duyğuları bir az dindirmiş oluram. Sanki o aləmə bir az yaxınlaşmış oluram. Ancaq orda ola da bilmirəm. Orada hər şey mənə gerçək görünür, orada sevdiyim hər şeyi yaşamaq var, canlılıq var. Bu elə bir yaşamdır, orda hər şey var… Bu xəyallardan uzaqlaşmağa tələsmirəm. Orada yaşamayacam deyib üzülmürəm də. Orada hər anı doya-doya yaşamaq eşqi çağırır məni. Bu duyğular çox zəngindir. Bu zənginliyi dərk edəcək qədər dərinliyə enməmişəm, ancaq bu dərinliyi duyuram. Çünkü məni yaşama bağlayan çox qüvvətli duyğulardır bunlar. Ardını oxu »

Asif Ata. MÜTLƏQ FƏLSƏFƏSİ (“Olan və Olmayan” kitabından)

Din – Mütləqi uydurur. Dünyanı yaradan, insan taleyini müəyyən edən Allah – Yalandır.
İdealizm – Mütləqi Əqliyyətlə eyniləşdirir, əslində isə Əqliyyət Mütləq deyil, çünki Ruha, Əbədiyə, Sonsuza, Kamilə bərabər deyil.
Panteizm – Təbiəti Mütləqləşdirir; ancaq Təbiət Mütləqin özü yox, Təzahürüdür.
Materializm – Mütləqi görmür, Təzahürü – yəni nisbini, keçicini, sonlunu, qeyri-kamili görür.
Mütləqi yalnız Ruhani İdrak dərk etməyə qadirdir.
Ata Fəlsəfəsi – Mütləq Fəlsəfəsidir, Mütləqi dərk edən Fəlsəfədir.
Ata Fəlsəfəsi – həm də İnsan Fəlsəfəsidir,  yəni İnsanın Mütləq Mahiyyəti haqqında təlimdir. Ardını oxu »

Soylu Atalı. Bu, xalqın davamlı tələbi olmalıdır

Günaydın sayğılı Vətən övladları!
Hər kəsə bəllidir, bu günlərdə döyüş bölgələrimizin od-alova bürünməsi geopolitik bir avantüradır. Bu Vətən savaşı deyil. Uzun illərdir bölgədə çıxarları olan güclər Qarabağ uğrunda savaşımızın qarşısını kəsib erməninin torpaqlarımızda oturuşmasına ortam yaradırlar. Milli varlığımıza yad olan hakimiyyətimiz də onların buyruğunda durmaqla bu işə qatqı göstərmiş olur. Düşmən hər il, hər addımda torpaqlarımızı qurtarmağımız üçün bizə səbəb verir – əsgərlərimizi şəhid edir, dinc toplumumuza güllə sıxır. Bundan yararlanmaq istəməyən hakimiyyətimiz isə çağaşırı təbliğat qurur, topluma (Elman Nəsirov kimi) zavallıları ilə ağıl öyrədir. Guya heç kimin anlamadığı, baş açmadığı bir siyasi müdriklik göstərir. Yəni biz torpaqlarımızı qurtarmaq istəsək, Rusiya erməninin yanında durub bizimlə döyüşəcək, yeni torpaqlar itirəcəyik. Beləcə, hakimiyyət illərdir xalqımızı öz qorxaqlığına ortaq eləməyə çalışır, qeyrətimizi susduraraq talançılıqla, sərvət toplamaqla uğraşır. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv