Yadigar Türkel (Ardı-2)

Sebebi düşüncemizin, ganımızın pozulmasına yöneldilmiş dersliklerdir. Sebebi menim Vetenimin paytaxtında idarelerde Azerbaycan dilinin beynelmilelçilikle az gala yasaglanması, respublikaların radio-televiziyalarının imkanlarının mehdudlaşdırılıb, xalgların daha böyük Urus radio-televiziyalarına baxmağa mecbur edilmesidir. Sebebi çoxdur Mirze, çoxdur!
Mirze, bütün dünyanın arxivleri, kitabxanaları, muzeyleri xalgımızın tarix belgelerile doludur. Londonun, Tehranın, Tebrizin, İstanbulun, Bağdadın kitabxanalarında tariximiz yatıb galır. Onları oxumag, öyrenmek üçen Urusdan icaze almalıyıg. Ne böyük xoşbextlik getirib, Urus bize Mirze?!
Mirze, biz dünyanın gabagcıl elminden, medeniyetinden uzag düşmüşük. Bütün yenilikleri, kitabları Urus oxumalı, isteyerse onu anladığı, özüne yarayantek bize çatdırmalıdır. Ne böyük seadetmiş bu?! Ardını oxu »

Ocaq səfərlərinin yeni soraqları

Mübarizə aparmaq üçün içdən Azərbaycanlaşmaq gərəkdir. Bunun üçün Azərbaycanın mənəvi-ruhani mahiyyətini özü üçün kəşf etmək, sevgisinin işığına çevirmək, bunu soydaşlarına çatdırmaq addımları atılmalıdır. Dəyərləri yaşamdan silinən, ələbaxan, onun-bunun buyruğuna yönəldilən,onun-bunun son sözünü təkrarlayan bugünkü Azərbaycanı heç kimə sevdirmək olası bir iş deyil. Belə bir Azərbaycan uğrunda heç kim içdən savaşmaq istəməz…
Bu günlərdə Bilən Atalının təşkilatçılığı, yardımı ilə bölgədə görüşlər keçirən Soylu Atalı soydaşları ilə söhbətlərinə bu düşüncələrlə başlayır. Azərbaycanın qutsal dəyərlər sisteminin mahiyyətini soydaşlarına anladır. Yurdunun gələcəyini Asif Atanın ideya-baxışına bağlı olaraq öyrənməyin, anlamağın gərəkliyini vurğulayır. Xalqın gələcəyinə qulluq eləmək – onun dəyərlərini, şəxsiyyətlərini tanımaqdan, öyrənməkdən keçir. Düşüncələrimizi, varlığımızı sıxışdıran hər cür yadlığa, özgəçiliyə qarşı dirəniş göstərmək böyük ideyalara dayanmaqla olar. Ardını oxu »

Yadigar Türkel. İTE ATARAM, YADA SATMARAM (ardı-1)

Siz magalede özlerini hamıdan ağıllı sayan bir neçe urusdan başga heç bir xalgın körpe uşağının bele inanmayacağı şey yazırsınız: memmedovlar ailesinde en çox oxunan ve sevilen kitablar Puşkinin, N. Ostrovskinin eserleri idi”.
Bu, ideoloji tebliğatınız ne böyük uğurdur, Mirze?! Gorun yanmasın, ay Sabir!
Bir bölük boşboğazıg, heyverelik adetimiz.
Doludur lenet ile, geybet ile söhbetimiz,
Oxumagdan payımız yox, yazıdan gismetimiz,
Bu avamlıgla bele her sözü tefsr edirik,
Mümkün oldugca müselmanları tekfir edirik. Ardını oxu »

Soylu Atalı. 20 Yanvar dərsi

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Ardını oxu »

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü. Ardını oxu »

Soylu Atalı. DAİRƏLƏR

Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”.
Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə yoxluğa bərabərdir. Nisbi həqiqət – yarımdoğru deməkdir. İstənilən bir məsələnin yarısı doğrudursa, tam doğru deyilsə, deməli, yarısı da yalandır. Yalanla doğrunun qarışığı istənilən adamda ikrah doğurur. Ömrü yalanla doğrunun qarışığından oluşan adama heç kim sevgi bəsləməz, nə də güvənməz. Yarımçıq xarakter bilmirsən hansı məqamda səni aldadacaq, güvəninə dönük çıxacaq. Adamların xarakteri nisbi olduğu üçün, düşüncəsində nisbiliyə bərabər yaşayır. “Nöqsansız adam yoxdur” deyib yalanın, eybəcərliyin, dönüklüyün, fəlsəfi anlayışla desək, nisbiliyin genişlənməsinə, çoxalmasına ortam yaradırlar. Ardını oxu »

Göytəkin Atalı. Bir anın yaratdığı duyğular

 Bu yaxınlarda E.Heminqueyin “Əcəl Zəngi” romanını oxudum. Əsərdə başlıca qonu faşizmin dəhşətləri ilə bağlıdır. Olayların bədii-dinamik yönü insanın düşdüyü faciəvi durumu oxucuya uğurla anlada bilir.
Savaşın antiinsani gedişlərini izlədikcə, azğınlaşmış, güllələməyi, qəddarlığı, işgəncəni adi bir iş kimi yerinə yetirən bəşər övladına hansı adı vermək olar deyə düşünəndə, adamın halı qarışır, çoxsaylı sualların içərisində azıb qalır. Kimdir İnsan?! Nə edir, nə etdiyini, niyə etdiyini düşünürmü?! İnsan nədən öz ömrünü bu cür dəhşətli əməllər içərisində başa vurmalıdır? Onu buna nə məcbur edir? Ölməmək üçün öldürməkmi?! Ardını oxu »

Yadigar Türkel. Sözönü

Sayğılı yurddaş, 17 sehifelik bu yazını 22 avgust – 6 sentyabr 1987-ci ilde yazmışam. Çap olunmadı, unuduldu. Çap etmek, yaymag  olardı, ancag olmadı.   Yazıda Azerbaycandakı oçağkı menevi-psixoloji, sosial-psixoloji durum gabarıg görünür. O illerde Rusiya İmperiyasının strateglerinin yeritdiyi ulusüstü politikalardan ulusal düşüncesi dolaşmış Azerbaycan Türkleri, daha geniş anlamda Azerbaycanlılar SSRİ-de Sov. İKP MK-nın 23 aprel 1985-ci il plenumundan sonra başlayan Yenidengurma… aşkarlıgdan sonra yavaş da olsa özüne gelir, yüz illerle dolaşdırılmış ulusal kimliklerini anlamağa başlayırdılar. Tanınmış jurnalist, sayğı ile andığım tanışım Valid  Sanani yanıma gelmişdi. İş stolunun üstündeki, makinadan yeni çıxmış yazını görende dedi: o nedir?    Ardını oxu »

Xaliq Bahadır. Babək bayrağı

“Tarixdə ilk qırmızı bayrağı Babək qaldırıb”, – bunu bizə tarix deyir. Deyir, susur. Tarix Babaklə bağlı danışmaqdan daha çox susmağa üstünlük verir. Görəsən, niyə? Axı, Babək adı tarix üçün yalnız 22 illik savaş meydanı deyil, eləcə də genişdən geniş, az qala sonsuzluğadək uzanacaq söz meydanıdır. Babək Doğu ilə Batı arasında dünyanın ağasına çevrilməkdə olan azman ərəb imperiyası ilə 22 il savaş aparmış tək bahadırdır – Yer üzünün tək bahadırı! Dövlət başında durmadan ulusu birləşdirib yadelli saldırqanlara qarşı qaldıran, 22 il ölüm-dirim savaşı aparan tək bahadır! Savaş tarixlərinin başında duracaq təklərdən biri, birincisi Babəkdir! Ardını oxu »

VELİKOROSİZMİN AGENTİ ALİ ALBANVİ

1

Azerbaycan Ordusunun 2-ci Garabağ Savaşındakı uğurundan sonra Velikorosizmin Ermeni tulalarının Yandexdeki yazılarının keseri azalsa da, yağı ideologları yavaş-yavaş çeşidli yollara el atır, söz oynatmağa çalışırlar. Azerbaycan Türklerinin başçıları bunu görüb anlamalı, ideoloji işleri azerbaycançılıg – türkçülük, gafgazçılıg, çağdaşlıg, kökünde durmadan güclendirmelidirler!
Azerbaycanda ideoloji iş olmamışdır. Önce öz ağılsızlarımız İslam dini adı altında gizledilmiş arabçılığı Türklerin varlığına soxmuşlar. Türkleri barışmaz sünni-şieliye bölüb bir-birine gırdıranlar sonralar gözeller-gözeli Türk dilini goyub Fars diline vurulmuş, bu dili Türk açılarının dili etmişler. Bu ideoloji yoxluğun töretdiyi anlamazlıgdan, 1920-ci illerde Azerbaycan Türklerinin Gacarlar dövletini oynaya-oynaya yağılara verenden sonra, velikorosizmle panaryanizmin Azerbaycan Türklerini dağıtmag, yox etmek ideyası yeniden gızışmış, güclenmişdir. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv