Keçmişdə yaranan mədəniyyətlərin, eləcə də ruhaniyyatların yaradıcılarının bu gün soyu varmı – yoxmu, bəlli deyil. Bir çox yaranmışlar yaşamdan silinib gedib, ancaq ilsırada (tarixdə) qalıb. Ona görə yeni soy (nəsil) yaşamdan çıxmış keçmişi yalnız araşdırıb öyrənməklə uğraşır. Keçmişi bu gündə təkrar eləmək istəmir. Yeni soy yenilik istəyir. Söz yox, bu yenilik də havadan yaranmır, özündən öncəki mədəniyyətlərin bəşəri xassələri ilə cilalanıb ortaya çıxır.
Hər çağın, hər sivilizasiyanın yaşayıb başaçatma gedişi var. Ömrünü başa vurmuş hansısa bir olayı olduğu kimi dala qaytarmaq mümkün olmur. Ancaq onun, dediyimiz kimi, üstün, toxunulmaz cəhətlərindən yararlanmaq və qullanmaq mümkündür, gərəkdir. Dəyərdə elə cəhətlər var ki, toxunulmaz qalır. Ardını oxu »
Asif Ata. İnam – Şübhə
İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıqdır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuzluq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Soylu Atalı. Keçmişi bilmək – Gələcəyi yetirmək
Yanvar 4th, 2021
admin
Yadigar Türkel. AZERBAYCANLILARA YENİDENDOĞUŞ ÇAĞIRIŞI
Dekabr 30th, 2020
admin Dekabrın 10-da Fb sehifeme “Ermeni öldü” adlı yazı goymuşdum. Yüksek politik, strateji, bilimçi, yurdsever yurddaş düşünceli yazını 15 adam beyenib, neçesinin oxuduğunu bilmirem. Bu, meni tanıyanların sayından başga Azerbaycan Türklerinin az oxuyan uluslardan olduğunun göstericisidir. Ölkede oxunan bir gazet yox, televiziyalar Azerbaycan Ağalığının elinde. Ulusa, yurddaşlara düzgün yol gösterecek, ağlı başında olan bir yurdsever, bir bilimçi televiziyalara, radiolara çağrılmaz! Türk ulusunun, yurddaşların var-yatırı ile işleyen bu televiziyalara ancag aşağı biçimli, axmag-axmag danışanlarla, “padişahım, Güneş de senin gözel üzünü görmek üçün çıxıb” deyen düşüncesizleri, Rosizmin “agent vliyaniya”larını, atılıb-düşen oynağanları çağırırlar… O yazını, elece de ondan gabag, ondan sonra goyulmuş yazılarımı oxuyub anlayanlar, onların Azerbaycan Türklerinin Ordusunun 2-ci Garabağ Savaşındakı uğurundan sonrakı Ulusal Yenidendoşa çağırış olduğunu görerler. Ardını oxu »
Vahid Azərbaycan (Asif Ata ilə müsahibə)
Dekabr 30th, 2020
admin Müxbir: Asif Ata, radio dinləciyiləri Sizi yaxşı tanıyırlar. Sizin fəlsəfəniz mənə də çoxdan tanışdır. İstəyirəm söhbətimizi marksizmə münasibət üstündə quraq.
Asif ATA: Ürəyinizdə Günəş olsun!
Elə bilirəm ki, açıq söhbət edəcəyik. Yəni ki, təkcə söhbət olmayacaq, fikir olacaq və bunun bizim cənublulara xeyri olacaq.
Mən 1976-cı ildə Azərbaycan Dövlət Universitetində «Estetik və Etik tərbiyə klubu» adı altında indiki Ocağımızı qaladım. O zaman hansı zamandı – siz onu yaxşı bilirsiniz. Ardını oxu »
YADİGAR TÜRKEL. Pr. Dr. KAMRAN RÜSTAMOVUN YANDEKSDEKİ ERMENİ YALANÇILARINI DARMADAĞIN ETMESİ
Dekabr 26th, 2020
admin 1
Azerbaycan Respublikasının BAHADIR Ordusu Velikorosizm düşünceli politikanların günden-güne dağıtdığı Rusiya Federasiyasının yaraglandırdığı elaltı Ermenilerin oradan-buradan yığma terror destelerini darmadağın etdiyi günlerde, yağı ideologları Yandexde: “İlxam Aliyev iz Sirii islamskix terroristov vozit” toxuyub, konunu yaxşı bilmeyen milyonlarla insanı çaşdıranda, Azerbaycan Respublikasının AMEA-nın başındakı 50 illik “baş ideolog”unun başçılığındakı akademikcikciklerin birinden ses çıxmayanda, Moskvada yaşayan prof. dr. Kamran Rüstamov ermenileri “polnotsennaya militarizasiya i duxovnaya mobilizasiya”ya çağıran Hay ideologları ile tekbaşına döyüşdü, tekbaşına! Yaşasın! Ardını oxu »
İlqar Türkoğlu. İlyas Tapdığın anım günü
Dekabr 25th, 2020
admin Bu gün görkəmli təbiət şairi, uşaq şairi, vətən şairi, birsözlə xalqının şairi olan İlyas Tapdığın anım günüdür. Bütün ömrünü nəşriyyata həsr edən İlyas Tapdıq 1957-ci ilən 1990-cı ilə qədər uşaqlar üçün kitab çap edən nəşriyyatlarda çalışdı. Mindən artıq kitabın redaktorluğunun məsuliyyətini daşıdı. Bugünkü tanınmış şair və yazıçıların kitablarının da çoxunun redaktoru İlyas Tapdıq olub.
İlyas Tapdıq ədəbi fəaliyyəti ilə yanaşı, ölkəmizdə şifahi xalq ədəbiyyatı ənənələrinin, xüsusən aşıq sənətinin inkişafı üçün xüsusi xidmətlər göstərmiş və Azərbaycan Aşıqlar Birliyinin əsas yaradıcılarından olmuşdur. Ardını oxu »
İlqar Türkoğlu. BAŞSAĞLIĞI
Dekabr 24th, 2020
admin Məni yaxından tanıyanlar bilir ki, şəxsi ağrı-acılarımı heç vaxt facebookda ictimailəşdirib dostların əhvalını korlamaq istəməmişəm. Son üç ayda baş vermiş yaxın qohumlarımın və atamın itkisindən sonra daha bir sarsıdıcı durumun-dost itkisinin şokunu yaşadım. Lənətə gəlmiş Covid19 uzun illər ailəvi dostluq etdiyimiz Heydər Əsgərova da qıydı. Dostlarıma hədsiz bağlılığımın və münasibətlərimin formalaşmasında Heydər Əsgərovun əvəzsiz rolunu heç vaxt unutmadım. O, uzun illər Rusiyada – Kalininqrad və Sankt-Peterburqda prokurorluq sistemində müxtəlif vəzifələrdə çalışmışdır. 1989-cu ildə, çox çətinliklə də olsa, Azərbaycan prokurorluğuna köçürülmüşdü. Respublika prokurorluğunda özünün professionallığı ilə seçilən ən güclü istintaqçılardan biri, bəlkə də birincisi idi Heydər Əsgərov. Ardını oxu »
Başsağlığı
Dekabr 21st, 2020
admin Asif Atanın Mütləqə İnam Ocağı dəyərli aydın, rəssam Vaqif (Hüseynov) Ucatayın ölümü ilə bağlı ailəsinə, yaxınlarına, onu sevən öyrəncilərinə, sənət dostlarına dərin hüznlə başsağlığı verir.
Vaqif Ucatay vətənini umacaqsız sevən, milli dəyərləri tanıyan, sevən, halal, doğruçu bir aydın idi. Balalarında, Yurdunda, Ulusunda yaşasın! Ardını oxu »
Amaldaşları Güntay Atalıya başsağlığı verdi
Dekabr 20th, 2020
admin Asif Atanın Mütləqə İnam Ocağı Amaldaşları Güntay Atalıya atası Tofiq bəyin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir. Tofiq bəy Ocağa yaxın idi. Onun ayıq baxışı, milli düşüncəyə doğmalığı Ocağımıza bəllidir. Tofiq bəyin bütün yaxınlarına, ailəsinə başsağlığı veririk. Kədərinizdə əyilməyin. Eliniz, yurdunuz var olsun deyirik.
YADİGAR TÜRKEL. VELİKOROSİZM
Dekabr 17th, 2020
admin Yandexde Ros – Rusla bağlı bir yazı yayımlanıb. Yazan “ Ros i Rus, kak oni poluçilis i poçemu oni bliznetsı” – deyib, eski Misirlilerden Arilere, İngilislerden Slavyanlaradek bildiklerini saysa da, onun bir etnos olduğunu deyecek kesin bilginin, biliyin olmadığını, çeşidli etnoslardan törediyini gösrerir.
Alıntıların birinde Rusların başkendlerinin Kiyev, başçılarının xagan olduğu deyilir. Styopka Razini bizden min il gabag tanıyıb, Rusiya İmperiyasının son 300 illik asimiledici, etnik dağıdıcı politikalarını bilmeyen Nizami Genceli de Rusların Rus, Burgas, Sak, elece de başga Türkler olduğunu deyir. Men bilimden uzag “tarixe” inanmağı Ermeni axmaglığı sayıram. Ancag isteyen oxucu en azı Mehemmed Emin Rasulzadenin Azerbaycan şairi Nizami (B. 2008, 2011, 2019. Bilim düzenleyicisi, çap edeni Yadigar Türkel, f.e.d.), Yadigar Türkelin Nizami Gencevinin Siyasi ve dini-ideoloji baxışları (B., 2010) bitiklerinden bu yönde bilgi ala bilerler. Ardını oxu »




