Sayğılı oxucu, öten iller AMEA-dan çıxarıldığım gergin menevi iller olduğundan, bu yazını yazdığımı unutmuşdum. Öten sürede bele bir yazı yazmağın gerekliyini düşünmüş, fayl da açmışdım, ancag yazmağa gücüm çatmamışdı. Bu gün 2021-ci il fefralın 17-dir. Dörd il gabag AMEA Felsefe, Hügug İnstitutunun b. e. işçisi Müstegil Ağayevi göz önümde tutub yazdığım yazını, indi en azı Azerbaycanın yurdsever aydınlarından Memmedxan Azizxanlını da düşünerek oxuyub, Fb-ye goyuram. Yazının dili de arı-duru Türk dili baxımından örnekdir. Birce isteym var: gelecek soylar onlar üçün yönlendirici, düşündürücü, bilimsel hec ne etmediyimize, yazmadığımıza göre gorumuza söymesinler. Ardını oxu »
Asif Ata. İnam – Şübhə
İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıqdır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuzluq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz
Fevral 18th, 2021
admin I. İnsan – Allah
Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar.
Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox.
İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah İnsanı yaratmışdı Aqibətiylə, Qismətiylə birgə. İnsan Allah İdrakının, İradəsinin alətiydi, İtaətçiydi. Hürufilikdə İnsan Dünyanın canıydı.
Çün on səkkiz min aləmin cüdu-vücudi xud mənəm,
Cümlə-cahan təndir mana, mən bu cahanın canıyam. Ardını oxu »
YADİGAR TÜRKEL.BEYDİLİ
Fevral 16th, 2021
admin Sayğılı oxucu, yazılma tarixi 10.05.1989-cu il olan, kiminse düzeldib, 10.11.89-cu ilde künc yazısı yazdığı bu yazını görende çox sevindim. Tarix, yurdçulug, etnografik olduğuna göre demek olar, heç bir deyişiklik etmediyim yazını oxumağınızı istedim. Yazı dilim arı-duru türkcelik baxımından 1987-ci ilde yazılmış “İte ataram, yada satmaram”dan çox irelilemişdir.
BEYDİLİ
Gözümü açıb dünyaya baxandan kolxozlaşmanın “donosçular”ının satdığı, Stalinizmin yarımgula çevrdiyi, II Dünya Müharibesinin süngüye çekdiyi bir El gördüm. Bu Elin budagları kesilmiş, beli sındırılmışdı. 37-nin soygırımı gorxunc yeltek onun üstünden esmişdi. Seçme igidleri “xalg düşmeni”, “trotskiçi-zinovyevçi” adı ile güllelenmiş, Orta Asiyaya, Gazaxıstana sürülmüşdü. Ellikle psixozlaşdırılmış bu Elin oğulları 1950-ci illerin sonunda bele suçunu trotskiçi-zinovyevçilikle “ölçürdü”, “Zinoofçu çıxmışam, sesim alınıb?” – deyirdi. Onun üstünde indi de Plen damğası vardı. Ardını oxu »
10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 193-cü ildönümüdür
Fevral 16th, 2021
admin Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər. Ardını oxu »
Yadigar Türkel. SÖZÖNÜ
Fevral 13th, 2021
admin İkinci Garabağ Savaşında yenilen Ermeni faşistlerinin Yandexde gızmaları yeniden artır. Fevralın 9-da orada Azerbaycan Türklerini yenmek üçün Yahudilerin İkinci Dünya Savaşından sonrakı yenidendoğuşutek yükselişe çatmag istekleri yazılmış bir yazı oxudum. Ermenilerin bu isteklerine onları Velikorus politikanlardan yaxşı tanıyan Ruslar çoxlu aşağılayıcı yanıtlar yazmışdılar. Men de bir az aşağılayıcı: “Bu, atı eşşekle tutuşdurmağa benzeyir” yanıtını yazdım.
Üç gün önce ağılsız Ermeni faşistlerinden Zori Balayanın “Ocag” guramasına 37 il gabag yazdığım, ancag bitirmediyim “Zori Balayanın axmaglamaları” adlı yanıtdan heç olmasa, 10 vereg köçürüb Fb-ye goymag üçün oxumağa başlamışdım. Doğrusu, “Ocağ”a duyğusal-felsegi yanıtı oldugca çetinlikle oxuyurdum… Azerbaycan Ağalığının ölkenin ideoloji işlerini başlı-başına buraxdığı, Kamran Rustamovun, Rizvan Buntürkün, Maksim Şevçenkonon, Roman Sıpin tek galdıgları günlürde yağıların bu isteyi gücümü bir az topladı. Ardını oxu »
Yadigar Türkel. (Ardı-4)
Fevral 11th, 2021
admin Mirze, yükselib Urus İmperiyasında yüksek yer tutmuş eloğlumuz Heydar Aliyevin I pyotrdangalma, “xalgları başçılarının elile boğmag” oyununu başa düşmemesi bize baha oturdu… Men ele bilirem, eloğlumuz indi çox şeyi başa düşüb, xalgına edilen cinayetleri anlayıb.[1]
Esr yarım gabag Rus taxt-tacında güclü bir Azerbaycanlı olsaydı, beyler, bu nedir, azı min ildir bu yerlerin yiyesi olan bir xalgı da bölmek olarmı? – deyer, ya da 1946-da Azerbaycanı birleşdirmek mümkün iken, Azerbaycanlılar I Pyotr strategiyasının, Stalin-Mikoyan cinayetinin gurbanı olmazdı.
Yüz illerdir milli gürurumuz öldürüldüyünden, düşüncemiz dolaşdırıldığından başımıza getirilenleri anlamır, soydaşımızdan Moskvaya mektublar yazıb onun “ölümüne” çalışırıg. Bu bizim faciemizdir. Ardını oxu »
Göytəkin Atalı. Qutsal Ünvan
Fevral 6th, 2021
admin Hər bir dünyabaxışın özünü yaşatması, ifadə etməsi üçün bir ünvanı olur. Bu ünvanda insan tapındığı dünyabaxışın prinsiplərinə əməl etməklə yanaşı, həm də özü ilə üz-üzə dayanır. Eyni zamanda o ünvandan öz düşüncələrini, baxışını xalqa çatdırır. Həmin ünvan qutsal sayılır. İndiyə qədər olan dünyabaxışlarda bu cür ünvanlar məbəd, kilsə, sinaqoq, ya da məscid adlanır. Bu ünvanlarda insan özümlüyünü axtarıb ona üz tutur. Bu çağa qədər insanın bu cür ünvanlara üz tutması onu nəyə yetirib, insanı hansı məqama çatdırıb, insan bununla nə əldə edib bu məsələnin başqa tərəfidir.
Türk xalqı zaman-zaman tarixdə böyük hünərlər göstərsə də, özünün formalaşmış, sistemli şəkildə işlənib hazırlanmış inam sistemini ortaya gətirməyib. Ruhani işğal sonucunda get-gedə özgəçiliyə tapınıb, bu gün də özgəçiliyə tapınmaqda davam edir. Ardını oxu »
Yadigar Türkel (Ardı-3)
Fevral 4th, 2021
admin Yurdundan govulmuş Krım Tatarlarının gününe yüz illerle dili medeniyeti danılmış bir xalgın iki pasportu olan tanınmış oğlunun bele yanaşması mene ağır geldi. Kime inanag bu dünyada, Mirze İbrahimov da bele edende?
Hanı bu dünyada ele bir insan,
Yadigar, sen ona yaxın durasan.
Alıb üreyinden gemi, güsseni,
Könlünün oduyla gızdıra seni.
Axı, biz gözümüzü açandan sizi Azerbaycan xalgının milli hüguglarının goruyucusu eşitmişik. Niye öldü, içinizdeki yurd sevgisi Mirze?!
İndi Azerbaycanda yaradılan işsizlikden cana gelen genclerimiz Rusiyada tikilen zavod-fabriklerde işlemeye gedirler. Burada ince bir siyaset yürüdülür. Birincisi, genetik mehve geden Urus xalgını Azerbaycanlı, Özbek, elece de başga tumdan göyertmek, ikincisi, planlı köçle onları da gücsüzleşdirmek. Ardını oxu »
Başsağlığı
Yanvar 28th, 2021
admin Asif Atanın Mütləqə İnam Ocağı Türk ulusunun dəyərli oğlu Ənvər Börüsoyun ölümü ilə bağlı ulusumuza, eləcə də yaxınlarına dərin hüznlə başsağlığı verir. Yurdumuz, Türk Soyumuz Var olsun.
Ölümlə Görüş
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! Ardını oxu »




