Yadigar Türkel. Yenilmişlik

Dünən mənlə bacarmayan sevgilim,
Bu gün sənin göz yaşından öpərdim.
Bircə yol da sənə sevgim deməkçün,
Mən illəri on il geri çəkərdim.

1

         Sevimli yurddaşlar, yeniyetmelere, yaşıllara, elece de politikanlıg eden başçılara davranış örneyi ola bilecek bir nece inceliyi oxumanızı isteyirem.

Men, anlayandan çox yoxsul ailede böyümesem de, 5 ilden çox “Rus-ermeni-sovet-mason bolşefaşizminin” ana babasını 37-de güllelediyi, atasına plen deyib gülleleme verdiyi, sonra 25 il iş kesib, 5 il seçki sesi alınmış ailelerde böyümüşem. Sovetin genellikle geriliyi bir başga. Ardını oxu »

Asif Ata. BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ

I. Fərəh İnamı

Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.İnsan Dünyaya Fərəh üçün gəlibən böyük Fərəh isə – AzadlıqdırAzadlıq  –İnsanın özünəməxsusluğuözünəsahibliyiözündən asılılığıdır. Ardını oxu »

Asif Atanın “Qutsal Quruculuq”, “Anlam İnsaniliyi” Bitiqləri çap olundu

Ürəyinizdə Günəş olsun!
Asif Atanın Mütləqə İnam Ocağının gələnəksəl işlərindən biri – Bitiqlərin (İnam kitablarının) çap olunması davam edir. Bir-birinin ardınca Asif Atanın iki Bitiyi – “Qutsal Quruculuq”, “Anlam İnsaniliyi” işıq üzü gördü. Genel olaraq, Asif Atanın “Onluğu” Türk xalqından başlayan Yeni Bəşər İnamının özül dəyərlərini, fəlsəfəsini özündə daşıyır.Ona görə də Dünyabaxışın bu Bitiqlərini təkcə Yurdumuzun oxucularına deyil, bütövlükdə İnsanlığa sunuruq.
Bitiqlər gələn həftədən M.F.Axundov adına “Milli Kitab Evi”nə bağışlanacaqdır. Ardını oxu »

Yadigar Türkel. AZERBAYCAN TÜRKLERİNİN YENİDENDOĞUŞUNU DÜŞÜNERKEN, YA DA ALLAHIN DAŞI

1

Son illerin, ayların politik, savaş, sosial-psixolloji gerginliyini bir az azatmag üçün internetdeki “açun goşugçularının öyretmeni” Nizami Gencelinin “adaletli dövlet” anlayışına çatmış Yaponların 20-ci yüzilin ikinci yarısındakı Yenidendoğuşunu gösteren gaynaglara baxandan sonra, özüne uğurlu sosial, politik, menevi yaşam, çağın “adaletli dövlet”ini – çoxlugçu demokratiyasını gurmuş Yaponlarla Almanlara sayılar dileyerek, AMEA-nın bağında gezmeye çıxdım. Birden avtomobil dayanacağında yeni bir TOYOTA gördüm. Huyca doymaz olmasam da, bu TOYOTA gözelliyile könlümü nece oxşadısa, ölkede gereken ulusal Türk dili politikasının yoxluğundan yarımrus düşüncelilerin bezek yerine dizayn dedikleri gözelliklerine doymadan baxırdım. Yadıma son 18 ilde Atatürkün ideya yoldaşları ile yaratdığı demokratik sosial-politik guruluşu dağıdılmış  Türkiye (Elece de demokratiya ilkeleri oluşmamış Azerbaycan) Respublikasının avtoritar başçısının 2023-ci ilde buraxacağı avtomobil üçün 2020-ci ilde gurdurduğu gösterge – düşdü…   Ardını oxu »

Təbiət gülə necə amansız olubsa, cəmiyyət də qadına o cür amansız olub (Asif Ata ilə müsahibə)

E.A.: Sözümə Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Atanın adına səcdə ilə başlayıram!
Atanın “Humay” qəzetinə xeyir-duası.
Asif Ata: “Humay” qəzetinə istəyim odur ki, Qadınlıq adlanan əzəli mahiyyət onda öz ifadəsini tapsın, Analıq adlanan əzəli mahiyyət öz ifadəsini tapsın, Məhəbbət adlanan əzəli mahiyyət öz ifadəsini tapsın, Bacılıq adlanan əzəli mahiyyət öz ifadəsini tapsın. Ardını oxu »

Л. ГАЛАДЖЕВ-ВАЧНАДЗЕ. ЭТНОГРАФИЧЕСКИЙ СОСТАВ НАСЕЛЕНИЯ ВОСТОЧНОЙ АНАТОЛИИ

SÖZÖNÜ

           Galacev-Vaçnadze bu yazıda Ermeni politikanlarıtek hansısa eli, ulusu aşağılamağı, eksiltmeyi garşısına amac goymamış, sonralar Ermeni ulusutek yanlış yola salınmış Kürdlere de “ağıl dersi” vermişdir. Yazını Azerbaycan Respublikası Prezidentinin Politik Belgeler Arxivindeki Rusca Azerbaycan gazetinden köçürmüşdüm, CORONA-19 ortaya çıxan günlerde Fb-ye goymag isteyirdim. Ancag “Yeni Ermeni” Açunu ele gatdı, bu gün de garışıglıgda, anlaşılmazlıgda, biliksizlikde, Açı gurumlarının avtoritarizmde boğulurug. Ardını oxu »

Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz

I. İnsan – Allah

Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar.
Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox.
İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah İnsanı yaratmışdı Aqibətiylə, Qismətiylə birgə. İnsan Allah İdrakının, İradəsinin alətiydi, İtaətçiydi. Hürufilikdə İnsan Dünyanın canıydı. Ardını oxu »

Soylu Atalı. Milli Faciəmizin Xocalısı

Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik ki, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması və dövlət idarəetməsində hakim təsirə malik olması gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü olanda əməli addımlar atır, zəif olanda isə baş qatır. Dövlətin zəif, ya güclü olmasını ilk növbədə onun öz içində yaratdığı nizamda görmək olar. Bu nizamın adına “daxili siyasət” deyirlər. Dövlət içrə yaranan nizam ədalətli qanunlarla həyata keçiriləndə dövlətin dünyada yeri və təsiri də bəlli olur, yəni dövlətin yürütdüyü xarici siyasət öz xalqının müstəqil mədəni, mənəvi varlığını təmsil edir. Ardını oxu »

YADİGAR TÜRKEL. AZƏRBAYCAN TÜRKLƏRİNİN YENİDƏNDOĞUŞU İLƏ BAĞLI

Sayğılı oxucu, yazıldığı gün düzgün bilinmeyen bu yazını neçe ilden sonra Fb-ye goymagda birce isteyim Azerbaycan Respublikasının, Azerbaycan Türklerinin, Azerbaycanlıların  Yenidendoğuş ilkelerini yaymagdır. 2-ci Garabağ Savaşındakı uğurdan sonra Yenidendoğuş şansını elden versek, Azerbaycan Respublikası, Elimiz, Ulusumuz, yurddaşlarımız, gelecek soylarımız sonsuz çetinliklerle üzleşecekdir. Gelecek soylar buna göre bizi bağışlamayacag, gorumuza söyecekdir.
Yazının çapını “Azadlıg” gazetinin işçisi Rövşen Hacıbeylile danışmış, redaksiyadan bele bir sözönü de yazılmasının düzgün olacağını demişdim: “İyulun 21-de YAP-ın “baş ideologu”, professor Siyavuş Novruzovla Sefa Mirzayev…biri de AXC çağında Bakının baş prokuroru olmuşdu, indi Parlamentde utanmadan basıb-bağlayır) Az.TV-de Azerbaycan Respublikası prezidentinin yeni referendum çağırışı ile bağlı danışırdılar. Professor Siyavuş Novruzov deyirdi: “Prezidentin hakimiyetini güclendirmek gerekdir. Bir de indi vaxt çox süretle gedir, garşıya goyulan meseleleri beş ilde görüb bitirmek olmur ”. Ardını oxu »

Soylu Atalı. Özümləşmək tələbi

Mədəniyyətlər xurafat üstə qurulur – ya dini xurafat, ya da ideoloji xurafat. Azərbaycanda mədəniyyət dəyişiklikləri yüzillərdir özümləşmə yönündə yox, həm dini, həm də ideoloji cəhətdən baş verir. Son dəfə 90-cı illərə qədər ərəbçilik xurafatı kommunist – atesit xurafatı ilə üstələnmişdi. Sonra isə Qərbin demokratik xurafatı ilə qaynayıb-qarışdı. Mədəniyyətlərin (?) qarışmasından yaranan ictimai mühit qarşısıalınmaz bir anarxiya durumundadır. Mədəniyyətdə özgələşmə, dini və ideoloji əsarət millətimizi ictimai, siyasi uğursuzluqlar orbitində saxlayır. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv