Asif Atanın Mütləqə İnam Ocağı Nurtəkin Atalıya bacısının ərinin ölümü ilə bağlı başsağlığı verir.
Evindən işıq əskilməsin. Yurdu, Ulusu var olsun.
İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıqdır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuzluq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Aprel 8th, 2021
admin Asif Atanın Mütləqə İnam Ocağı Nurtəkin Atalıya bacısının ərinin ölümü ilə bağlı başsağlığı verir.
Evindən işıq əskilməsin. Yurdu, Ulusu var olsun.
Aprel 4th, 2021
admin Bu günlərdə Fridrix Nitsşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir Sözlə, kitab oxunaqlı durumda deyil. Bununla belə, çətinliklə olsa da, kitabı oxudum. Nitşsenin başqa kitabını, yazılarını da oxuduğum üçün üslubunu, fəlsəfi hədəflərini tanıyıram. Oxudum, bəhrələndim, ancaq həm də rahatsız oldum. Nitşse zəkalı alimdir. Bir sıra zəka yiyələri kimi onun da qabaqcıl düşüncəli insanlara etki göstərmək imkanları vardır. Nə yazıqlar, bir sıra qələm adamları qıraqdan gələn ədəbiyyatların əyrisini, doğrusunu araşdırmadan təbliği ilə uğraşırlar. Öncələr də yazmışıq, dünyada geniş yayılan, iz buraxan ədəbiyyatları dilimizə gətirib oxucuların ixtiyarına vermək maarifçilik işidir. Ancaq biri var, bədii ədəbiyyat, bir də var, fəlsəfi, ideoloji ədəbiyyat. Ardını oxu »
Aprel 1st, 2021
admin 1
Sayğılı oxucu, yaxşılıg yaxşılıg yaradır, yaxşılıg gözellik töredir!
2
1988, 1989, 1990-cı illerde “Genclik” jurnalında 3 yazı çap etdirdim. Yazılar futboldan olsa da, sosial-politik inceliklerinden dolayı çox yaxşı garşılandı. Son illerde o yazıları bir bitikde çap etmek istesem de, elimde olmadığından isteyim içimde galmışdı.
Hansı sağolmuşsa, “Genclik” jurnalındakı o yazıları köçürüb, önlerine İnternetden götürdüyü şeklimi goyub, yaxşı sözler yazarag, elektron poçtuma gönderib. Sağ olsun!
Yazıları görende, sevincden göye uçdum. Gözel Yaz bayramı günlerinde onları işleyib “Üç ulduz, bir Güneş” adı ile “Bitik evi”ne vermişem. Sağlıg olsun, aprelin 28-e –70 illiyime, alınmasa, mayın 28-e – Respublika Gününe kimi çap etdirib paylayacağam. Tuta-tut olmasa, “Gördü”sünü keçireceyem. Ardını oxu »
Aprel 1st, 2021
admin İnsanın özünü təsdiqi onun öz mənasına yetməsidir. Bunun üçün Asif Ata, insanın kamilləşməsi yolu kimi, “özüylədöyüş” ideyasını irəli sürüb. İnsan özü ilə bacarmayanda özündən yüksəyə qalxa bilmir. Belə olan halda həyatdakı eybəcərliklərlə barışır. Həyatda eybəcərliklərin yaşaması, insanın bu eybəcərlikləri içindən qırağa qoya bilməməsinə görədir. Öz içində yüksəlməyən insanın həyata nələrsə verməsi mümkün olmur.
Bu günlərdə Frans Kafkanın “Çevrilmə” əsərini oxudum. Əsərin əsas qonusu – hər gün işləyən, ailəsinin borclarını, gündəlik məişət qayğılarını ödəmək üçün fədakarlıq göstərən bir gəncin – Qreqorun həşərata çevrilməsidir. Kafka qəhrəmanını həşərata çevirsə də, onun, olanları qıraqdan izləmək bacarığını saxlayır. Yəni “həşərat adam” heç nəyə qarışa bilməsə də, ona olan münasibətləri izləyə bilir. Atası, anası ona oğulları olaraq yanaşa bilmirlər, ona qarşı qorxunc – heyvana, həşərata qarşı necə yanaşmaq gərəkdirsə, elə bir münasibət sərgiləyirlər. Bu, onu çox incidir. Ardını oxu »
Mart 28th, 2021
admin (L.N.Tolstoyun “Etiraflarım” əsəri üstə)
90-cı illərin başında “Respublika Bilik Cəmiyyəti”ndə Asif Atanın silsilə görüşləri keçirilirdi. Bu görüşlərə Asif Ata “Fikir evi” adı qoymuşdu. Burada O, Azərbaycanın 7 Ruhani Fərəhi, 6 Böyük Kədəri kimi sistem halında yaratdığı baxışlarını izhar edirdi. Eyni zamanda özünün Dünyabaxışını qapsayan ideyaların hər birinə bir görüş ayırırdı. Hər bir görüş üç hissədən ibarət olurdu: birinci hissədə özünün planlaşdırdığı mövzuda danışırdı; ikinci hissədə ölkədə, dünyada baş verən prosesləri təhlil edir, siyasi gedişlərə münasibətini bildirirdi; üçüncü hissədə isə iştirakçıların çoxsaylı suallarını cavablandırırdı. Görüşlərin birində iştirakçılardan biri belə bir sual vermişdi: “Asif Ata, bizə hansı kitabları oxumağı məsləhət görərdiniz?” Asif Ata bir neçə kitab adı çəkdi,ancaq sonra vaxt istədi, evdə siyahı yazıb gələn toplantıda sizə təqdim edəcəm” dedi. Elə də elədi. “25 Söz” adı altında 25 kitabın adsırasını təqdim elədi. İndi o siyahı çox ünvanlarda var. Hətta Atanın ölümündən sonra da siyahının üzünü artırıb maraqlananlara, oxumaq istəyənlərə yaymışıq. Ardını oxu »
Mart 25th, 2021
admin AZERBAYCAN RESPUBLİKASININ SEVİMLİ XATUNLARI, BAYRAMINIZ GUTLU OLSUN! SİZİ ÇOX SEVİREM! SİZE DAHA DEMOKRATİK POLİTİK GURULUŞDA, YENİDENDOĞMUŞ AZERBAYCANDA YAŞAMAG DİLEYİREM!
1
İnsan biososial varlıgdır. Onun bilincinin özülünde yüzde 80 genetik özellik dursa da, genellikle sosialllıg üstündür. Sosial daha yöneldici olsa da, kiminse biolojiliyi sosialın sözüne yüzde-yüz baxmır. Ya da tersine. İnstitutda o çağın genetika biliklerinden az-çox nese öyretmişdiler. Heç olmasa Mendel yasalarının ne olduğunu bilirdim. Ancag iller keçib, sosial-politik biliyim artdıgca, sosial felsefe ixtisasından “İnsan, tebiet, cemiyet menasibetleri (Biososial ve felsefi aspektler)” (onda politologiya adlı ixtisas yoxdu, politologiya yerine sosial felsefe verirdiler.) adlı doktorlug disertasiyasının yazılması, illerle heydarizmin ağılsız memurları ile müdafie, sonra ise diplomun alınması savaşında maddi tükensem de menevi biliklendim, berkidim. Ardını oxu »
Mart 24th, 2021
admin (A.S. Puşkinin əsərləri üstə düşüncələr)
I Yaradıcılıq, Qutsallıq
A.S. Puşkin ədəbiyyatın ən çox araşdırdığı, öyrəndiyi simalardan biridir. Bu da təbiidir. Puşkinin bütün əsərləri füsunkar bir istedadla başa gəlmişdir. Elə araşdırmalar da istedadın sınırlarını bəlli etmək xarakteri daşımışdır. Ancaq araşdırmalar yaradıcını, yaratdığı ilə bir yerdə, bütöv şəkildə üzə çıxarmağı hədəfləmir, sonucda siyasi şəraitin tələb elədiyi birtərəfli münasibət formalaşır ki, oxucu da araşdırılan sahədə həqiqi təsəvvürə, biliyə yetə bilmir. Bu bizim ədəbiyyatşünaslığımızda daha çox özünü göstərir. Bizim araşdırmaçılarımızın yanaşmalarında mədhiyyəçilik idrakiliyi üstələyir. Elə buna görə də ortada ciddi yaradıcılıq olduğu halda, ona yanaşma tərzi həqiqəti əks etdirmir. Puşkinin «Ərzruma səyahət» əsərində (Azərnəşr, Bakı, 1937) onun təsviretmə bacarığına heyran qalmamaq olmur. Puşkinin bu nəsr əsəri, Türkiyəyə işğalçılıq yürüşü edən rus ordusunu müşayiət edən, şairin aldığı təəssüratlardan yaranıb. Qafqazdan keçərək Qarsa, oradan Ərzruma uzanan yol boyu, Puşkin təbiəti o qədər canlı, füsunkar, bədii bir dil ilə ifadə etmişdir, rəssam bu təsvirdən gözəl təbiət əsərləri yarada bilər. Ardını oxu »
Mart 22nd, 2021
admin Sevimli YURDDAŞLAR! Novruz Bayramınız gutlu olsun! Türkce Yeni Gün deyilen Novruz yazın gelişi, oyanışdır. Yatmayın! Gözel günler, şen günler, yoluna düşen günler, bilin garşınızdadır! Gözel Azerbaycanda ağ günleriniz ilde 365 gün olsun!
1
Velokorosizmde 200 il, Bolşefaşizmde 70 il Azerbaycan Türklerini yox etmek, yox göstermek üçün çox böyük ulusüstü – superetnik politika yürüdülmüşdür. Azerbaycan Türklerine ancag “Lenin, Lenin, yolunda, gızıl bayrag elinde, Çalışırıg-vuruşurug, Lenin baba yolunda. Cennet grmek isteyen Azerbaycana gelsin. Gardaş olub Hayastan, Azerbaycan…” demek yolu goyulmuşdu. Bu, ideoloji basğı, yasag politikası Azerbaycan Türklerinden politika, geopolitika bilimçilerinin, ideologların yetişmesinin garşısını almış, soydaşlarımızda “Ezizinem eyy, Garabağ eyy…” – ağlamag, göz yaşı, gullugçulug baxışı oluşdurmuşdu. Azerbaycan Respublikasında 1985-ci ilin aprelin 23-den sonra az-çox yetişen ideologları da Heydarizm dağıtdı. Bu da bir anlamda Velikorosizmin ulusüstü politikasının, Açı yönetimi biçiminin Azerbaycan Respublikasında yaşadığının göstericisidir. Çox acınacaglıdır! Ardını oxu »
Mart 20th, 2021
admin (Fəlsəfi-bədii məqam)
I
Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz.
Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək! Ardını oxu »
Mart 20th, 2021
admin Ürəyinizdə Ata Günəşi olsun, sayğılı oxucular.
Bu kitab heç bir gələnəkdə olmayıb. Bu gün də belə bir kitab heç yerdə yazılmır. İnsanlığın, ruhani istəklərin ömürlərdə oluşması, bunun necəliyinin, yönünün dilə gətirilməsi yazıya alınıb kitablaşdırılıbdır. Xalq ruhunun ayrı-ayrı bireylərində yaşaması, qarışıq, dolaşıq gedişlərdən, pozuntulardan ayrılaraq dəyərə çevrilməsi, mənəvi dəyərlərin yaşadılması xalqı gələcəyə aparan yaşam nizamıdır. Asif Atanın Ocağı bu nizamı oluşdurmağa çalışır. Bu kitabda onun işartıları yazıya alınmışdır. Daha doğrusu, toplantılarda dilə gətirilmiş, səsdən sözə çevrilmişdir. Asif Ata Ocağı bir neçə adda toplantılar keçirir. İl içində bu toplantıların sayı 30-a qədər olur. Bu kitabda həmin (illik) toplantıların yazıları toplanmışdır. Başlıca toplantılar Ocaq törənləri-mərasimləridir. Ardını oxu »