(Yusif Akçuranın “Türkçülüyün tarixi” kitabına yönəlik axtarışlar, düşüncələr)
XIX yüzilin axırlarından başlayaraq “Türkçülük Axımı”nın yaranması Türk ulusunun yaşamında olduqca dərin bir aşama sayıla bilər. Bu axımın (hərəkatın) yaranması, ağır durumda, çətin ortamda bənzərsiz işlər görməsi nə qədər önəmlidirsə, onu yazıb sabaha çatdırmaq da bir o qədər önəmlidir. Keçmişimiz zəngin zəhmətlərlə dolu olduğu halda, biz o faktları ya bilməmişik, ya da çox az bilgilərlə yetərlənmişik. Çünkü tarix yaratmağımızla onu yazmağımız arasında həmişə bir boşlıq olmuşdur. Bununla da insanlar öz keçmişindən uzaq düşmüş, özünə, öz xalqına inamı, güvənci ortadan qalxmışdır. Bizi işğal edənlər, tarix səhnəsindən sıxışdırmağa çalışanlar həmişə bu boşluqdan yararlanmışlar. Sonucda biz bizi sıradan çıxaranlara qurtuluşumuzun yiyəsi kimi baxmışıq. Buna tarixdən ərəblərin işğalını da misal göstərə bilərik, Rusiyanın da (istər çar dönəmi olsun, istər Bolşevik dönəmi). Ardını oxu »




May 3rd, 2021
admin
