Cəmiyyət – İnsan yaratmır, yarada bilmir, yaratmaq istəmir. İnsaniliyi Qanunlarla əvəz eləmək istəyir.Cəza – Ləyaqət əvəzi olur; qəbahət ölmür, yaşayır və cinayət yaradır; adamlıq, nisbilik dəyişməz qalır, cəza adamları cinayətdən çəkindirir, ancaq cinayəti öldürmür, cinayət yaşayır və təzə cinayətkarlıq peyda olur.
Adam İnsan olmur – bu səbəbdən də Həyat dəyişmir.
Adam İnsan olmayınca cinayət ölmür, yaşayır; – Cəmiyyət, Adamı İnsandan eləyir; bu səbəbdən də cinayəti yaşadır.
Cinayətin Qəbahət mənbəyi yaşadıqca özü də yaşayır. Ardını oxu »
Asif Ata. İnam – Şübhə
İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıqdır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuzluq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Asif Ata. İnsanilik Əvəzsizliyi
Avqust 13th, 2021
admin
Soylu Atalı. Quruculuq Yönü
Avqust 4th, 2021
admin Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım.
Düşündüyüm önəmli bir məsələni sizinlə paylaşmaq istəyirəm. Bizim qəhrəmanlıq dastanlarımız var. Deyək, Koroğlu, Dədə Qorqud boyları filan. Dastanlarımızda qəhrəmanların sözü, buyruğu çək-çevir (mühakimə) olunmur. Mən bunu təkcə elə keçmişdəki qəhrəmanların buyruğu, davranışı ilə bağlamaq da istəmirəm. Bu bir örnək məsələdir. Elə çağımıza da özgün edirəm. Üç məsələ var, daha doğrusu, üç qurulma yönü var, bunların başında duranların sözləri çək-çevir (mühakimə) olunmazdır – Dövlət, ordu, ailə. Niyə çək-çevir olunmazdır, olunarsa nə baş verər?! Əgər dövlətin başında duranın sözü, buyruğu çək-çevir olunarsa, onda dövlət anarxiyaya çevrilər. Dövlətin başında demokratiya-filan kimi oyunlar yerimir, keçmir, keçməməlidir. Eləcə də, ordu. Orduda, hamınız bilirsiniz, indi də var, komutanın buyruğu, göstərişi çək-çevir olunmur. Ardını oxu »
Asif Ata. Ehkam Dairəsi (“Dairələr” əsərindən)
Avqust 4th, 2021
admin “Varlıq Şüuru müəyyən edir”.
Ehkam Müddəası.
Keçicilik, Nisbilik timsalı olan Varlıqda – Əbədiliyi, Əzəliliyi, Mütləqiliyi təmsil eləyən Şüur nə etsin? – Nisbiliyə, Keçiciliyəmi ensin – Özü olmasınmı? Ardını oxu »
Soylu Atalı. Yanlışlıqmı, Xəyanətmi?!
İyul 30th, 2021
admin İllər öncə biz yazı yazmışdım: “Yanlışlıqmı, xəyanətmi?” başlığı altında. İndi bu yazımın adını da elə qoyuram. Dövlət başında duranların, onlara bağlı adamların yanlışlıqları ola bilər. Ancaq bilə-bilə dövlətin, millətin çıxarlarını kölgələmək, vətənin varlığını sarsıdacaq addımlar atmaq yanlışlıq sayıla bilməz.
Son günlərin ən aktual qonularından biri, bəlkə də birincisi Azərbaycanın, genel olaraq Qafqazın din yönətim başçısı Paşazadənin İranın din öndərliyinə sayğı sunması (əslində yalmanması) oldu. Haqlı olaraq, bu davranışa qarşı sosial şəbəkələrdə, basın yayınlarında təpkilər sərgiləndi. Ancaq bu təpkiləri kimlərin sərgiləməsinin, necə dilə gətirməsinin daha düşündürücü olması bilincindəyik. Azərbaycandan Paşazadəyə təpki göstərənlər, başlıca olaraq, toplumun Vətən məsələsində həssas yanaşan kəsimi oldu. Türkiyədən isə, yenə haqlı olaraq, dövlət düzeyində təpki sərgiləndi. Ardını oxu »
Araz Gündüz. Vətən nə halda?
İyun 30th, 2021
admin Kimsənin millətçilikdə qınaya bilməyəcəyi, əksinə, bəzilərinin guya öz xalqını təhqir etməkdə suçladığı Cəlil Məmmədquluzadə 1916-cı ildə Azərbaycanın sərhədlərini belə cızmışdı:
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.
– Haradır Azərbaycan?
– Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun. Ardını oxu »
Asif Atanın “Mütləqləşmək – Var olmaq” Bitiyi çap olundu
İyun 18th, 2021
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı Türk Ruhaniyyatı açısından özünün işini, mübarizəsini davamlı olaraq gerçəkləşdirməkdədir. Bu günlərdə Asif Atanın Qutsal Onluğundan “Mütləqləşmək – Var olmaq” Bitiyi çapdan çıxmışdır. Bitiq Ocaq Evladlarının yatırımı ilə basılmışdır. Gələnəksəl olaraq, Asif Atanın Bitiqləri həm Milli arxivə, kitab evlərinə bağışlanır, həm də görüşlərdə, səfərlərdə ilgilənən soydaşlarımıza.
Bitiqlə yığcam tanışlıq üçün Ocağın Yükümlüsü Soylu Atalının yazdığı “Ön Söz”ü baxışlarınıza sunuruq. Ardını oxu »
Soylu Atalı. Ruhaniyyat Insanlığın gerçəkləşməsidir
İyun 8th, 2021
admin (Bibliya üstə düşüncələr – Fəlsəfi-ruhani araşdırma)
Bu yazı İnsanlıq axtarışlarının doğru, əyri yönlərini araşdırmaq üçün bir çabadır. Biz hər bir kitaba, olaya yanaşmada Asif Atanın yaratdığı Mütləqilik ölçüsü ilə baxmağa çalışırıq.
Xalqların öz içində Tanrısal sistemə yanaşmalarından doğan dünyagörüş məsələləri İnsanlığın keçdiyi keşməkeşli yolları tanımaqda yardımçı ola bilib, ancaq bütövlükdə İnsanlığı anlamağa yardımçı ola bilməyib. Çünkü heç bir dünyagörüş İnsanlığı hədəf olaraq götürməyib. Bu nə ilə bağlıdır?! Bəlkə dağınıq toplumların birgə yaşayışını nizama salmaq üçün ayrı yollar qaçılmaz olub?! Bəzən araşdırmaçılar deyirlər: keçmişin nizamsızlığını qiymətləndirərkən, ona bugünün məntiqi ilə, ölçüsü ilə yanaşmaq doğru deyil. Çünkü o dövr başqa idi, bu dövr başqa. Biz bu deyilişi gözardı eləmirik. Bununla belə, bu deyilişi ölçü kimi də götürmürük. Bəşəriyyətin mədəni, mənəvi gəlişməsində aşamalar qarşısıalınmazdır. Bu gedişi, doğal olaraq, anlamaq olar. Yaşamın nizamı sıçrayışla başa gəlməz. Dirçəliş (ərəbcə təkamül) aşamalarla özünü göstərir. Olsun! Ardını oxu »
Yadigar Türkelin ölümü ilə bağlı başsağlığı
İyun 6th, 2021
admin Asif Atanın Mütləqə İnam Ocağı ünlü aydın, millətsevər, vətənsevər alim Yadigar Türkelin ölümü ilə bağlı bütün yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir.
Yurdu, Ulusu var olsun! Ulusumuzda yaşasın!
Ölümlə Görüş
– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq.Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!
Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlərimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpiləcəm ömürlərə, talelərə! Ardını oxu »
Asif Atanın ölümündən 24 il keçdi
İyun 5th, 2021
admin Ürəyinizdə Günəş olsun, sayğılı soydaşlarımız.
Bu gün Mütləqə İnam Dünyagörüşünün yaradıcısı, Mütləqə İnam Ocağının Atası, Böyük Azərbaycan filosofu Asif Atanın ölümündən 24 il keçdi. Hər il olduğu kimi Ocaq Evladları “Asif Ata Sonevini Ziyarət Günü” mərasimi keçirdilər. Yaxın günlərdə mərasimin bütöv mətni saytımızda yerləşdiriləcəkdir. Ardını oxu »




