Dünya hər yöndən çalxalandırılır. Xalqlararası, dövlətlərarası münasibətlər imperializm qanunları ilə oluşdurulur. İmperializm qanunları işğal qanunlarıdır, irtica yanaşmalarıdır, dağıdıcılıq gedişləridir. Bu qanunlarla dünya – güclülərə, gücsüzlərə bölünür. Güclülər işğal edir – qurtarıram deyir, talayır – yedirirəm deyir, öldürür – sağlamlaşdırıram deyir. Bir sözlə, hər işinə humanizm donu geyindirir. Hamı bunu görür, ancaq heç kim əməllərə deyil, dona baxır. Bunun adına siyasət deyirlər, heç kim bu gedişə qarşı dirəniş göstərmək istəmir, hamı bu gedişin içində özünə yol axtarır. Bu gedişdən qıraqda həqiqət axtarana geri düşuncəli kimi baxırlar, Zamandan geri qalmış sayırlar. Hər kəsi bu qəlibin içində aktiv görməyi doğru bilirlər. “Əgər dünya belə qurulubsa, başqa cür düşünmək, davranmaq vaxt itkisidir” deyirlər. Siyasəti həyatımıza buraxmamaq gərəkdiyi halda, siyasət həyatımızın özüdür deyirlər. Əslində belə bir siyasi düzən heyvanat ortamı yaradır. Adam İnsanlaşmaq yerinə heyvanlaşmaq zoruna boyun əyir. Döyüşlər, yarışlar (rəqabətlər) antiinsani xarakterdədir. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Ata Ocağının xalqlaşma səfərləri
Avqust 18th, 2021
admin Bu günlərdə Asif Ata Ocağının Yükümlüsü Soylu Atalı Amaldaşı Bilən Atalının ayarlaması ilə Yardımlı rayonuna səfər etmişdir. Səfərdə ayrı-ayrı soydaşlarımızla görüşmüş, Asif Ata ideyalarından, Ocağın ruhsal mübarizəsindən, iş-əməl yaşamından soraq vermişdir. Eləcə də, soydaşlarımızın suallarına cavablar vermiş, onlara Ocaq ədəbiyyatları bağışlamışdır.
Başlıca qonu: Dünənimiz, yəni ulusal-insani dəyərlərimiz Ocaq görümündə, onlara yiyə durmağın gərəkliyi;
Bugünümüz, yəni özümlüyümüzdən ayrılmağımızın fəlakətləri, bunun siyasi varlığımızda acı etkisi;
Sabahımız, yəni Mütləqə İnam ideyası əsasında xalqımızın toparlanması, özümlüyünü bərpa eləməsi, dünyada öz yerini bəlirləməsi… Ardını oxu »
Asif Ata. İnsanilik Əvəzsizliyi
Avqust 13th, 2021
admin Cəmiyyət – İnsan yaratmır, yarada bilmir, yaratmaq istəmir. İnsaniliyi Qanunlarla əvəz eləmək istəyir.Cəza – Ləyaqət əvəzi olur; qəbahət ölmür, yaşayır və cinayət yaradır; adamlıq, nisbilik dəyişməz qalır, cəza adamları cinayətdən çəkindirir, ancaq cinayəti öldürmür, cinayət yaşayır və təzə cinayətkarlıq peyda olur.
Adam İnsan olmur – bu səbəbdən də Həyat dəyişmir.
Adam İnsan olmayınca cinayət ölmür, yaşayır; – Cəmiyyət, Adamı İnsandan eləyir; bu səbəbdən də cinayəti yaşadır.
Cinayətin Qəbahət mənbəyi yaşadıqca özü də yaşayır. Ardını oxu »
Soylu Atalı. Quruculuq Yönü
Avqust 4th, 2021
admin Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım.
Düşündüyüm önəmli bir məsələni sizinlə paylaşmaq istəyirəm. Bizim qəhrəmanlıq dastanlarımız var. Deyək, Koroğlu, Dədə Qorqud boyları filan. Dastanlarımızda qəhrəmanların sözü, buyruğu çək-çevir (mühakimə) olunmur. Mən bunu təkcə elə keçmişdəki qəhrəmanların buyruğu, davranışı ilə bağlamaq da istəmirəm. Bu bir örnək məsələdir. Elə çağımıza da özgün edirəm. Üç məsələ var, daha doğrusu, üç qurulma yönü var, bunların başında duranların sözləri çək-çevir (mühakimə) olunmazdır – Dövlət, ordu, ailə. Niyə çək-çevir olunmazdır, olunarsa nə baş verər?! Əgər dövlətin başında duranın sözü, buyruğu çək-çevir olunarsa, onda dövlət anarxiyaya çevrilər. Dövlətin başında demokratiya-filan kimi oyunlar yerimir, keçmir, keçməməlidir. Eləcə də, ordu. Orduda, hamınız bilirsiniz, indi də var, komutanın buyruğu, göstərişi çək-çevir olunmur. Ardını oxu »
Asif Ata. Ehkam Dairəsi (“Dairələr” əsərindən)
Avqust 4th, 2021
admin “Varlıq Şüuru müəyyən edir”.
Ehkam Müddəası.
Keçicilik, Nisbilik timsalı olan Varlıqda – Əbədiliyi, Əzəliliyi, Mütləqiliyi təmsil eləyən Şüur nə etsin? – Nisbiliyə, Keçiciliyəmi ensin – Özü olmasınmı? Ardını oxu »
Soylu Atalı. Yanlışlıqmı, Xəyanətmi?!
İyul 30th, 2021
admin İllər öncə biz yazı yazmışdım: “Yanlışlıqmı, xəyanətmi?” başlığı altında. İndi bu yazımın adını da elə qoyuram. Dövlət başında duranların, onlara bağlı adamların yanlışlıqları ola bilər. Ancaq bilə-bilə dövlətin, millətin çıxarlarını kölgələmək, vətənin varlığını sarsıdacaq addımlar atmaq yanlışlıq sayıla bilməz.
Son günlərin ən aktual qonularından biri, bəlkə də birincisi Azərbaycanın, genel olaraq Qafqazın din yönətim başçısı Paşazadənin İranın din öndərliyinə sayğı sunması (əslində yalmanması) oldu. Haqlı olaraq, bu davranışa qarşı sosial şəbəkələrdə, basın yayınlarında təpkilər sərgiləndi. Ancaq bu təpkiləri kimlərin sərgiləməsinin, necə dilə gətirməsinin daha düşündürücü olması bilincindəyik. Azərbaycandan Paşazadəyə təpki göstərənlər, başlıca olaraq, toplumun Vətən məsələsində həssas yanaşan kəsimi oldu. Türkiyədən isə, yenə haqlı olaraq, dövlət düzeyində təpki sərgiləndi. Ardını oxu »
Araz Gündüz. Vətən nə halda?
İyun 30th, 2021
admin Kimsənin millətçilikdə qınaya bilməyəcəyi, əksinə, bəzilərinin guya öz xalqını təhqir etməkdə suçladığı Cəlil Məmmədquluzadə 1916-cı ildə Azərbaycanın sərhədlərini belə cızmışdı:
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir.
– Haradır Azərbaycan?
– Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxillərindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından və Bayəziddən ibarət olsun. Ardını oxu »
Asif Atanın “Mütləqləşmək – Var olmaq” Bitiyi çap olundu
İyun 18th, 2021
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı Türk Ruhaniyyatı açısından özünün işini, mübarizəsini davamlı olaraq gerçəkləşdirməkdədir. Bu günlərdə Asif Atanın Qutsal Onluğundan “Mütləqləşmək – Var olmaq” Bitiyi çapdan çıxmışdır. Bitiq Ocaq Evladlarının yatırımı ilə basılmışdır. Gələnəksəl olaraq, Asif Atanın Bitiqləri həm Milli arxivə, kitab evlərinə bağışlanır, həm də görüşlərdə, səfərlərdə ilgilənən soydaşlarımıza.
Bitiqlə yığcam tanışlıq üçün Ocağın Yükümlüsü Soylu Atalının yazdığı “Ön Söz”ü baxışlarınıza sunuruq. Ardını oxu »
Soylu Atalı. Ruhaniyyat Insanlığın gerçəkləşməsidir
İyun 8th, 2021
admin (Bibliya üstə düşüncələr – Fəlsəfi-ruhani araşdırma)
Bu yazı İnsanlıq axtarışlarının doğru, əyri yönlərini araşdırmaq üçün bir çabadır. Biz hər bir kitaba, olaya yanaşmada Asif Atanın yaratdığı Mütləqilik ölçüsü ilə baxmağa çalışırıq.
Xalqların öz içində Tanrısal sistemə yanaşmalarından doğan dünyagörüş məsələləri İnsanlığın keçdiyi keşməkeşli yolları tanımaqda yardımçı ola bilib, ancaq bütövlükdə İnsanlığı anlamağa yardımçı ola bilməyib. Çünkü heç bir dünyagörüş İnsanlığı hədəf olaraq götürməyib. Bu nə ilə bağlıdır?! Bəlkə dağınıq toplumların birgə yaşayışını nizama salmaq üçün ayrı yollar qaçılmaz olub?! Bəzən araşdırmaçılar deyirlər: keçmişin nizamsızlığını qiymətləndirərkən, ona bugünün məntiqi ilə, ölçüsü ilə yanaşmaq doğru deyil. Çünkü o dövr başqa idi, bu dövr başqa. Biz bu deyilişi gözardı eləmirik. Bununla belə, bu deyilişi ölçü kimi də götürmürük. Bəşəriyyətin mədəni, mənəvi gəlişməsində aşamalar qarşısıalınmazdır. Bu gedişi, doğal olaraq, anlamaq olar. Yaşamın nizamı sıçrayışla başa gəlməz. Dirçəliş (ərəbcə təkamül) aşamalarla özünü göstərir. Olsun! Ardını oxu »




