Ürəyinizdə Günəş olsun!
Sovetlər Birliyi dağılandan üzü bəri demək olar ki, hər il Bakının Daşnak-Bolşevik silahlı birləşmələrinin qırğınlarından azad olunması haqqında söhbətlər aparılır, tarixi faktlar üzrə yazılar dərc olunur və s. Bu gün biz həmin faktın növbəti ildönümü qarşısındayıq. O vaxtdan bu vaxta qədər həmin hadisələr bu və ya başqa biçimdə davam edir, erməni-türk münasibətləri sağalmır. Axı bu, hardan qaynaqlanır?! Bu və başqa suallara cavab tapmaq üçün Müxalif düşərgənin tanınmış siması Xaliq Bahadırın və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının münasibətlərini öyrənib təqdim edirik. Burada biz tarixi faktları sadalamırıq, bu faktlar zaman-zaman hərtərəfli deyilib. İndi isə məsələnin mahiyyəti üzrə danışacağıq.
İlk sualım Xaliq bəyədir.
– Xaliq bəy, erməni-türk münasibətlərinin kökü hara dayanır, sizcə, bu məsələ nə vaxtacan davam edəcək? Ardını oxu »
Asif Ata. İnam – Şübhə
İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıqdır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuzluq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Bakının qurtuluşu – Türklüyün qurtuluşu idi
Sentyabr 15th, 2021
admin
Soylu Atalı. Siyasi Azərbaycançılıq qurtuluşumuz deyil, fəlakətimizdir
Sentyabr 11th, 2021
admin Son çağlar hakmiyyətə yaxın basın orqanları yenidən “Azərbaycançılıq” təbliğatı aparırlar. Bu təbliğat siyasi xarakter daşımaqla Azərbaycanın özül sütunlarına bütünlüklə tərsdir. “Siyasi Azərbaycançılıq” ideyasını hələ 90-cı illərdə keçmiş dövlət başçısı H.Əliyev ortaya atmışdı. O çağlardan biz, “Siyasi Azərbaycançılığın” dövlət ideolojisinə çevrilməsinin zərərlərini, gərəksizliyini dönə-dönə yazmışıq. Bu gün də bu məsələ ilə bağlı baxış sərgiləməyi gərəkli sayırıq. Öncə onu deyək, mücərrəd “Azərbaycan xalqı” deyilişi “Sovet xalqı” deyilişi qədər absurd bir anlayışdır. Xalqın konkret bir etnik kimliyi, mədəniyyəti olar. “Sovet xalqı” anlayışı heç bir etnik kimliyə, mədəniyyət varlığına, aydınlığına bağlı deyildi. Başqa sözlə, rus mədəniyyətinin, etnik kimliyinin basqısı, etkisi altında idi, başqa xalqların dünya çapında yeri, rolu, varlığı bəlli deyildi. Ona görə “Sovet xalqı” anlayışının ideoloji baza əsaslarından biri kimi götürülməsi imperiyaçılıq məqsədinə qulluq edirdi. Burada milli problem yaradılmış, qorxu altında qapadılmışdı. Ona görə sovet sistemini dağıdan Batı gücləri, milli problem kartını açaraq, basqı altında olan xalqlar üçün onu mübarizə faktına çevirmişdilər. Ardını oxu »
Asif Ata. SABAH ÜSTƏ (Beşinci Müqəddəs Kəlam)
Sentyabr 11th, 2021
admin Bu günün qarşısında 4 təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pulçuluq, Xaricilik.
Bu günün qarşısında 4 əməl var: İnamçılıq, Xalqçılıq, İnsançılıq, Yurdçuluq.
İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dünyaçılıqdır, cənnətçilik-cəhənnəmçilikdir, Yaradan ağalığıdır, itaətçilikdir, cəfəngiyyatçılıqdır.
İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; islam insanı bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir.
İslamda insan aqibəti bütünlüklə Allahdan asılıdır; onun idrakı var, ancaq əslində insan Allahın idrakıyla yaşayır, onun mənəviyyatı var, ancaq əslində insan Allahın mənəviyyatıyla yaşayır; onun iradəsi var, ancaq əslində insan Allahın iradəsiylə yaşayır.
Allah var olduğu dərəcədə insan yox olur.
İslam (və dinlərin çoxu) insanı mənasızlaşdırır. Ardını oxu »
Soylu Atalı. Ailə janrı qonusu
Sentyabr 7th, 2021
admin – “Siz hər zaman vurğu edirsiniz, ailənin özünə bənzəməsi üçün hər zaman mənəvi-ruhani eyitim (maarifçilik) işi olmalıdır. Başqa bir araç, üsul, yol olmamalıdırmı?”. Belə bir suala qısa cavab:
– Bu toxunduğum məsələ o qədər ciddi bir məsələdir, bunu insanlığın şah əsərlərindən saymaq olar. Niyə? Mən dəfələrlə vurğu eləmişəm, ailə janrı insanlığın ölçüyə çevrilməsi üçün çox əsaslı, ciddi bir zəmindir, ortamdır. Bu, indiyə kimi, demək olar, alınmayıb. Tibb elminə görə də, köhnə adamların dediyinə görə də belə bir rahatsızlıq olub: Evlənənlər ilk görüşdə içkili, yorğun, bədbin əhvalda olmamalıdır. Toplum bunu, bəlkə də, dərindən dərk edib fərqinə varmır. Ailə quranlar hansı niyyətlə, hansı əhvalla, hansı ruhla – yaranacaq dölə hansı keyfiyyətləri ötürür, onun mayasına hansı geni ötürürlər? Kişi qadınla ünsiyyətdə olarkən, deyək ki, keflidir, tüfeyli əhvaldadır. Ardını oxu »
Göytəkin Atalı. Sarsıntılarla öyrəndiyim Söz
Sentyabr 1st, 2021
admin (Soylu Atalının ” Söz İşığı” kitabı üzərində düşüncələrim)
Bu günlərdə Soylu Atalının “Söz İşığı” kitabını oxudum. Özəllikcə kitabın birinci bölümündə yer alan din ilə, onların qutsal sayılan kitabları ilə bağlı araşdırma yazılarını qəribə bir həyəcanla oxudum. Bu yazılarda, illərdir cavablarını axtaran, qarışıq suallarım aydınlaşır, doğru yöndən açıqlamaları mənə idraki bir fərəh verir.
Kitabı oxuduqca sevincim, heyrətim içimə sığmırdı. Bəzən içimdə bir çəkişmə başlayırdı, “yox bu ola bilməz” deyə bir etiraz səsi qığılcım tək parlayır, ancaq tezliklə o sevincin, heyrətin işığı qarşısında yox olurdu. Daxilən sarsıldığımı duyurdum. Çünkü kitab məni başqa bir dünya ilə üz-üzə qoyur, bu dünyanın həqiqətlərini ağlıma çatdırırdı. Bu həqiqətlər mənə belə bir məntiqlə səslənirdi: bu çağadək addımladığın yol yanlış, sən də hamı kimi bu yanlışın, qaranlığın içində addımlayanlardan birisən. Ardını oxu »
Başsağlığı
Avqust 31st, 2021
admin Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
İstedadlı şair, milli ruhlu aydın Əhməd Oğuzun vaxtsız ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir.
Ulusunda yaşasın, Vətəni Var olsun!
Asif Ata
“Matəm üstə Mütləqlə Təmas”
Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.
Soylu Atalı. Reallıq – Antireallıq
Avqust 28th, 2021
admin Azərbaycan hakimiyyəti Rusiya Zoru qarşısında yenilgənliyini pərdələmək, eləcə də, sülhyanlısı görünmək üçün çağaşarı absurd ideyalar səsləndirir. Onlardan biri də bu günlərdə dilə gətirdiyi “Qafqaz Evi” ideyasıdır. Biz bu ideyanı niyə absurd sayırıq?! – Azərbaycanla Ermənistanın münasibətləri göz qabağındadır. Axı Azərbaycan torpağına qarşı erməni işğalı başa çatmayıb. “Qarabağ Azərbaycandır” şüarını səsləndirməklə məsələ yoluna girməz. Bunu hər kəs bilir ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Ancaq bu gün o torpaqlarımız işğal altındadır. Bunu danmaqla işğalı ört-basdır eləmək, gözlərə pərdə tutmaq heç bir anlam daşımaz. Əgər işğal deyilsə, onda Rusiyanın ordu birliyi o torpaqlarımıza niyə gəlib? Ya da niyə buraxılıb?!
Əgər gerçəkliyi, yəni Rusiyanın güclü olmasını, Azərbaycanın onunla hesablaşmaq zorunda qalmağını doğru qiymətləndirməməkdə bizi qınayarlarsa, o zaman nədən səhərdən-axşama dönməz qələbənin olmasından danışırlar. Həm “gerçəklik”lə hesablaş, yəni Rusiyanın əsgəri qüvvəsini içimizə burax, suveren hüquqlarımız pozulsun, həm də qələbə eyforiyaları. Belə olan halda “Qafqaz Evi” nəyə qulluq edəcək?! Bundan öncə Azərbaycanın da qatıldığı GUÖAM yaradılmışdı. Hanı bu qurum, harda özünü göstərir – yalnız iqtisadi əməkdaşlıqdamı?! İqtisadi əməkdaşlıqlar üçün bu cür qurumlara gərək yoxdur. Ardını oxu »
ASİF ATA. CƏMİYYƏTİ QORUYAN
Avqust 27th, 2021
admin Cəmiyyət Qanunları İnsanı qoruyan görünür, – əslində o, cəmiyyəti qoruyur – cəmiyyət – cəmiyyət qanunları vasitəsiylə özünü qoruyur.
Cəmiyyət Qanunları Ağalığı qoruyur əslində.
Cəmiyyəti Xalq üçün yaranan bilirlər, görürlər, – əslində isə cəmiyyət əsas etibarilə Ağalıqdan yaranıb, Ağalıq üçün yaranıb.
Ağalıq meylindən, ehtirasından yaranıb. Ardını oxu »
Soylu Atalı. Dünyanın Yağıları
Avqust 25th, 2021
admin Dünya hər yöndən çalxalandırılır. Xalqlararası, dövlətlərarası münasibətlər imperializm qanunları ilə oluşdurulur. İmperializm qanunları işğal qanunlarıdır, irtica yanaşmalarıdır, dağıdıcılıq gedişləridir. Bu qanunlarla dünya – güclülərə, gücsüzlərə bölünür. Güclülər işğal edir – qurtarıram deyir, talayır – yedirirəm deyir, öldürür – sağlamlaşdırıram deyir. Bir sözlə, hər işinə humanizm donu geyindirir. Hamı bunu görür, ancaq heç kim əməllərə deyil, dona baxır. Bunun adına siyasət deyirlər, heç kim bu gedişə qarşı dirəniş göstərmək istəmir, hamı bu gedişin içində özünə yol axtarır. Bu gedişdən qıraqda həqiqət axtarana geri düşuncəli kimi baxırlar, Zamandan geri qalmış sayırlar. Hər kəsi bu qəlibin içində aktiv görməyi doğru bilirlər. “Əgər dünya belə qurulubsa, başqa cür düşünmək, davranmaq vaxt itkisidir” deyirlər. Siyasəti həyatımıza buraxmamaq gərəkdiyi halda, siyasət həyatımızın özüdür deyirlər. Əslində belə bir siyasi düzən heyvanat ortamı yaradır. Adam İnsanlaşmaq yerinə heyvanlaşmaq zoruna boyun əyir. Döyüşlər, yarışlar (rəqabətlər) antiinsani xarakterdədir. Ardını oxu »
Asif Ata Ocağının xalqlaşma səfərləri
Avqust 18th, 2021
admin Bu günlərdə Asif Ata Ocağının Yükümlüsü Soylu Atalı Amaldaşı Bilən Atalının ayarlaması ilə Yardımlı rayonuna səfər etmişdir. Səfərdə ayrı-ayrı soydaşlarımızla görüşmüş, Asif Ata ideyalarından, Ocağın ruhsal mübarizəsindən, iş-əməl yaşamından soraq vermişdir. Eləcə də, soydaşlarımızın suallarına cavablar vermiş, onlara Ocaq ədəbiyyatları bağışlamışdır.
Başlıca qonu: Dünənimiz, yəni ulusal-insani dəyərlərimiz Ocaq görümündə, onlara yiyə durmağın gərəkliyi;
Bugünümüz, yəni özümlüyümüzdən ayrılmağımızın fəlakətləri, bunun siyasi varlığımızda acı etkisi;
Sabahımız, yəni Mütləqə İnam ideyası əsasında xalqımızın toparlanması, özümlüyünü bərpa eləməsi, dünyada öz yerini bəlirləməsi… Ardını oxu »




