Günümüzdə Tarixin halüstinasiyaları
(Ya da Özgəliyin şöhrətsevər yavruları)
Biz ayrı-ayrı çağlarda vurğu eləmişik ki, toplumun boynuna dırmaşıb hündür görünmək istəyən adamlar həmişə milli dirçəlişə zərər verirlər. Belə adamlar heç vaxt toplumsal dəyişikliklər yaratmırlar, baş verən toplumsal dəyişiklik ortamında çalışmaların hərəkətverici qüvvəsinin öncüllərindən biri kimi görünməyə çalışırlar. Sadə toplumun daxili ehtiyaclarından doğan məsələləri yazılarda, çıxışlarda vurğulamaqla, onun (toplumun) sevgisini qazanmaq iştahı ilə, meydan sulamaq həvəsinə düşürlər. Bəzən onlar (bəlkə də ən çox hallarda) bilərəkdən, ya da bilməyərəkdən ölkədə bəlli senarilərlə iş quranların, proje həyata keçirənlərin alətinə çevrilirlər. Bu cür alətə çevrilməyin maddi qarşılığını alanlar da olur, sadəlövhcəsinə düşdüyü durumlardan xəbərsiz olanlar da. Biz dönə-dönə basın yayınlarında çıxış eləmişik, çağımızda “Türkçülük axımı” adına ortaya çıxanlar bölgədə, ya da yurdumuzda öz çıxarlarını ödəməyə çalışanların yalançı, zərərli Türkçülük təbliğatına uyurlar. Hər kəsi qırıb-çatıb Turan imperiyası qurmağa çağırış edənlərin üzdə olanları məqsədyönlü iş aparan dış güclərin buyruğunda hərəkət eləyənlərdir. Sovetlər dağılandan üzü bu yana, bir çağlar Avropamərkəzçiliyin Türkə atdığı “vəhşi türk” böhtanını sanki dirçəltməyə çalışırlar… Ardını oxu »




Oktyabr 30th, 2021
admin
