Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 194-cü ildönümüdür
Fevral 10th, 2022
admin
Xaliq Bahadır. Turan tütəyi
Fevral 8th, 2022
admin Qazaxıstanda baş verənlər
Qazaxıstanda baş verənləri, bəlkə də, ilkin olaraq bizdəki 1990-nın yanvarı ilə tutuşduran mən olmuşdum. Dönəm 30 il öncəki olmadığından (onda ortada indiki Rusiyadan qat-qat böyük, güclü Sovet dövləti vardı) indi Putin istər-istəməz Qazaxıstanda o çağlar Sovetin yürütdüyündən seçilən politika yürütməli olur.
Putinin daha N.Nazarbayevin adamı kimi deyil, öz adamı (öz əlaltısı) olaraq hakimiyətdə bərkindirdiyi Qasım Comərd Tokayev çoxlarını şaşıran atamada bulundu. Nə etdi? Qazaxıstanda türkçü-millətçi yazıları, çıxışları ilə tanınan jurnalist Əskər Umarovu İnformasiya, toplumsal gəlişmə baxanı qoydu. Qazaxıstanda bilmirəm, bizdə bunu gözlənilməz addım sayayanlar var: Tokayev gerçəkdən Putinin əlaltısıdırsa, nəyə görə türkçü-millətçi olaraq tanınan birisini yüksək görəvə gətirir? Belə baxanda doğru sualdır, ancaq… “20 yanvar qırğınından sonra Kremlin adamı olaraq hakimiyətə gətirilən A.Mütəllibov AXC İdarə heyətində yer tutan tanınmış “türkçü-millətçi” Savir Rüstəmxanlını İnformasiya naziri qoydu. Göstərişin hardan gəldiyi bizə bəlli deyil, bizə bəlli olan budur: “türkçü-millətçi” S.Rüstəmxanlı o çağlarda olduğu kimi, indi də rusiyayönümlü Əliyevlər hakimiyəti ilə birgəlikdədir. Ardını oxu »
Soylu Atalı Milləti əzən diktator Birlik yaratmaz
Yanvar 29th, 2022
admin (Şapur Qasımiyə yüngülcə cavab)
Bu günlərdə təzadlar.az saytında “Rusiya Qazaxıstandan nə istəyir” başlıqlı bir yazıda adımın hallandırılması ilgimi çəkdi. Yazının müəllifi Şapur Qasımi adlı şəxs idi. Doğrusu, öncələr belə bir imzaya heç yerdə rast gəlməmişəm. Bu yazısını da, əslində özü ilə görüşəndən sonra oxudum. Əl telefonuma zəng eləmişdi. Yazımı oxuduğunu, ilgisini çəkdiyini dedi. Bir az da yaxından tanış olmaq, üz-üzə söhbət eləmək istəyini dilə gətirdi. Danışdıq, vaxt bəlirlədik, görüşdük. Ardını oxu »
Soylu Atalı. Qaydalaşan Xəyanət
Yanvar 27th, 2022
admin
Bu gün dünyanın baxışı bütünlüklə Rusiya-Ukrayna çəkişmələrinə bağlı görünür. Başqa uluslararası sorunlar (beynəlxalq problemlər)sanki ikinci dərəcəli anlam daşıyır. Geneldə isə bütün uluslararası sorunlar bir-birinə bağlı şəkildə gəlişir. Belə də deyə bilərik, hər hansı bir bölgədə (regionda) olan uluslararası sorunlarla bağlı münasibətlər yeni aşamaya keçir. Məsələn, Orta Doğuda başlayan proseslər Güney Qafqaza, Orta Asiyaya, Doğu Avropa sınırlarına doğru inkişaf edir. Ona görə bu gün Ukrayna çevrəsində baş verən olaylara ayrıca baxmaq, yuxarıda adı çəkilən bölgələrdən ayırmaq mümkün deyil. Rusiya öz varlığını qorumağa çalışır. Bunun üçün güc işlətməkdən belə çəkinmir. Bu isə, çoxlarının düşündüyü kimi, SSRİ-nin bərpasına doğru göstərilən çabalar deyil. Sadəcə görünən odur. Rusiya ən böyük iddialarla davranır ki, heç olmasa ən az siyasi çıxarlarını təmin edə bilsin. Ardını oxu »
Xaliq Bahadır. Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası
Yanvar 25th, 2022
admin Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni separatizminə, erməni terrorizminə biryolluq son qoyulacaq, yalnız Qarabağda deyil, bütün Azərbaycanda uzun sürəli dinclik dönəmi başlayacaqdı. Biz böyük arxayınçılıqla uzağı beş-altı günə gerçəkləşəcək bu günü gözləyirkən, bu günün sevinci ilə yaşayırkən, ortaya Ölkəmizin özülünə mina qoymaq yerində bir bildiri-öhdəlik çıxarıldı.
Biz bizdən sonra gələnlərimizin bir daha erməni separatizmi-erməni terrorizmi-erməni qırğınları ilə üzləşməyəcəklərini düşünüb arxayınlaşırkən separatçı-terrorçu erməniliyin başlıca arxa-dayağı olan Rusiya imperializminin gecəylə Qarabağa soxulması faktı ilə üzləşdik. Ardını oxu »
Soylu Atalı. 20 YANVAR DƏRSİ
Yanvar 19th, 2022
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.
Saxtakarlığın fatehliyinə dözmədik – «20 Yanvar» yaratdıq. Ardını oxu »
Asif Ata. 20 Yanvar
Yanvar 19th, 2022
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə. Ardını oxu »
Soylu Atalı. Yatanlar, ayılın!
Yanvar 16th, 2022
admin
Heç bir toplumda bütöv mübarizə ruhu qalmayıb. Sanki zamanın axırıdır. Etirazlar özünü doğrultmur, həqiqətlər iş görmür. Bəlkə bu ona görədir, etirazlar bütövləşmir, hiddətlər də nisbi xarakter daşıyır. Hər bir olaylara yanaşma bir atımlıq barıt kimidir – bir anda partlayış verib sönür. Bəşəriyyət elmin ən yüksək inkişaf aşamalarını yaşayır, texnologiyaların gəlişməsi sözə sığmayan olanaqlar üzə çıxarır. Bəs bu gəlişmələr İnsanlığa nə vəd edir?! İnsan özünü xoşbəxt sayırmı?! – Saymır! İnsan fəlakətlərdən göz aça bilmir. İnsana sağlam yaşamaq hazırlamaq yerinə xəstəliklər gətirir, ölüm hazırlayırlar. İnsanın sayını azaltmaq üçün hər bir eybəcərliyə baş vururlar. Ardını oxu »
Soylu Atalı. Rusiyanın sirk oyunları
Yanvar 4th, 2022
admin
Bu gün ən çox dəbdə olan bir deyim var: “Reallıqlarla hesablaşmaq gərəkdir”. Bu deyilişə uyanlar ağıllı, bu deyilişlə barışmayanlar xəyalçı, belə də deyə bilərik, avantürist sayılırlar. Bu deyilişi düşüncəsinin başı-ayağı bilinməyən siyasətçilər yaradıblar – zəif, qorxaq, xalqını öz arxası saya bilməyən, başqa sözlə, xalqına güvənməyən, öz çıxarını düşünən siyasətçilər. Üzdən baxanda reallığın məntiqi onların dediklərini doğrulayır da. Çünkü bunu deyərkən, onlar regional durumu, təmsil elədikləri dövlətin gücünü, qarşı cəbhədəki dövlətin gücünü, düşmənlərin çoxluğunu, içəridə başqa güclərə çalışan ajanların araqarışdırıcı olanaqlarını gözə alırlar. Ardını oxu »




