Soylu Atalı Milləti əzən diktator Birlik yaratmaz

(Şapur Qasımiyə yüngülcə cavab)

 Bu günlərdə təzadlar.az  saytında “Rusiya Qazaxıstandan nə istəyir” başlıqlı bir yazıda adımın hallandırılması ilgimi çəkdi. Yazının müəllifi Şapur Qasımi adlı şəxs idi. Doğrusu, öncələr belə bir imzaya heç yerdə rast gəlməmişəm. Bu yazısını da, əslində özü ilə görüşəndən sonra oxudum. Əl telefonuma zəng eləmişdi. Yazımı oxuduğunu, ilgisini çəkdiyini dedi. Bir az da yaxından tanış olmaq, üz-üzə söhbət eləmək istəyini dilə gətirdi. Danışdıq, vaxt bəlirlədik, görüşdük. Ardını oxu »

Soylu Atalı. Qaydalaşan Xəyanət

 

Bu gün dünyanın baxışı bütünlüklə Rusiya-Ukrayna çəkişmələrinə bağlı görünür. Başqa uluslararası sorunlar (beynəlxalq problemlər)sanki ikinci dərəcəli anlam daşıyır. Geneldə isə bütün uluslararası sorunlar bir-birinə bağlı şəkildə gəlişir. Belə də deyə bilərik, hər hansı bir bölgədə (regionda) olan uluslararası sorunlarla bağlı münasibətlər yeni aşamaya keçir. Məsələn, Orta Doğuda başlayan proseslər Güney Qafqaza, Orta Asiyaya, Doğu Avropa sınırlarına doğru inkişaf edir. Ona görə bu gün Ukrayna çevrəsində baş verən olaylara ayrıca baxmaq, yuxarıda adı çəkilən bölgələrdən ayırmaq mümkün deyil. Rusiya öz varlığını qorumağa çalışır. Bunun üçün güc işlətməkdən belə çəkinmir. Bu isə, çoxlarının düşündüyü kimi, SSRİ-nin bərpasına doğru göstərilən çabalar deyil. Sadəcə görünən odur. Rusiya ən böyük iddialarla davranır ki, heç olmasa ən az siyasi çıxarlarını təmin edə bilsin. Ardını oxu »

Xaliq Bahadır. Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası

Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni separatizminə, erməni terrorizminə biryolluq son qoyulacaq, yalnız Qarabağda deyil, bütün Azərbaycanda uzun sürəli dinclik dönəmi başlayacaqdı. Biz böyük arxayınçılıqla uzağı beş-altı günə gerçəkləşəcək bu günü gözləyirkən, bu günün sevinci ilə yaşayırkən, ortaya Ölkəmizin özülünə mina qoymaq yerində bir bildiri-öhdəlik çıxarıldı.
Biz bizdən sonra gələnlərimizin bir daha erməni separatizmi-erməni terrorizmi-erməni qırğınları ilə üzləşməyəcəklərini düşünüb arxayınlaşırkən separatçı-terrorçu erməniliyin başlıca arxa-dayağı olan Rusiya imperializminin gecəylə Qarabağa soxulması faktı ilə üzləşdik. Ardını oxu »

Soylu Atalı. 20 YANVAR DƏRSİ

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.
Saxtakarlığın fatehliyinə dözmədik – «20 Yanvar» yaratdıq. Ardını oxu »

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə. Ardını oxu »

Soylu Atalı. Yatanlar, ayılın!

 

Heç bir toplumda bütöv mübarizə ruhu qalmayıb. Sanki zamanın axırıdır. Etirazlar özünü doğrultmur, həqiqətlər iş görmür. Bəlkə bu ona görədir, etirazlar bütövləşmir, hiddətlər də nisbi xarakter daşıyır. Hər bir olaylara yanaşma bir atımlıq barıt kimidir – bir anda partlayış verib sönür. Bəşəriyyət elmin ən yüksək inkişaf aşamalarını yaşayır, texnologiyaların gəlişməsi sözə sığmayan olanaqlar üzə çıxarır. Bəs bu gəlişmələr İnsanlığa nə vəd edir?! İnsan özünü xoşbəxt sayırmı?! – Saymır! İnsan fəlakətlərdən göz aça bilmir. İnsana sağlam yaşamaq hazırlamaq yerinə xəstəliklər gətirir, ölüm hazırlayırlar. İnsanın sayını azaltmaq üçün hər bir eybəcərliyə baş vururlar. Ardını oxu »

Soylu Atalı. Türk Birliyinin Doğrulması gərəkdir

 

Bu günün başlıca qonusu Qazaxıstanda baş verən olaylardır. Qardaş ölkədə böyük bir faciə yaşanmaqdadır. Analitiklər isə baş sındırırlar:görəsən, bu olayları ilk gündən Rusiyamı hazırlayıb, yoxsa sonradanmı işə qarışıb?! – Nə fərq edər ki?! İşin başlıca anlamı odur ki, Rusiya Qazaxıstanı işğal elədi. Ancaq bir sıra sözbazlar işin anlamı ilə bağlı çaşdırıcılıq yaratmağa çalışırlar. Yəni “ Rusiyanın bu addımı tam işğal demək deyil, Rusiya özü zəifləyir, gec-tez dağılacaq” kimi absurd təbliğatlar daha çoxdur. Biz bunu Azərbaycanın basın yayınlarından, internet sitələrindən də izləyirik. Bu cür təbliğatların aparılması iki məsələni ört-basdır eləməkdən soraq verir, bilərəkdən, ya bilməyərəkdən. Bu məsələlərdən biri budur: Sovetlər dağılandan bu çağa kimi Qazaxıstanın dövlət başına keçən Nazarbayevin yaratdığı diktatura rejiminə, ölkənin bütün iqtisadi olanaqlarını bir ailənin ələ keçirməsinə qarşı yaranan hiddətləri arxa plana atmaq. İkinci məsələ, diktatura talançılığından usanan toplumun haqlı etirazına, ortaya qoyduğu iradəyə kölgə salmaq. Ardını oxu »

Soylu Atalı. Rusiyanın sirk oyunları

 

 Bu gün ən çox dəbdə olan bir deyim var: “Reallıqlarla hesablaşmaq gərəkdir”. Bu deyilişə uyanlar ağıllı, bu deyilişlə barışmayanlar xəyalçı, belə də deyə bilərik, avantürist sayılırlar. Bu deyilişi düşüncəsinin başı-ayağı bilinməyən siyasətçilər yaradıblar – zəif, qorxaq, xalqını öz arxası saya bilməyən, başqa sözlə, xalqına güvənməyən, öz çıxarını düşünən siyasətçilər. Üzdən baxanda reallığın məntiqi onların dediklərini doğrulayır da. Çünkü bunu deyərkən, onlar regional durumu, təmsil elədikləri dövlətin gücünü, qarşı cəbhədəki dövlətin gücünü, düşmənlərin çoxluğunu, içəridə başqa güclərə çalışan ajanların araqarışdırıcı olanaqlarını gözə alırlar. Ardını oxu »

Soylu Atalı. Millət Tarixdən Üstün olanda Var olur

(Murad Adcının «Qıpçaq Çölünün Yovşanı» kitabının doğurduğu düşüncələr

Tarixi vərəqlədikcə türk insanı qəribə duyğular keçirir. Millətimizin aqibəti nə qədər mürəkkəb, tarixi nə qədər ziddiyyətlidir! M.Adcının da dediklərindən bəlli olur, bu millətin tarixini bilərəkdən qarışıq duruma salıblar sanki. Söz yox, tarix çox keşməkeşli dövrlərin sirrini bilir. O da bəllidir, qədim dövrlərdə də, indiki kimi, toplumların siyasi başbilənləri arasında ağalıq, hegemonluq uğrunda savaşlar olub, qorxunc, qanlı qırğınlar baş alıb gedib. Qələbələrin başında isə ən çox türklər durub. Ancaq başqa millətlərdən fərqli olaraq, türklər Qələbələrini xəbisliyə çevirməyiblər. Ancaq ən pis olan odur ki, özləri ilə bağlı yaratdıqları tarixi yazıb qorumayıblar.Bir çox hallarda türkə yenilənlər də onun tarixini danmaq yolu tutublar.Araşdırmalar göstərir ki, Türk böyük mədəniyyət yaratdığı halda, öz mədəniyyətini qəbul elətdirməklə heç kəsi assimilyasiya etməyib, heç kəsin özünəxaslığını ortadan qaldırmağa çalışmayıb. Türk – vüqar deməkdir. Vüqarlı millət başqalarını danmaqla, ortadan qaldırmaqla gələcəyə addım götürməz, bunu özünə sığışdırmaz. Ancaq imperiyalar yaradıb başqalarını işğal edənlərin bir çoxları öz mədəniyyətlərini onlara (işğal elədiklərinə) zorla sırıyıblar. Ardını oxu »

Asif Ata. Fəlsəfə və Poeziya ( ”Müdriklik Səlahiyyəti” Əsərindən)

Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv