İnqilab və İntibah – Ata görümündə?
ATA: Ürəyinizdə Günəş olsun!
Cənubi Azərbaycan, çox möhtəşəm, biri-birini əvəz eləyən, biri-birinin davamı olan inqilablar məskənidir. Heç kəs də həmin inqilabları inkar eləyə bilməz. O inqilablar üçdür: Səttarxan inqilabı, Xiyabani inqilabı və Pişəvərinin rəhbərlik elədiyi inqilabi hərəkat. Ondan əvvəl də dünyada inqilablar olub. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
ASİF ATA Güney Azərbaycan – İnqilablar məskəni
Avqust 1st, 2022
admin
Asif Ata Azərbaycançılıqda Cənubi Azərbaycan Amili
İyul 18th, 2022
admin Ürəyinizdə Günəş olsun!
1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.
Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar.
İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır…
Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər… Ardını oxu »
Soylu Atalı Gərəkən Xatırlatma
İyul 15th, 2022
admin Hələ Birinci Dünya Savaşı sonrası, yəni Osmanlının çökməsi ilə Türkiyənin qurulması çağlarında Azərbaycanı Bolşevik Rusiyası işğal etdi. Başqa sözlə, Azərbaycanın işğalından 3 il sonra Türkiyə Cümhuriyyəti quruldu. Bu gün bəzi antitürk ünsürlər iddia edirlər ki, Atatürk Azərbaycanı o çağlar Leninə satdı. Kökündən yalandır, Atatürkə də, türklüyə də böhtandır. Ardını oxu »
Soylu Atalı Faciələrimizdən dərs götürək
İyul 13th, 2022
admin Azərbaycanın taleyində uzun illər qorunan, toplumun böyük kəsiminə bəlli olmayan bir faciəvi gizlin artıq üzə çıxıbdır. Bu gizlin Azərbaycanın ikiyə bölünməsi, zaman-zaman Azərbaycanı dünya xəritəsindən silmək istəyən güclərin azğın planının olmasıdır. Təbriz, Göyçə, Borçalı, Dərbənd, Qarabağ kimi parçalara bölünmüş bir vətənin yağısı çox, yiyəsi yox kimi. Ardını oxu »
Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz
İyul 1st, 2022
admin I. Fərəh İnamı
Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.
İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Ardını oxu »
Xaliq Bahadır. Yolsuzluq yaradanlar
İyun 10th, 2022
admin Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar – başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr. Başqalıqlara yolçuluq yolsuzluğa gətirər…
Nələrdən keçib gəldik!
1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda partiyanın (ADP), qəzetin yiyəsi Sərdar Cəlaloğlu ilə qarşılaşdım. O məni görəndə alındı, duruxdu, sonra qırağa çəkib dedi:
- Bu gün Elçibəylə aramızda sizlə bağlı söhbət oldu, o sizə görə mənimlə sərt danışdı.
- Mənə görə niyə? – soruşdum.
- Deyir: “Mən Xaliq Bahadırı “Azadlıq” qəzetindən uzaqlaşdırmışam, siz ona qəzetinizdə çap olunmağa şərait yaradırsız”. İnanın, sizin yazılarınızın bizim qəzetdə çıxması bizə şərəfdi, ancaq…
Soylu Atalı. İnsanlığın Yaşam Sevdası
İyun 10th, 2022
admin (Viktor Hüqonun “Səfillər” əsəri üstə düşündüklərim)
“İnsan ən pis mühitdə belə, yaxşı olaraq qala bilər”
(Asif Ata).
1. Gəlişmə – antigəlişmə
Gəlişmə (tərəqqi) harda baş verir – elmdə, texnikada, məişətdə, dövlət quruluşunun, yönətiminin yenilənməsində, sınırların qorunması üçün yaraqların modernləşməsində, təbiəti mənimsəmənin çalarlarında. Bunların heç biri toplumdan qıraqda deyil, ancaq insandan qıraqda baş verir. Bu cür gəlişmələrlə bağlı qalaq-qalaq kitablar basılır, elmi dərəcələr alınır, ödüllər qazanılır, şöhrət pillələri fəth olunur. Ancaq insanın içində gedən mürəkkəb proseslər – sarsıntılar, əyintilər, xəyanətlər, qəbahətlər bilinmir, dərk olunmur, aradan qaldırılmır. Bu ona görədir ki, gəlişmə əsilliyə yetmir. Ardını oxu »
Xaliq Bahadır. Tahir Abbaslı
İyun 8th, 2022
admin Uzun, uzun bir yolu keçib getdik, arxadaş,
Bu açunu su kimi içib getdik, arxadaş.
Yanğı içində qaldıq… yolumuz bitər oldu,
Biz yetəməz olana özgələr yetər oldu.
Ölkəmizi sevməyi çoxlarına öyrətdik,
Biz gerçəyi bitirdik, biz düzgünlük ürətdik.
Bacardıq-bacarmadıq, nələr oldu-olmadı,
Bir yol tutduq sonadək: Özgürlük idi adı!
Bir yol tutduq sonadək – bizi o yol yaxınlaşdırmış, o yol birləşdirmiş, o yol arxadaş eləmişdi. O yol Sovet dönəmindən başlamışdı. Sovetin yıxılıb dağılmasından keçdik. Bir sosial-politik formasiyadan başqasına keçid dönəmini yaşadıq. Üzləşdiyimiz (birilərinin satqınlığı, dönüklüyü üzündən üzləşməli olduğumuz) acımasız diktaturanın, yırtıcı kapitalizmin bütün acılarını yaşayası olduq. Biz o uzun dönəmi elə-belə, passiv yurddaş olaraq yaşamadıq, sürəkli çarpışma içində yaşadıq… Ardını oxu »
Asif Atanın (İnam Atanın) ölümünün 25 illiyi qarşısında
İyun 7th, 2022
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız.
Bu gün böyük Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının yaradıcısı Asif Atanın ölümündən 25 il ötdü.
Bu il də, hər il olduğu kimi, Asif Ata Ocağının Evladları, eləcə də, Ocaqsevərlər Ağstafa sonevliyində Asif Atanın sonevini (qəbrini) ziyarət etmişlər. Onun ideyası, düşüncə yönü ilə bağlı söz deyilmiş, ”Anım törəninin quralları” yerinə yetirilmişdir. Ardını oxu »
Asif Ata. 28 May
May 28th, 2022
admin XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.
Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.
Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.
Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümrəsi sürətlə komprodorlaşırdı – əcnəbiləşirdi, özgələşirdi… Şərqdə yaranan panislamizm Qərb–Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırdı, imperialist birlik panislamizmdən bəhrələnə bilirdi: çevik siyasət nəticəsində panislamizmdən Qərb–Rusiya sözəbaxanı düzəlirdi.




