Ocaq səfərlərinin hər biri uğur yaradan addımlar olub. Hər bir səfərdə gərəkən soraqlar verilir. Bizim səfərlərimiz həm Asif Atanın işindən, yolundan soraqlardır, həm də bütövlükdə milli özümlüyümüzdən, dəyərlərimizdən. Bu soraqlarla kök atmaq istəyirik xalqın içində. Çətinliyə düşəndə özümlüyünə baxsın. Gələcəyini düşünəndə dəyərlərini xatırlasın. Özünə inansın. Ümidsizləşəndə Asif Atadan güc alsın. Gələcəyinə inansın, sabahını qursun.
Bu günlərdə Ocaq Evladı Nurtəkin Atalı yurdumuzun quzey bölgələrinə səfər edib. Şabran, Quba, Xaşmaz bölgələrində olub. Bu rayonların Kitab Evlərinə Asif Atanın, Ocaq Yükümlüsü Soylu Atalının, başqa Ocaqçıların kitablarını, Günsıra vizitlərini, dərgi buraxılışlarını bağışlayıb. Kitab Evlərinin müdirləri, işçiləri ilə milli-insani dəyərlər açısından, Ata ideyalarının açımı yönündən söhbətlər edib. Tarix-Diyarşünaslıq muzeylərində, Gənclər Mərkəzlərində olub. Orada da işçilərlərlə söhbətlər edib, Ocaq ədəbiyyatları bağışlayıb. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Ruhsal səfər sevincləri
Avqust 29th, 2022
admin
Xaliq Bahadır Bizim Muğam dilimiz (birinci yazı)
Avqust 23rd, 2022
admin Ürəyimdə sevinc, qəm,
Muğamı dinləyirəm,-Əli Kərim.
Bu, muğamın iki görsənişi, iki özüdür: sevinc, qəm.Bir az obrazlı desək, bu, Çahargahla Segahdır. Muğam Böyük, Bütöv Azərbaycan deməkdir. Muğam bizim musiqiyə çevrilmiş duyğu, düşüncə varlığımızdır. Böyük, yetkin bir ulus olaraq biz nələrə görəsə özümüzü bəyənməyə bilərik.Belədə muğamı dinləməyimiz gərəkir- onu biz yaratmışıq. Ardını oxu »
XALİQ BAHADIR Mirzələrimizin Mirzəsi (oxumuşlarımızın oxumuşu)
Avqust 18th, 2022
admin
Mirzə Cəlil yazırdı: “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.
Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”.
Mirzə Fətəli (1812-1878) 19-cu yüzildə, Mirzə Cəlil (1869-1932) 19-cu yüzillə 20-ci yüzilin arasında yaşadı. Onların ikisindən də öyrənəcəyimiz çox nəsnələr var- bizi aydınladacaq-işıqladacaq, gələcəyə aparacaq nəsnələr.
Öyrənmək üçün oxumaq gərəkdir, biz isə oxumaqdan qaçırıq. Elə bil bizim üçün “çox oxuyan çox bilər” deyil, “çox oxumayan çox bilər” düşüncəsi daha keçərlidir. Ardını oxu »
Xaliq Bahadır Londonda baş verənlər
Avqust 15th, 2022
admin Belə bir deyim var: itik bir yerə gedər, güman min yerə. London Azərbaycan elçiliyinə bir qrup azğın dinçinin saldırısı çox keçmədən çoxlu versiyalar doğurdu.
Bir qrup qarageyimli-islamçı əliyalın olaraq çox asanlıqla Azərbaycan elçiliyində, belə desək, hakimiyəti ələ keçirdi. Sonra da azacıq, ötəri olsa belə dirənişlə qarşılaşmadan üçboyalı Azərbaycan bayrağını çıxarıb, yerinə qara islam bayrağını asdılar. İngilis polisi nəyə görəsə soyuqqanlı izləyici rolunda idi- bunu anladıq Ardını oxu »
Xaliq Bahadır Yolsuzluq yaradanlar
Avqust 13th, 2022
admin Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar- başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr.Başqalıqlara yolçuluq yolsuzluğa gətirər…
Nələrdən keçib gəldik!
1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda partiyanın (ADP), qəzetin yiyəsi Sərdar Cəlaloğlu ilə qarşılaşdım. O məni görəndə alındı, duruxdu, sonra qırağa çəkib dedi: Ardını oxu »
Xaliq Bahadır. Azərbaycandakı panfarsizm
Avqust 11th, 2022
admin Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır. Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük.
Başdan başlayaq.
Bir daha, deyilənə görə, polis “Allahı təhqir eləyib, Tale Bağırzadə buna görə aclıq eləyir”. İstər-istəməz soruşmaq gərəkir: Allah kimdir, Taleh Bağırzadə kimdir? Allahın hüququları yerdə qorunmur, qoruna bilməz; elə olsa dünyanı qan bürüyər.
Quranda dönə-dönə vurğulanır: Allah böyükdür, hər şeyi görəndir, biləndir. Quranda Allahın böyüklüyü dünyaüstü böyüklük olaraq vurğulanır, eləcə də Allah dünyaüstü güc olaraq tanıdılır. Gerçəkdən bu belədirsə, onda Allahın hüquqlarını qoruma aksiyası nə deməkdir? Ardını oxu »
ASİF ATA SİYASİ XİLASIMIZ – GÜNEY AZƏRBAYCAN
Avqust 6th, 2022
admin Mövcud vəziyyətdə, Atanın dediyi kimi, Güney Azərbaycanın üç böyük düşməni var – İslamçılıq, Farsçılıq və Qərbçilik. Ata bu fikirləri necə açıqlayardı?
ATA: Ürəyinizdə Günəş olsun! Güney Azərbaycan ümumi Azərbaycan məsələsinin ən mühüm, ən zəruri tərəfidir, cəhətidir. Əgər Güney Azərbaycan Quzey Azərbaycanla birləşməsə və Vahid Azərbaycan yaranmasa, Azərbaycanın gələcəyi dumanlıdır (yumşaq şəkildə desək). Güney Azərbaycan Quzey Azərbaycanla birləşəndə sayca böyük, dünya siyasətində müəyyən olunacaq Böyük və Qüdrətli bir ölkə yaranır. Ardını oxu »




