1. Azərbaycan birdir. Əgər o, ikidirsə, deməli, o, yoxdur əslində.
2. Böyük, sivilizasiyalı dövlətlərin maraqları dairəsində Milli müstəqillik boğulur, dağılır – böyümür, yüksəlmir.
Nəhəngləri maraqlandırmaq siyasəti yürüşündə bu tarixi dərs unudulur.
3. Özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır. (Demokratların SSRİ-yə bel bağladıqları kimi).
Özümləşmək üçün özünə bel bağlamalısan! Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Ata Tariximizin Cənubi Azərbaycan dərsi
Noyabr 3rd, 2022
admin
Xaliq Bahadır. Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası
Oktyabr 21st, 2022
admin Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni separatizminə, erməni terrorizminə biryolluq son qoyulacaq, yalnız Qarabağda deyil, bütün Azərbaycanda uzun sürəli dinclik dönəmi başlayacaqdı. Biz böyük arxayınçılıqla uzağı beş-altı günə gerçəkləşəcək bu günü gözləyirkən, bu günün sevinci ilə yaşayırkən, ortaya Ölkəmizin özülünə mina qoymaq yerində bir bildiri-öhdəlik çıxarıldı. Ardını oxu »
Asif Ata İdrak
Oktyabr 17th, 2022
admin İnsan dünyanı əvvəl Ağılla dərk etdi. Ağıl dünyanı insana tanıtdı, canlıların, cansızların, Yerin, Göyün, tarixin, bugünün xüsusiyyətlərini insana anlatdı. Ağıl insana dedi ki, bunlar hamısı səndən kənardadırlar, sən onları öyrənməli və mənimsəməlisən. Ağıl insana dedi ki, sən dünyaya uyğunlaşmalısan; dünya səndən böyükdür, genişdir, qüdrətlidir, sənin taleyin dünyanın əlindədir. Sən özünün tələblərinlə dünyanın xassələri arasında uyğunluq tapmalısan, ondan istifadə etməlisən. Ardını oxu »
Xaliq Bahadır Azərbaycandakı panfarsizm
Oktyabr 14th, 2022
admin Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır.Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük. Ardını oxu »
Asif Ata Mənəviyyat
Oktyabr 12th, 2022
admin İnsan anladı ki, özüylə, daxilindəki şər ehtiraslarla döyüşmək lazımdır. Bu döyüş İmtina zəruriliyini yaratdı. İnsan Şərin vəd etdiyi səadətlərdən əl çəkdi, onları heç saydı. Onda hərcayi hisslərlə vidalaşmaq əzmi yarandı və o, daxili aləmini eybəcərliklərdən təmizlədi. İmtina insana dedi ki, sənin daxilində hər şey sayılan, lakin heç nə olan duyğular da yaşayır. Ardını oxu »
Xaliq Bahadır İki qardaşın bir absurd teatrı
Oktyabr 12th, 2022
admin İki qardaş: Zərdüşt Əlizadə, Araz Əlizadə. Atabir, anabir qardaşlar. M.Ə.Sabirin “Beynəlmiləl” şerindən bir parçanı azacıq dəyişikliklə yazaq: “İki qardaş, iki yoldaş bir vətəndə həmdiyiar,/Əsrlərlə ömr edib, sülh içrə bulmuşkən qərar./ Nagəhan fitneyi-iblisi-məlun oldu aşıkar”. Buradakı sonuncu misrada Rusiyanın iblis oyunları gözə çarpdırılır. Çevirməsi belədir: Birdən lənətə gəlmiş iblisin qurğusu üzə çıxdı. Ardını oxu »
Soylu Atalı Zəkanın demədikləri
Oktyabr 5th, 2022
admin (Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr)
Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, kitab oxunaqlı durumda deyil. Bununla belə, çətinliklə olsa da, kitabı oxudum. Ardını oxu »
Soylu Atalı Əlacsızlıq diplomatiyası
Sentyabr 28th, 2022
admin
İllər öncə “Balanslaşdırılan faciələrimiz” adlı yazı yazmışdım. Uluslararası güclər Azərbaycanda uluslararası problem yaradıb, hər yöndən Azərbaycana basqı yaradılanda bizim mətbuatımızda yanlış təbliğatlar aparılırdı. Güya Azərbaycan hakimiyyəti balanslaşdırma siyasəti apararaq, uluslararası güclərin basqısına dirəniş göstərirdi. Ancaq o çağlar da aydın görünürdü, indi də. Ortada heç bir balanslaşdırılan durum yox idi. O çağlar Güney Qafqaz çıxarıların, mənafelərin aktiv toqquşduğu bölgə deyildi. Çəkişmələr başlıca olaraq Orta Doğuda gedirdi. Ardını oxu »
Asif Atanın (ədəbiyyatla bağlı problemlərə yönəlik) Mirzə İbrahimova məktubu
Sentyabr 19th, 2022
admin
Hörmətli Mirzə müəllim!
Ehtiramımı qəbul edin.
Mənim son illərdə tənqid sahəsində fəaliyyətsizliyimin səbəbləri haqqında Sizə müraciət etməyə ehtiyac duyuram.
Mən öz tənqidi yaradıcılığımda həmişə aşağıdakı prinsipə əsaslanmışam:
əsil ədəbiyyat təqlidçiliyə, qondarmaya, süni yenilikçiyə yaddır, o, xalq mənəviyyatının ifadəçisi olduğundan təbii, özünəməxsus şəkildə inkişaf etməlidir, Qərbi yamsılamaq – hünər deyil, erudisiya həyatiliyi əvəz edə bilməz, tənqid bir qrupun mənafeyini yox, bütün ədəbiyyatın mənafeyini qorumalıdır, o, yaradıcılıq növüdür, bu səbəbdən də bədiilik, üslub əlvanlığı, idrakla hissiyatın vəhdəti tənqidin ümdə cəhəti olmalıdır. Ardını oxu »
SOYLU ATALI HƏYAT DİN İLƏ ALINMIR
Sentyabr 5th, 2022
admin İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək. Ardını oxu »




