Asif Ata İdrak

İnsan dünyanı əvvəl Ağılla dərk etdi. Ağıl dünyanı insana tanıtdı, canlıların, cansızların, Yerin, Göyün, tarixin, bugünün xüsusiyyətlərini insana anlatdı. Ağıl insana dedi ki, bunlar hamısı səndən kənardadırlar, sən onları öyrənməli və mənimsə­məlisən. Ağıl insana dedi ki, sən dünyaya uyğunlaşmalısan; dünya səndən böyükdür, genişdir, qüdrətlidir, sənin taleyin dünya­nın əlindədir. Sən özünün tələblərinlə dünyanın xassələri arasında uyğunluq tapmalısan, ondan istifadə etməlisən. Ardını oxu »

Xaliq Bahadır Azərbaycandakı panfarsizm

Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır.Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük. Ardını oxu »

Asif Ata Mənəviyyat

İnsan anladı ki, özüylə, daxilindəki şər ehtiraslarla döyüş­mək lazımdır. Bu döyüş İmtina zəruriliyini yaratdı. İnsan Şərin vəd etdiyi səadətlərdən əl çəkdi, onları heç saydı. Onda hərcayi hisslərlə vidalaşmaq əzmi yarandı və o, daxili aləmini eybəcər­liklərdən təmizlədi. İmtina insana dedi ki, sənin daxilində hər şey sayılan, lakin heç nə olan duyğular da yaşayır. Ardını oxu »

Xaliq Bahadır İki qardaşın bir absurd teatrı

İki qardaş: Zərdüşt Əlizadə, Araz Əlizadə. Atabir, anabir qardaşlar. M.Ə.Sabirin “Beynəlmiləl”  şerindən bir parçanı azacıq dəyişikliklə yazaq: “İki qardaş, iki yoldaş bir vətəndə həmdiyiar,/Əsrlərlə ömr edib, sülh içrə bulmuşkən qərar./ Nagəhan fitneyi-iblisi-məlun oldu aşıkar”. Buradakı sonuncu misrada Rusiyanın iblis oyunları gözə çarpdırılır. Çevirməsi belədir: Birdən lənətə gəlmiş iblisin qurğusu üzə çıxdı. Ardını oxu »

Soylu Atalı Zəkanın demədikləri

(Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr)

Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, kitab oxunaqlı durumda deyil. Bununla belə, çətinliklə olsa da, kitabı oxudum. Ardını oxu »

Soylu Atalı Əlacsızlıq diplomatiyası

 

İllər öncə “Balanslaşdırılan faciələrimiz” adlı yazı yazmışdım. Uluslararası güclər Azərbaycanda uluslararası problem yaradıb, hər yöndən Azərbaycana basqı yaradılanda bizim mətbuatımızda yanlış təbliğatlar aparılırdı. Güya Azərbaycan hakimiyyəti balanslaşdırma siyasəti apararaq, uluslararası güclərin basqısına dirəniş göstərirdi. Ancaq o çağlar da aydın görünürdü, indi də. Ortada heç bir balanslaşdırılan durum yox idi. O çağlar  Güney Qafqaz çıxarıların, mənafelərin aktiv toqquşduğu bölgə deyildi. Çəkişmələr başlıca olaraq Orta Doğuda gedirdi. Ardını oxu »

Asif Atanın (ədəbiyyatla bağlı problemlərə yönəlik) Mirzə İbrahimova məktubu

 

 Hörmətli Mirzə müəllim!
Ehtiramımı qəbul edin.
Mənim son illərdə tənqid sahəsində fəaliyyətsizliyimin səbəbləri haqqında Sizə müraciət etməyə ehtiyac duyuram.
Mən öz tənqidi yaradıcılığımda həmişə aşağıdakı prinsipə əsaslanmışam:
əsil ədəbiyyat təqlidçiliyə, qondarmaya, süni yenilikçiyə yaddır, o, xalq mənəviyyatının ifadəçisi olduğundan təbii, özünəməxsus şəkildə inkişaf etməlidir, Qərbi yamsılamaq – hünər deyil, erudisiya həyatiliyi əvəz edə bilməz, tənqid bir qrupun mənafeyini yox, bütün ədəbiyyatın mənafeyini qorumalıdır, o, yaradıcılıq növüdür, bu səbəbdən də bədiilik, üslub əlvanlığı, idrakla hissiyatın vəhdəti tənqidin ümdə cəhəti olmalıdır. Ardını oxu »

SOYLU ATALI HƏYAT DİN İLƏ ALINMIR

İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək. Ardını oxu »

Ruhsal səfər sevincləri

Ocaq səfərlərinin hər biri uğur yaradan addımlar olub. Hər bir səfərdə gərəkən soraqlar verilir. Bizim səfərlərimiz həm Asif Atanın işindən, yolundan soraqlardır, həm də bütövlükdə milli özümlüyümüzdən, dəyərlərimizdən. Bu soraqlarla kök atmaq istəyirik xalqın içində. Çətinliyə düşəndə özümlüyünə baxsın. Gələcəyini düşünəndə dəyərlərini xatırlasın. Özünə inansın. Ümidsizləşəndə Asif Atadan güc alsın. Gələcəyinə inansın, sabahını qursun.
Bu günlərdə Ocaq Evladı Nurtəkin Atalı yurdumuzun quzey bölgələrinə səfər edib. Şabran, Quba, Xaşmaz bölgələrində olub. Bu rayonların Kitab Evlərinə Asif Atanın, Ocaq Yükümlüsü Soylu Atalının, başqa Ocaqçıların kitablarını, Günsıra vizitlərini, dərgi buraxılışlarını bağışlayıb. Kitab Evlərinin müdirləri, işçiləri ilə milli-insani dəyərlər açısından, Ata ideyalarının açımı yönündən söhbətlər edib. Tarix-Diyarşünaslıq muzeylərində, Gənclər Mərkəzlərində olub. Orada da işçilərlərlə söhbətlər edib, Ocaq ədəbiyyatları bağışlayıb. Ardını oxu »

Xaliq Bahadır Bizim Muğam dilimiz (birinci yazı)

Ürəyimdə sevinc, qəm,
Muğamı dinləyirəm,-Əli Kərim.

Bu, muğamın iki görsənişi, iki özüdür: sevinc, qəm.Bir az obrazlı desək, bu, Çahargahla Segahdır. Muğam Böyük, Bütöv Azərbaycan deməkdir. Muğam bizim musiqiyə çevrilmiş duyğu, düşüncə varlığımızdır. Böyük, yetkin bir ulus olaraq biz nələrə görəsə özümüzü bəyənməyə bilərik.Belədə muğamı dinləməyimiz gərəkir- onu biz yaratmışıq. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv