İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər film çəkib. Bildirildiyinə görə, “Erməni krallığı” adlanan filmdə Qafqazın, ayrıca olaraq Qarabağın “qədim erməni ölkəsi” olduğundan danışılır. Bu, ermənilərin yalançı tarixlərindən ortaya çıxan “Böyük Ermənistan” ideyasına qulluq faktıdır. Kanada erməni diasporunun güclü-etkili olduğu ölkələrdəndir. Ardını oxu »
Asif Ata. İnam – Şübhə
İnam həyatda əbədi, sonsuz, kamil mahiyyət görür. Şübhə həyatda yalnız keçici, ölümlü, qeyri-kamil əlamət görür. İnam deyir ki, bütün nöqsanlarıyla yanaşı, həyat təsdiqə layiqdir, çünki o, özündən, görünəndən, təzahür edəndən artıqdır, böyükdür, yüksəkdir, onun keçiciliyinin arxasında sonsuzluq, qeyri-kamilliyinin arxasında kamillik dayanır. Şübhə deyir ki, həyatda əbədi, sonsuz, kamil heç nə yoxdur, bu səbəbdən də o, […]
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Xaliq Bahadır. Bir daha Türklük, Türkçülük, Türk birliyi-Turanla bağlı
İyun 2nd, 2023
admin Açunda adı-kimliyi bir belə dartışma doğuran ikinci bir ulus yoxdur. Kimlərsə ondan onu daha da yüksəltmək, olduğuna uyğun dəyərini vermək üçün yazırlar, kimlərsə onun parlaq varlığını danmaq üçün.Adını üstündən götürmək, gerçək kimliyini unutdurmaq üçün Yer üzündə indiyədək nələrə əl atmadılar, nələrə əl atmırlar!
Dışdan bizi Türklüyümüzdən daşındırmağa çalışan, bundan ötrü çeşidli qurğular quran yaxın-uzaq imperialist güclərbir yana, içimzdəki biriləri də bizi kimliyimizdən uzaqlaşdırmaqla özünəözgələşməyə sürükləməyə çalışırlar. Ardını oxu »
Soylu Atalı. Sevgili Türkiyə, ölümünə oy vermə
May 25th, 2023
admin
Bəşəriyyətin yaşamı siyasət üstə köklənib. Siyasətlə yaşayır, siyasətlə davranır, baxışını siyasətlə qurur. Siyasət ruhaniyyatın, mənəviyyatın yoxluğundan, ya da azlığından yaranıb. Bəs siyasətin olmadığı dönəm, çağ olacaqmı? – Söz yox, bunu demək çox çətindir. Çünkü toplumsal yaşamın nizamı siyasətlə oluşur. Başqa sözlə, birgəyaşayışın nizamını siyasətlə oluşdururlar. Biz bunu qaçılmaz saymırıq. Çünkü dövləti siyasi deyil, ruhani olay sayırıq. (Bu ciddi bir qonudur. Burada dövlətin fəlsəfi, ruhani mahiyyətini geniş açmağa gərək duymuruq). Ardını oxu »
Asif Ata. İnsanda Mütləq
May 25th, 2023
admin İnsanın Mütləq mahiyyəti Ruhda aşkar oldu. Ruh insanı özündən yüksəyə qaldırdı, həm də dünyanın, həyatın dünyadan, həyatdan daha böyük mənasını ona anlatdı.
Ruh vasitəsiylə İnsan həyatı, dünyanı, özünü yenidən yaratdı və yaratdıqlarının heç birinə sığmadı, ülviyyətə, sonsuzluğa qovuşdu.
Ruh vasitəsiylə İnsan dünyanı insaniləşdirdi, insanı dünyalaşdırdı, duyğularına, ehtiraslarına yeni məna verdi, insanı heyvanilikdən ayırdı, onun insani taleyini yaratdı. Ruh vasitəsiylə İnsan təbiətə insani məzmun verdi, həm də onunla yanaşı öz insani aləmini yaratdı. Ardını oxu »
Soylu Atalı. Türkçülük Bəşəri Tələbdir
May 3rd, 2023
admin Bu gün insanlar arasında hər bir fikrə subyektiv baxış kimi yanaşma halları çoxalıb. Hətta varlığa yeni yanaşmaların danılmaz qatlarını ortaya qoysan da, bu, düşüncələrdə subyektiv xarakter daşıyır. Varlığa köhnə yanaşmaları isə bilim adamlarının, eyitim görmüş adamların içərisində elələri var ki, obyektiv yanaşma saymasalar da, subyektiv yanaşma da saymırlar. Çünkü gerilik səviyyəsində düşünən toplumun basqısından çəkinmələr – doğru fikir söyləməyin qarşısını alır. Ancaq ulusal sistemi oluşduran fikirlərə çəkinmədən, o an, subyektiv xarakter verirlər. Ardını oxu »
Soylu Atalı. Türkiyə yağını yaxasından düşürməlidir
May 1st, 2023
admin Türkiyənin cümhuriyyətçilik tarixində söyüş, təhqir siyasəti olmamışdır. Az-çox bu tarixi izləyənlər, araşdıranlar bunu bilirlər. Ərdoğan Türkiyə dövlətinin başına gələndən sonra hər cür söyüş, təhqir, hədə, ayrı-seçkilik birbaşa dövlət siyasətinə çevrilmişdir. (Bunları görməmək üçün qəflətin ən qatı yerində durmalısan). Hər kəsə, hər bir olaya öz çıxarlarından yanaşmaq, tənqidə qarşı kin bəsləmək, nifrət sərgiləmək adi hal olmuşdur. Normal siyasi mübarizə apara bilməyən, doğruları eşitmək istəməyən, topluma hesab verməyi özünə sığışdırmayan bir adamın dövlət başında durmasından daha qorxulu nə ola bilər?! Ardını oxu »
ASİF ATA. Cəmiyyətdə Mütləq
Aprel 30th, 2023
admin İnsan cəmiyyəti ona görə yaratdı ki, tək qalmasın, başqalarıyla birləşsin, qüdrətini, gücünü artırsın, hamılaşsın, xudpəsəndliyinin üzərində qələbə çalsın. Bu arzu onun qarşısıalınmaz cismani və mənəvi tələbindən dogmuşdu.
İnsan özündə qala bilməzdi, özünü başqalarında tapmalıydı. Bu, mənəviyyatın Mütləq hökmü idi. Ancaq cəmiyyətdə insan özünü təsdiq edə bilmədi. Çünki cəmiyyət bütöv şəkildə Mütləq səviyyəsinə qalxmadı; cəmiyyətdə Mütləqin yalnız nişanələri, əlamətləri var idi və onlar naqis keyfiyyətlərlə əhatə olunmuşdur. İnsan öz təkliyindən ayrılıb cəmə qovuşmaq istədi, bu – Mütləqin təzahürü idi. Ancaq cəmiyyət Mütləqin tələblərindən uzaq idi. O, özündə Mütləqin nişanələrini gəzdirirdi, ancaq həm də Şəri yaşadırdı. Bu baxımdan, bəşər tarixi Mütləq ilə Şərin döyüşü tarixi sayılmalıdır. Ardını oxu »
Soylu Atalı. Türklüyə bulaşmış fəlakət
Aprel 23rd, 2023
admin Türkiyədə seçki sürəci davam edir. İzlədikcə adam düşüncələr burulğanına düşür. Hər kəs topluma vədlər verir. Bu vədləri tam olaraq yerinə yetirə biləcəklərmi?! Az kəsiminimi yerinə yetirəcəklər, çox kəsiminimi?! – Bunu Gələcək göstərəcəkdir. İstənilən halda, toplum bu vədlərə qulaq kəsilib. Söz yox, toplum bu çağa kimi olan durumu da dəyərləndirir. Ancaq bu dəyərləndirmə bütün toplum üçün bir-anlamlı deyil. Toplum təbəqələrə bölünübdür. Hər təbəqə məsələyə öz açısından, sosial durumundan yanaşır. Ardını oxu »




